Əyləncə

Video oyunlar üçün hansı monitoru seçmək lazımdır

Diaqonal, matrisin növü, əyilən ekran - zəruri xüsusiyyətləri ayırd edirik.

03.06.2024  |   ~9 dəq.

Monitor oyun təcrübəsinin keyfiyyətinə təsir edir: oyunçulara şəklin dəqiq, axıcı və təfərrüatlı olması vacibdir. Amma o, hansı parametrlərdən asılıdır? Məqalədə oyun monitorunu seçərkən nəyi nəzərə almağın vacib olduğu haqqında danışırıq.

Oyun monitoru almazdan əvvəl nə etmək lazımdır


  1. • Nə oynayacağınıza qərar verin. Məsələn, açıq dünya və yarış simulyatorlu oyunlar üçün böyük əyilən monitor götürmək daha yaxşıdır. Bununla siz tamamilə atmosferə qərq olacaqsınız. Atıcılar üçün ekranın ölçüsü bir o qədər vacib deyil, əsas olan hers və cavab verməsidir. Oyunçunun hərəkətlərinə reaksiyanın sürəti belə göstəricilərdən asılıdır.

  2. • Oyun sahəsinin ölçülərini dəyərləndirin. Əgər iki monitordan - biri oyunlar üçün, ikincisini iş üçün istifadə etmək istəyirsinizsə - düşünün, masada yer kifayət qədərdirmi. Müəyyən etmək lazımdır ki, iş sahəsi necə görünəcək və ekran ona necə uyğun gələcək. Müasir monitorların dizaynı müxtəlif ola bilir: dəstəkli, geniş və ya dar altlıqlı, yüksəklik və əyilmə tənzimləyicisi ilə. Bu funksiyalar məkanı erqonomik etməyə kömək olur.

Oyun monitorunu necə seçməli

Monitoru almaqdan öncə hər bir xüsusiyyətin nə demək olduğunu ayırd etmək faydalı olardı. Beləcə, siz seçim edərkən nələrə diqqət edəcəyinizi biləcəksiniz.

Diaqonal


Monitorların ən geniş yayılmış modelləri 27, 34 və 49 düym diaqonala malikdir.

Seçimə müxtəlif amillər təsir edir:


  1. • Qərq olma səviyyəsi. Monitor nə qədər böyükdürsə, oyunçu bir o qədər çox oyun prosesinə cəlb olunur.

  2. • Çoxtapşırıqlı rejim. Böyük monitorlarda eyni anda bir neçə proqramda işləmək üçün pəncərələri sıra ilə düzmək rahatdır. Məsələn, ekranın bir yarısında axınçılar oyun qoşa, digər hissəsində isə - söhbət pəncərəsi aça bilərlər.

İcazə


Ekrandakı piksellərin sayını göstərir. Onlar nə qədər çoxdursa, şəkil də bir o qədər dəqiq olur. Amma monitorun ölçülərindən çox şey asılıdır. Məsələn, əgər hər birində 1920 × 1080 piksel icazəsi ilə 24 və 27 düymlük iki ekran götürsək, onda - kiçik ekrandakı təsvir daha təfərrüatlı olacaq.
Məsələ piksellərin düymdəki sıxlığındadır (PPI - pixel per inch). Daha çox sıxlıq - daha çox detal təsvir olunur, bu isə o deməkdir ki, şəkil daha dəqiqdir.

Adı

İcazə, piksellə

Diaqonal, düymlə

Full HD

1 920 × 1 080

23,5–32

QHD (2К)

2 560 × 1 440

24–32

UWQHD

3 440 × 1 440

34

UHD (4К)

3 840 × 2 160

27–55

DQHD

5 120 × 1 440

49

DUHD

7 680 × 2 160

57

Matrisin növü


Matris - bütün informasiyanın əks olunduğu, ekranın əsas hissəsi, sahəsidir. Əksərən oyun monitorları üçün dörd növ matris tətbiq edirlər:


  1. • VA-matrisləri (SVA, MVA, AMVA) — yüksək təsvir keyfiyyəti, tünd qara rəng..

