Galaxy Buds Live
SM-R180NZNASER
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Əsas məqamlar
Özəlliklər
Galaxy Buds Live
Qulaqlarınız üçün yaradılmış səs
Galaxy Buds Live ilə tanış olun
Bu naqilsiz qulaqlıqlar sizin həyat ritminizlə həmahəngdir. Unikal forma və müqayisəsiz dizayn sizin imicinizə mükəmməl uyğun gələcək və onu tamamlayacaq, Galaxy Buds Live konstruksiyasının dinamikası və xüsusiyyətləri isə onlardan uzun müddət istifadə edərkən maksimum zövq almağa imkan verəcəkdir. Bu səs sadəcə qulaqlarınız üçün yaradılıb.
Naqilsiz qulaqlıqların yeni forması
Zərif Galaxy Buds Live ilə qulaqlıqlar qulaqlarınızda olsa belə göz oxşayır. Qulaqlarınızın və üzünüzün təbii formasını davam etdirir. Zərgərlik qutusuna bənzəyən kompakt şarj qutusu əlinizə asanlıqla sığar.
Parlaq hissələrlə üslubunuzu yüksəldin
Aşiq olacağınız rənglər. Görünüşünüzə göz oxşayan bir toxunuş əlavə etmək üçün yüksək parlaqlıq (bürünc, ağ və ya qara) ilə birlikdə üç fərqli rəngdən birini seçin.
*Ölkədən asılı olaraq mümkün rənglər fərqlənə bilər.
Qulaqlarınız üçün yaradılmışdır
Galaxy Buds Live bütün gün ərzində mükəmməl uyğunlaşma və rahat istifadə üçün qulaqlarınızın ətrafına yumşaq və sıx şəkildə oturur. İstər ofisə gedin, istər dost-tanışla olun, istər qaçışa gedin - qulaqlıq həmişə yerində olacaq.
Nə eşitdiyiniz sizə bağlıdır
Aktiv səs-küy ləğvi ilə ətrafdakı səs-küy çətinliklə eşidilir və Galaxy Buds Live aydın və real səs verir. Eyni zamanda, həqiqətən vacib şeyləri, məsələn, həmsöhbətinin səsini və ya ictimai nəqliyyatda səsli bildirişləri qaçırmayacaqsınız.
* Galaxy Buds Live qulaqlıqlarında aktiv səs ləğvi aşağı tezlikli diapazonda 97% -ə qədər kənar arzuolunmaz səsləri kəsir ki, bu da Underwriters Laboratories, Inc. müstəqil laboratoriyası tərəfindən verilmiş UL şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Funksiya Galaxy Wearable tətbiqində quraşdırıla bilər.
Hər səsin canlandığını eşidin:
Özünüzü festival və ya canlı konsertin tam ortasında hiss edin və bunun bir parçası olun. AKG-dən gələn səs, diametri 12 mm olan dinamikin səsi, hava axınlarının çıxarılması üçün bas kanalı və digər qulaqlıq dizayn elementləri real və dərin bir səs tempini təmin edir.
Dinləyən ağıllı köməkçi
Bixby Voice Awakening bütün zənglərinizə hazırdır. Barmağınızı qaldırmadan telefonunuzu idarə etməyə imkan verərək, səsinizə reaksiya verir. Avtomobil idarə edərkən zənglərinizi idarə edin, səs səviyyəsini tənzimləyin və ya hava vəziyyətini yoxlayın. Siz deyirsiniz, Bixby dinləyir.
Toxun və saxla, və Spotify səslənir
Spotify Galaxy Buds Live inteqrasiyası telefonunuzda qovluq təyin etməyə imkan verir. Bütün sevdiyiniz siyahılara dərhal qoşulmaq üçün bir saniyə basıb saxlayın. Yarım milyon trek və 50 milyon mahnı artıq barmaqlarınızın ucundadır.
Sözlər dəqiq və aydın səslənir
Adaptiv üçlü mikrofon sistemi və Sümük keçirmə vahidi (VPU: Voice Pickup Unit) zəng zamanı səsin tanınmasını və aydın ötürülməsini təmin edir. Daxili sensor zəng zamanı çənənin (ağız) hərəkətini izləyir, sonra sümük titrəmələri səs-küylü mühitlərdə belə eşidilə bilən səs siqnalına çevrilir.
Galaxy Buds Live enerji doludurlar, oyunlar və məşqlər zamanı işə salınmağa hazırdırlar.
* Samsung daxili standartlarına uyğun testlərə əsaslanır. İşə düşmə vaxtları Samsung smartfonlarının standart parametrləri (Aktiv səs-küyün ləğvi aktivdir) əvvəlcədən istehsal edilən Galaxy Buds Live cihazları ilə sınaqdan keçirildi. İlkin qulaqlıqların şarjı üçün elektrik şəbəkəsi ilə enerji yükləmə qurğusundan istifadə olunurdu. Batareyanın faktiki işləmə vaxtı, şarj olunması və səsləndirmə vaxtı istifadə şəraitlərindən, parametrlərdən, siqnalın gücündən, səs-küyün olmamasından və ya olmasından, səsləndirilən faylın növündən, qurğunun istifadə edilməsi vaxtından və digər amillərdən asılıdır. Şarj olma qutusundan istifadə edilərkən aktiv səs-küy boğulması aktiv olan tam doldurulmuş qulaqlıqların batareyasının ümumi avtonom ömrü 21 saata qədərdir.
