Rəng və tipoqrafiya

Rəng və tipoqrafiya

Gözoxşayan,
dinamik,
orijinal

Gözoxşayan,
dinamik,
orijinal

Mavi, 1993-cü ildən Samsungun simvolik rəngidir. O, texnologiya və innovasiya dəyərlərini təcəssüm etdirir; bizim kimliyimizi müəyyən edən Şimal Ulduzudur. Biz istehlakçılarımızın sarsılmaz etimadını qazanmaq üçün Samsung məhsullarında və kommunikasiyalarında mavi rəngdən istifadə edirik.
Biz Samsung Blue-nu qara, ağ və illüstrativ rənglərin parlaq dinamik dəsti ilə birləşdiririk. Bu rənglər immersiv və dinamik təcrübə yaradaraq müştərilərə hekayəmizi nəql edir.

Orijinal, amma universal

Biz geniş çeşidli məhsullar və platformalar vasitəsilə müxtəlif mədəniyyətlərdən olan insanlarla qarşılıqlı əlaqədə oluruq. Beləliklə, biz Samsung-u unikal edən və dərhal tanıdan ardıcıllığa - Samsung şriftlərinə - əməl etməklə müştərilərimizlə əlaqə saxlayırıq. Bizim xoş, parlaq və müasir şriftlərimiz müştərilərlə fərdiləşdirilmiş və universal qarşılıqlı əlaqə yaratmağa kömək edir.