  2. • IPS-matrislər (IPS, AHVA, PLS) — geniş baxış bucaqları, əla rəng ötürməsi.

  3. • TN-matrislər — tez cavab vermə, yüksək yenilənmə tezliyi, amma dar baxış bucaqları və VA, IPS-matrislərlə müqayisədə məhdud rəng ötürməsi.

  4. • OLED-matrislər — əla rəng ötürməsi və təzadlılıq, tünd qara rəng, ən tez cavab vermə vaxtı. OLED-matrislər bəzən yanır, ona görə istehsalçılar monitorları müdafiə texnologiyaları ilə təchiz edirlər.

Əyilən ekran


İnsan düynanı yastı şəkil olaraq görmür: bizim görüş sahəmiz əyridir və əyilən monitorun kənarlarını biz daha yaxşı görürük. Şəkil bərabər məsafədədir, ona görə gözə olan yük azalır. Yastı ekranda təsvir baxışa daha iti bucaq altında yerləşib - göz tez-tez fokusunu dəyişir və nəticəfə daha tez yorulur.


Əyilən monitorlar baxış bucağını genişləndirir və diqqət yayındırıcı amilləri aradan götürür - bu, oyuna qərq olmaq üçün vacibdir. Oyunçu bütün sahəni öz qarşısında saxlaya bilər - baş verənə sürətli reaksiya tələb edən atıcılarda bu daha rahatdır.

Monitor seçərkən əyintinin radiusuna fikir verin. Bu parametr əyrilik adlanır, R hərfi ilə işarə olunur və millimetrlərlə ölçülür. Əyintilər 1800R-dən 800R-ə qədər dəyişir.

Məsələn, əyilmə radiusu 1000R Odyssey Neo G95NC monitorundadır: Dual UHD icazəsi Dual UHD ilə cihaz maksimal qərq olmanı təmin edir.

Yenilənmə tezliyi


Ekran sətir-sətir yenilənən yüzlərlə piksel sırasından ibarətdir. Yenilənmənin tezliyi nə qədər yüksəkdirsə, ekran bir saniyədə bir o qədər çox təsvir əks etdirəcək və şəkil də daha axıcı olacaq.

Oyun monitoru üçün 144 Hz-dən az olmayan yenilənmə tezliyi tövsiyə edirlər. Kiberidmançıların yarışları üçün tezliyi 180 Hz-dən az olmayan monitor seçmək daha yaxşı olar.

Vacibdir: Yüksək yenilənmə tezlikyi videokartdan və prosessordan asılıdır. Oyun nə qədər tələbkardırsa, videokart və prosessor bir o qədər güclü olmalıdır.

Cavab vermə müddəti


Bu, öz rəngini dəyişmək üçün piksellərə lazım olan vaxtdır. Göstərici nə qədər azdırsa, dinamik səhnələrdə şəkil bir o qədər axıcı və dəqiqdir. Cavab vermə vaxtı millisaniyələrlə ölçülür. Yaxşı göstərici - 1 ms və daha az.

Cavab vermə vaxtının necə işlədiyini anlamaq üçün kursoru hərəkət etdirin. O, yeni nöqtəyə gələndə, siz hələ bir qədər onun arxasında qalan izi görəcəksiniz.

    Cavab vermə vaxtını ölçməyin iki üsulu var:

  • 1. GTG (ing. dilində gray to gray - "bozdan boza") - pikselin parlaqlığının dəyişmə vaxtını ölçür.
  • 2. MPRT (ing.dilində motion picture response time - "hərəkət edən təsvirin cavab vermə vaxtı") - hərəkət edən obyektdən qalan izin ekranda nə qədər qalmasını qiymətləndirir.