Daha çox oyun vaxtı üçün enerji ehtiyatı.
Ən uyğun olmayan anda şarjın bitməsindən narahatdırmı? Yalnız beş dəqiqəlik şarj və bir saatlıq sevdiyiniz pleylist və ya yeni podkastın çalınması zəmanət verilir. Galaxy Buds Live -ı yolda doldurmaq üçün smartfonunuzun gücündən istifadə edin.
* Həqiqi ifadə vaxtı parametrlərdən asılıdır. Galaxy Buds Live Samsung Galaxy Note20, Note20 Ultra, Z Fold2, S20, S20+, S20 Ultra, Z Flip, Note10, Note10+, S10e, S10, S10+ və Fold smartfonlarında Wireless naqilsiz şarj funksiyası ilə uyğundur. Əgər smartfon batareyasının yükü 30% -dən azdırsa, Wireless PowerShare funksiyası işləməyə bilər. Akkumulyatorun həqiqi iş vaxtı və şarj müddəti istifadə şəraitindən, təkrar şarj sayından və bir çox digər amillərdən asılıdır.
Dostlarınla paylaş və dinlə
Artıq qulaqlıqlarınızı paylaşmağa ehtiyac yoxdur. Eyni smartfona 2 cüt qulaqcıq qoşaraq, dostunuzla eyni musiqini dinləməkdən zövq alın. Bu zaman ərzində sizin hər biriniz ayrılıqda öz bildirişlərinizi alacaqsınız.
One UI 2.5 daha sonrakı intefeysli Samsung cihazlarında dəstəklənir.
Öz Galaxy-nə qoşul
Samsung hesabınız vasitəsi ilə Galaxy Buds Live digər cihazlara qoşun. Galaxy Buds Live-in eyni Samsung hesabı vasitəsi ilə cihazla bağlantısı sayəsində artıq digər cihaz da həmin qulaqlıqları tanıyıt. Budur, artıq heç bir müdaxilə etmədən qurğular arasında sərbəst keçidlər edə bilərsiniz.
Android & iOS ilə işlə
Galaxy Buds Live naqilsiz qulaqlıqları bir sıra mobil cihazlar tərəfindən təsdiqlənir. Əlaqə qurmaq üçün Galaxy Wearable tətbiqini Android OS-a və ya Galaxy Buds Live tətbiqinə quraşdırın.
Kompüterinizdə rahat çalışın
Galaxy Buds Live-ı Windows 10 əməliyyat sistemin yaxınlığındakı əlaqə rejiminə keçirin ki, kompüter qulaqlıqları tanısın və Swift Pair-in sürətli rabitə funksiyası vasitəsilə dərhal aktiv etsin.
* Windows 10 əməliyyat sisteminin 1803 veriyası kompüterdə mövcuddur. Kompüterinizdə Swift Pair sürətli rabitə funksiyasını aktivləşdirmək üçün «Bluetooth və digər qurğular» ayarları menyusuna daxil olun və «Sürətli rabitə vasitəsilə əlaqə üçün bildirişləri göstər» qurğusunun işə salındığından əmin olun.
Xüsusiyyətlər
-
Bluetooth
Bluetooth v5.0
-
Smartfon uyğunluğu
Android 5.0 ↑ , 1.5GB ↑ / iPhone 7 ↑, iOS 10 ↑
-
Sensorlar
Akselerometr, giroskop yaxınlaşmanın infraqırmızı sensoru, Xoll sensoru, sensor panel qulaqlıqların aşkar edilməsi sensoru, sümük keçiriciliyi vibrasiya sensoru (VPU)
-
Qulaqlıq ağırlığı
5.6 q
-
Mikrofonların Sayı
6 mikrofon (3+3)
-
Aktiv Səs-küy ləğvi
Var (aktiv səs ləğvi)
-
Bluetooth Versiyası
Bluetooth v5.0
-
Bluetooth Profilləri
A2DP, AVRCP, HFP
-
Akselerometr, giroskop yaxınlaşmanın infraqırmızı sensoru, Xoll sensoru, sensor panel qulaqlıqların aşkar edilməsi sensoru, sümük keçiriciliyi vibrasiya sensoru (VPU)
-
Qulaqlıq Ölçüləri (HxExD, mm)
27.3 x 16.5 x 14.9 mm
-
Qulaqlıq Ağırlığı (q)
5.6 q
-
Keys Ölçüləri (HxExD, mm)
50.2 x 50.0 x 27.8 mm
-
Keys Çəkisi (q)
42.2 q
-
Çıxarılan Batareya
Yox
-
Tipik İstifadə Müddəti (Saat, AOD Off)
6 saata qədər
-
Danışıq Müddəti/Səsli Zəng
4,5 saata qədər
-
Qulaqlıq Batareya Həcmi (mAh, Tipik)
60 mA saat
-
Keys Batareya Həcmi (mAh, Tipik)
472 mA saat
-
Bixby Qoşulma
Var
-
Smartfonun Uyğun Xüsusiyyətləri
Android 5.0 ↑ , 1.5GB ↑ / iPhone 7 ↑, iOS 10 ↑
-
Qablaşdırma
Samsung Galaxy Buds Live naqilsiz qulaqlıqlar,ambuşürlər (ölçülər S, M, L), şarj qutusu, USB kabeli, qısa istifadə təlimatı.
TSS
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxilanlar