Brend

Telefonunuzdakı materiallar okeanlarımızı qorumaqda necə yardımçı ola bilər

Ekoloji daha təmiz bir gələcək üçün biz Samsung Galaxy cihazlarındakı materialları təkmilləşdiririk.

Plastik çirklənmə okeanlarımız və dəniz həyatı üçün təhlükədir. Siz bunu okeanın səthində sürüklənən birdəfəlik su şüşələri və ya ərzaq çantaları kimi təsəvvür edə bilərsiniz. Lakin okeandakı plastiklərin çoxu oraya atılan balıq torları və alətləridir. FAO-nun məlumatına görə, hər il okeanda 640.000 ton balıq ovu avadanlığı tərk edilir.

Hər il okeana 640.000 ton balıq torları tullantı olaraq atılır.

- FAO

“Kabus torları” kimi tanınan plastik balıq torları planetimiz üçün ciddi təhlükə yaradır

Əgər atılan balıq torları ilə bağlı tədbir görməsək, onlar dəniz həyatına və təbii ekosistemimizə geri dönüşü olmayan ziyan vuracaqlar. Onlar dənizdəki həyatı alt-üst edəcək və mərcan qayalarına zərər verəcəklər. Mikroskopik plastik fraqmentlər hətta yeməyimizə və suyumuza da daxil olur.

Köhnə balıq torlarına yeni həyat bəxş etmək

Samsung şirkəti olaraq biz, ekolji təmiz dünya konsepsiyamız olan “Galaxy for the Planet” proqramı çərçivəsində atılmış balıq torlarını təkrar emal və məhsullarımızda onlardan istifadə etməklə okeanlarımıza daxil olmasının qarşısını alırıq. Qlobal təhlükəsizlik sertifikatlaşdırma orqanı olan Underwriters Laboratories (UL) tərəfindən həyata keçirilən Life Cycle Assessment (LCA) nəticələrinə görə, okeana atılan plastiklərin Samsung Galaxy cihazlarına təkrar emalı, adi plastiklərlə müqayisədə karbon qazı (C02) emissiyasını təxminən 25% azaldır. 1 Biz 2022-ci ildə 50 tondan çox atılmış balıq torunun okeanlarımıza tullanmasının qarşısını almağı planlaşdırırıq. Sənaye mütəxəssisləri ilə əməkdaşlıq edərək, bu torları Samsung Galaxy smartfonları üçün etibarlı materiala çevirmək üçün bir üsul hazırlamışıq.

Galaxy S22 seriyasının hissələri kimi təkrar emal edilib

Galaxy S22 Series, təkrar emal edilmiş okean plastikindən hazırlanan ilk smartfonumuzdur. Onun əsas kronşteyni və S Pen-in daxili qapağının 20%-i təkrar emal olunmuş balıq torlarından hazırlanıb.

Birlikdə daha yaşıl gələcək qurmaq

Ekoliji təmiz dünya qurmaqla bağlı vərdişlıri gündəlik həyatınıza tətbiq etməyə təzə başlamağınızdan və ya bu həyat tərzini hər zaman müdafiə etməyinizdən asılı olmayaraq, əmin ola bilərsiniz ki, biz bu kollektiv missiyaya doğru birlikdə hərəkət edirik. Təkrar emal edilmiş balıq torlarının Samsung Galaxy cihazlarına inteqrasiyası ətraf mühitə təsirimizi azaltmaq üçün atdığımız digər mühüm addımdır. Biz sənayedə atılmış balıq torlarını təkrar emal edən ilk şirkətik və gələcəkdə bütün Samsung Galaxy cihazlarımızın istehsalında okeana atılmış plastiklərdən istifadə edəcəyik.

Gündəlik dəyişikliklər.
Əhəmiyyətli təsir.

Gündəlik həyatımızda, o cümlədən aldığımız məhsullarda ekoloji doğru seçimlər etmək vacibdir. Təkrar emal edilmiş balıq torlarından ibarət plastikdən hazırlanmış telefondan istifadə etməklə siz yüksək texnologiyalı həyat tərzinizin ətraf mühitə təsirini azaltmaq üçün ilkin plastik istehsalını azaldırsınız. Hamımız gündəlik dəyişikliklər etdikdə, dünya miqyasında əhəmiyyətli təsir göstərə və planetimizin təbii ehtiyatlarını qoruya bilərik.

¹Bu qiymətləndirmə Samsung Galaxy cihazlarında istifadə olunan təkrar emal edilmiş plastik istehsal və tədarük edən Samsung Electronics-in tərəfdaş şirkəti olan Hanwha Compound tərəfindən aparılıb.

"Ekoloji doğru seçimlər edin.
Yüksək texnologiyalı həyat tərzinizi qoruyun."

Bu seçimlər daha yaşıl gələcək qurmağınıza kömək edir.

Növbəti hekayələri oxu