  • Oyunlarda təkcə kursor yox, həm də obyektlər: personajlar, elementlər və s. hərəkət edir. Cavab vermə vaxtı nə qədər çoxdursa, hər hərəkət edən obyektin izi bir o qədər uzun olur. Ona görə oyun monitoru üçün 1 ms-fən yuxarı olmayan göstərici tövsiyə edirlər. Sürətli cavab vermə vaxtı hərəkət zamanı obyektin bulanıqlaşmasının qarşısını alır və təsvir dəqiq qalır.

Adaptiv sinxronlaşma texnologiyaları


Monitor təsviri bərabər, videokart isə fərqli vaxt aralıqları ilə yeniləyir, çünki oyunlarda hər şey daim dəyişir: ot tərpənir, su parıldayır, kölgələr yaranır. Belə çıxır ki, bir monitorun bir yeniləmə dövrəsi ərzində videokart birdən daha çox və ya daha az kadr hazırlaya bilər. Bu, təsvirin parçalanmasına gətirib çıxarır.

FreeSync və G-Sync uyğunlaşan sinxronlaşma texnologiyaları problemdən qaçmağa kömək edir. Onlar videokartın verdiyi kadrların tezliyi ekranın yenilənmə tezliyi ilə üst-üstə düşsün deyə lazımdır.

Vacibdir: G-SYNC texnologiyası ancaq Nvidia videokartı ilə, FreeSync isə - qrafik adapterlərin bütün növləri ilə işləyir.

FreeSync

G-Sync

Növü

Baza

Premium

Premium Pro

Baza

Ultimate

Compatible

Uyğunluq

İstənilən videokart

Yalnız Nvidia

Yenilənmə tezliyi

60 Hs

120 Hs-dən

120 Hs-dən

60 Hs

175 Hs-dən

240 Hs-dən

Video birləşdiricilərin standartları


Oyun monitorları əksərən video birləşdiricilərin üç standartını təklif edir:


  • 1. DP — eyni anda məlumatları, səs- və videosiqnalı ötürür. Daha böyük ötürücülük qabiliyyətinə malikdir. FK-lərdə daha tez-tez rast gəlinir.

  • 2. HDMI — eyni anda səs- və videosiqnalı ötürür. Ötürücülük qabiliyyəti DP-də olduğundan olduqca aşağıdır.

  • 3. USB-C — eyni anda səs- və videosiqnalı ötürür, cihaza enerji doldurmağa imkan yaradır. Birləşdirici yığcamdır, ona görə noutbuklarda tez-tez rast gəlinir. Ötürücülük qabiliyyəti bütün birləşdiricilər arasında ən zəifidir.

Seçim istehlakçının monitoru hansı cihazlara qoşmağı planlaşdırdığından asılıdır. FK-də oyun üçün DP birləşdiricisi uyğundur: onun ötürücülük qabiliyyəti HDMI və USB-C-də olduğundan daha yüksəkdir. Aparatlar üçün isə HDMI birləşdiricisi lazımdır.

Aşağıda - müxtəlif birləşdiricilərin ötürücülük qabiliyyəti cədvəli. Göstərici videokartın monitor üçün məlumatları hansı sürətlə və keyfiyyətlə siqnala çevirdiyini müəyyən edir.

DP

HDMI

USB-C

Ötürücülük qabiliyyəti

77 Gbit/s-ə qədər

48 Gbit/s-ə qədər

40 Gbit/s-ə qədər

Digər vacib funksiyalar


Monitor seçərkən həm də bu funksiyalara diqqət yetirməyinizi tövsiyə edirik:


  • HDR — Texnologiya təsviri tünd və açıq səhnələrdə daha təfərrüatlı göstərir. Məsələn, əgər oyunun hərəkəti gecə vaxtı meşədə baş verirsə ekran təkcə rəngi yox, ağacların teksturasını da əks etdirəcək. Gündüz epizodları vaxtı isə günəşin şüalarını görmək olar. HDR DisplayHDR 400-dən DisplayHDR 1400-ə qədər sertifikatlaşma standartlarına malikdir. Rəqəmlər nitlərlə (ölçü vahidi) ölçülən ən yüksək parlaqlığı göstərir. Say nə qədər çoxdursa, monitor bir o qədər parlaq şəkli göstərə bilir.

