Etika

Etika

Ədalətli və şəffaf
korporativ mədəniyyət

Ədalətli və şəffaf korporativ mədəniyyət

Biz sosial rolumuzu yerinə yetirərək dürüstlüyü (və ya bütövlüyü) gündəlik fəaliyyətimizə inteqrasiya edirik və birinci dərəcəli qlobal şirkət statusumuza uyğun şəkildə məsuliyyət daşıyırıq.

Biz sosial rolumuzu yerinə yetirərək dürüstlüyü (və ya bütövlüyü) gündəlik fəaliyyətimizə inteqrasiya edirik və birinci dərəcəli qlobal şirkət statusumuza uyğun şəkildə məsuliyyət daşıyırıq.

Bizim biznes fəaliyyətimiz dünyanın bir çox ölkəsini əhatə etdiyinə görə, biz həmin ölkələrdə qanunlar, qaydalar və təcrübələrdəki fərqləri tanıyır və təhlil edir, işi qanuni və etik qaydada aparırıq. Biz həmçinin, müştərilərimizin və əməkdaşlarımızın şəxsi məlumatlarının məxfiliyini qorumaq üçün qlobal məxfilik siyasətlərini hazırlayır və həyata keçiririk. Normativ-hüquqi uyğunluq və etik risklərin sistematik idarəolunması üzrə səylərimiz Samsung-un bütün əməkdaşlarımızın hərəkət və qərarlarını tənzimləyən Qlobal Davranış Kodeksi və Biznes Davranışı Prinsiplərinə əsaslanır. Əvvəllər Hüquq Departamentinin tərkibinə daxil olan Normativ-hüquqi uyğunluq departamentimiz indi birbaşa baş direktora tabedir. Onun rəhbəri isə mühüm şura qərarlarına dəstək vermək üçün bütün şura iclaslarında iştirak edir. Hər bir biznes bölməsində və xaricdəki regional ofislərdə ayrı-ayrı bzineslər və regionlarla bağlı normativ-hüquqi uyğunluq məsələlərini həll etmək üçün xüsusi komandalarımız faəliyyət göstərir.

Etikanın idarə olunması

Biz Qlobal Davranış Kodeksimizi (“Samsung biznesin idarəsi prinsipləri”) etikanın idarə olunması veb-saytımız üzərindən təchizatçılarımıza, müştərilərimizə və digər xarici maraqlı tərəflərə, eləcə də əməkdaşlarımıza açıqlayırıq və hər hansı bir etik standartların pozulması hallarını bildirmək üçün kanal təqdim edirik. Bundan əlavə, əməkdaşlarımız üçün etik standart kimi qəbul edilən İşçilərin Biznes Davranışı Prinsipləri tərcümə edilərək 15 dildə (Koreya dili də daxil olmaqla) təqdim edilib və intranetimizə - daxili şəbəkəmizə yüklənib. Müvafiq məlumatlar ən azı ildə bir dəfə keçirilən kollektiv, onlayn və audio/video təlimlər vasitəsilə dünya üzrə bütün əməkdaşlarımızla paylaşılır. Şəffaf biznes praktikasını formalaşdırmaq üçün təchizatçılarımıza ayrıca "Biznes Davranışı Qaydaları" da təqdim olunur.

Normativ-hüquqi uyğunluq məsələlərinin idarə olunması

Bizim normativ-hüquqi uyğunluq proqramımız qiymətlərin müəyyən edilməsi və ya əqli mülkiyyət hüquqlarının pozulması nəticəsində yarana biləcək biznes risklərini minimuma endirmək və insan hüquqları, sağlamlıq, təhlükəsizlik və ətraf mühit sahəsində daha böyük məsuliyyət daşımaq üçün korporativ uyğunluq mədəniyyəti yaratmaq məqsədi daşıyır. Normativ-hüquqi uyğunluqla bağlı risklərini idarə olunması üçün hazırlanmış bir IT sistemi olan Uyğunluq Proqramının İdarəetmə Sistemi (CPMS) regional siyasətlərimizin həyata keçirilməsinə dəstək verir və problemlərin regional səviyyədə monitorinqi haqda ətraflı məlumat təqdim edir. İşçilərimizin işlə bağlı sualları olduqda və ya onlar bu və ya digər hərəkətlərin qanuni olub-olmadığını müəyyən etməkdə təlimatlarımızın kifayət etmədiyini hiss etdikdə, dəstək komandamız onlara fərdi konsultasiyalar almaq üçün mütəxəssislərə yönləndirməyə kömək edir. İşçilərimiz üçün hazırlanmış CPMS çərşivəsində pozuntular haqda xəbərdarlıq sistemimiz məlumat verənlərin məxfiliyinə etibarlı şəkildə zəmanət verə bilir.

Normativ-hüquqi uyğunluq məsələlərinin idarə olunması

  • Profilaktika

    İşçilərə təlim təklif edin, ən yaxşı təlimatları hazırlayın və əməl edin, sistemli özünüqiymətləndirmələr aparın, dəstək xidmətini idarə edin, yeni və yenidən işlənmiş qaydaları izləyin və idarə edin

  • Monitorinq

    Xüsusi bölmələrin və ya işçilərin köməyi ilə müntəzəm / təsadüfi monitorinqlərin aparılması

Məxfilik siyasəti

Biz qlobal standart olan məxfilik siyasətimizi qəbul etdiyimizi rəsmi bəyan etmişik və regional normativ özəllikləri və lokal tələbləri əks etdirən müvafiq siyasətlər hazırlamışıq. Bu, bizim əməkdaşlarımıza, qaydalar kimi istifadə oluna bilən “Fərdi məlumatların emalı üzrə qlobal bələdçi” və “Şəxsi məlumatların autsorsinqi üzrə bələdçi”ləri təqdim etməyə imkan verdi. Biz öz proses və sistemlərimizi elə idarə edirik ki, müvafiq siyasətləri gündəlik əməliyyatlarımıza daxil edək və yoxlamalar aparmağa və bütün şirkət miqyasında təlimlər təklif etməyə davam edirik.

 

İxtisaslaşmış bölmələrin işi

Baş direktorun birbaşa rəhbərliyi altında korporativ hüquq departamenti çərçivəsində qlobal məxfilik ofisinin yaradılması. Müvafiq biznes bölmələrində məxfilik siyasətlərinə cavabdehlik daşıyan hüquqşünasların təyinatı.
 

Məxfilik siyasətinin idarəolunması
sistemlərinin ətraflı icmalı

Müştərilərimiz və işçilərimiz üçün sistemlərimizə və xidmətlərimizə, həmçinin məlumatların toplanması, işlənməsi və silinməsi prosesini idarə edən idarəetmə, texniki və fiziki mühafizə sistemlərinə müntəzəm baxışlar keçirmək və lazımi dəyişikliklər etmək
 

Məxfilik siyasətinə həsr olunmuş treninqlər

Konkret bir şöbənin (planlaşdırma, ETTK, marketinq və s.) ehtiyaclarına görə hazırlanmış onlayn/oflayn məxfilik siyasəti təlimlərinin, eləcə də bütün işçilər üçün təməl təlimlərin həyata keçirilməsi.
 

Hüquqi məxfi məlumatları idarəetmə sisteminin (PLMS) işi

Məhsul və xidmətlərin planlaşdırılması və inkişaf etdirilməsindən başlayaraq, istismarına və dayandırılmasına qədər olan hər bir mərhələdə, məlumatların məxfiliyi risklərini təhlil etmək üçün nəzərdə tutulmuş məlumatların gizlilik riskinə nəzarət siyahısı üzrə önləyici tədbirlərin icbari olaraq qəbulu. Belə bir yoxlama siyahısı, ixtisaslaşmış hüquqşünasların iştirakı ilə nəzərdən keçirilməlidir.