  • Mini-LED və QLED — maye kristal ekranların arxa işıq texnologiyası Digər monitorlarla müqayisədə qara rəngi daha tünd və təbii etmək üçün lazımdır. Həmçinin hər iki texnologiya enerji baxımından səmərəli və uzunmüddətlidir. Mini-LED kiçik işıq diodlarından, QLED isə - təsvirin təfərrüatlaşmasını yaxşılaşdıran kvant nöqtələrindən ibarətdir.

    Kvant nöqtələri - maye kristallarla ekranın işıq diodlu arxa işığı arasında qat qismində əlavə olunan nanokristallardır. Nöqtə nə qədər böyükdürsə, o, qırmızı rəngin spektrinə, nə qədər kiçikdirsə, - göy rəngin spektrinə daha yaxındır.
  • Mat ekran — Bu cür monitor növlərinin səthinin antiparıltı örtüyü hətta monitora birbaşa günəş şüaları düşsə belə, parıldamayacaq.
  • USB-hab — çoxlu müxtəlif cihazlar: siçanlar, klaviatura, fleş-kartlar qoşmaq lazım olanda daha rahatdır. Kompyuterdə boş yerlər həmişə olmur, ona görə yuva faydalı ola bilər.

  • Hündürlüyün və əyilmənin tənzimlənməsi — kompyuterin arxasında rahat işləmək üçün gərək monitor göz səviyyəsində olsun. Əgər ekran daha aşağıda və ya yuxarıda yerləşirsə, boyun davamlı gərgin olacaq. Rahat iş sahəsi yaratmaq üçün əyilmə və hündürlük tənzimləmə funksiyalı monitorları seçin.

  • Quraşdırılmış dinamiklər. Əgər səsgücləndiriciniz yoxdursa, özünün dinamiki olan monitor - daha yaxşı həldir. Müasir modellərdə stereosəslənmə ilə dinamiklər quraşdırılıb.
  • Oyun monitorunun seçimi fərdi tələbatdan və büdcədən asılıdır. Əsas xüsusiyyətləri nəzəra alın: ekranın icazəsi, cavab vermə vaxtı, matrisin növü, - habelə öz ideal monitorunu tapmaq üçün əlavə funksiyalar.

    Videooyunlar üçün Samsung monitorları

    Samsung-un oyun monitorları həm həvəskarlara, həm də peşəkar kiberidmançılara uyğun gələcək.

    Özünüz üçün Odyssey monitorlarını kəşf edin

    * PPI — «PiPiAy», Full HD — «Ful EyçDi», QHD — «KyuEyçDi», UWQHD — «YuDablyuKyuEyçDi», DQHD — «DiKyuEyçDi», DUHD — «DiYuEyçDi», VA — «ViEy», TN — «TiEn», IPS — «AyPiEs», OLED — «Oled», Odyssey Neo G95NC — «Odissi Neo Ci95EnSi», Dual HD — «Dual EyçDi», Odyssey OLED G9 — «Odissi Oled Ci9», Odyssey Neo G9 — «Odissi Neo Ci9», AMD FreeSync Premium Pro — «EyEmDi FriSink Premium Pro», GTG — «CiTiCi», MPRT — «EmPiArTi», G-Sync — «CiSink», Nvidia — «Envidia», Ultimate — «Ultimeyt», Compatible — «Kompeytbl», DP — «DiPi», HDMI — «EyçDiEmAy», HDR — «EyçDiAr», Mini-LED — «Mini-Led», QLED — «KyuLed», USB-C — «YuEsBi-Si», Odyssey Ark G97NC — «Odissi Ark Ci97EnSi», Quantum Mini LED — «Kuantum Mini Led», Display Port — «Displey Port»

    Növbəti hekayələri oxuyun