Hər kəsin həsəd aparacağı:
Sosial şəbəkələr üçün
möhtəşəm videoları necə hazırlamalı
Video redaktəsi və hər kəsi heyrətə gətirəcək vizual effektlər
Videolarınızı qeyri-adi vizual effektlərlə canlandırın. Galaxy Note10 smartfonunuzda AR Doodle rejimindən başlayın.
Sosial şəbəkədə gözəl bir video gördükdə izləmədən keçə bilmirik. Əgər istəsəniz siz də diqqət çəkən videolar hazırlaya bilərsiniz. Hətta peşəkar videoqraf olmadığınız halda belə, viral videolar çəkmək sizin əlinizdədir. Sadəcə bir az səbr və təxəyyül lazımdır. Hər kəsin diqqətini cəlb edəcək videolar hazırlamaq üçün məsləhətlər:
Təkrarlanan videonun sehri. Galaxy S10+ ilə çəkilib.
Təkrarlanan video
Nə etməli: Təkralanmasını istədiyiniz hərəkəti çəkin. Variant 1: obyektin hərəkət etməsini, kadrın və ya digər obyektin arxasında itməsini videoya çəkin. Variant 2 (təkmil): hər hansı obyektin daxilində sonsuz olaraq təkrarlan hərəkəti yarada biləcəyiniz səhnəni çəkin. Adobe After Effects vasitəsilə həmin obyekti gizlədin və sonsuz dövrə yaradın: ideal təkrarlanan video alınanadək təbəqələri birləşdirməyə davam edin.
Məsləhət: Hərəkət etməyən və ya dəyişməyən fonda videolarınız daha real görünəcək.
Zaman və məkanla oynayın
Stop Motion Video
Nə etməli: obyekti 180 və ya 360 dərəcə əhatə edən şəkillər seriyası çəkin. Daha sonra isə şəkilləri ardıcıllıqla Adobe After Effects-ə yükləyin və Warp Stabilizer funksiyasını tətbiq edin. Hərəkətdə olan obyektə stop-motion effektini tətbiq etmək üçün isə yuxarıdakı addımları yerinizdə duraraq tətbiq edin. Unutmayın, çəkilişə nə qədər çox vaxt sərf etsəniz, nəticə bir o qədər yaxşı olacaq.
Məsləhət: Daha real, axıcı animasiya üçün ip və təbaşir vasitəsilə obyektədək dəqiq məsafəni işarələyərək bir neçə dəfə çəkiliş edin.
Galaxy Note10 ilə rəsmlərinizə yeni bir ölçü qatın
Xüsusi effektlər
Nə etməli: Videolara möhtəşəm effektlər əlavə etməyin prizmalar və maraqlı linzalar istifadə etməkdən xüsusi tətbiqlər endirməyə qədər müxtəlif üsulları var. Bütün bu yollardan istifadə etmək istərsinizmi? Galaxy Note10 smartfonunuzda AR Doodle rejimində S Pen istifadə etməklə videoları virtual rəsmlər, xüsusi effektlər və hətta kamera hərəkətdə olan zaman belə məkanda hərəkətsiz qalan animasiya ilə zənginləşdirin.
Məsləhət: Görkəmli kontent hazırlayanlar ideal videonun alınması üçün eyni səhnəni bir neçə dəfə çəkir. Siz də onlar kimi edin. Möhtəşəm, tam təbii effekt üçün isə videonu qızıl saatda çəkməyə cəhd edin.
Möhtəşəm kaleydoskopik effektə nail olmaq üçün prizma filtrlərini sınaqdan keçirin.
Galaxy S10+ ilə əfsanəvi anları yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimində çəkin
Əks canlandırma
Nə etməli: Tərsinə çevriləcəyi zaman yaxşı görünəcək hərəkətli və əyləncəli bir səhnə fikirləşin. Galaxy cihazınızla videonu yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimində çəkin, daha sonra isə əks canlandırma ilə videonu tərsinə çevirin. Havaya bir şey atmaq kimi bəzi səhnələr yavaşladılmış çəkiliş rejimində çox gözəl görünür - bunu siz də sınayın.
Məsləhət: Videonun bəzi elementləri sabit, bəziləri isə, məsələn su damcıları, nəqliyyat və ya bizim nümunəmizdəki kimi güllər hərəkətdə olduqda video daha effektiv olacaq.
Galaxy S10+ ilə əfsanəvi anları yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimində çək
Yüksək dərəcədə yavaşladılmış çəkiliş
Nə etməli: Hərəkətlə dolu özünəməxsus bir səhnə seçin və onu yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimində çəkin.
Məsləhət: Kadrda kifayət qədər işıqlandırmanın olduğundan əmin olun: bu, yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimində vacib rol oynayır. Mükəmməl nəticə istəyirsinizsə, açıq havada təbii günəş işığında çəkiliş edərək süni işıqlandırmanın yaratdığı titrəmə effektindən yayına bilərsiniz.
Hər kəsi heyrətləndirəcək metamorfozlar
Galaxy Note10 ilə çəkilib.
Peşəkar kimi redaktə edin
Nə etməli: Hər dəfə bir elementi dəyişdirərək bir neçə video çəkin. Təbii görünməsi üçün fasiləsiz olaraq çəkiliş edin və işıqlandırmanın stabil olması üçün ekspozisiyanı sabitləyin. Çəkilişdən sonra Adobe Premiere Rush kimi təkmilləşdirilmiş redaktə tətbiqlərindən istifadə edərək videoları hər hərəkətdə eyni məqamda kəsin, rəngə düzəliş edin və mükəmməl bir hərəkət üçün yan-yana gətirib birləşdirin.
Məsləhət: Hərəkətlər nə qədər sürətli olarsa, yekun video bir o qədər təbii görünər.
Bəyənmə toplamağa hazırsınız?
Yüksək dərəcədə yavaşladılmış çəkiliş rejimində əfsanəvi anları lentə alın və ya AR Doodle rejimi ilə özünüzə məxsus toxunuşlar əlavə edin. Artıq çəkdiyiniz videolar viral olmağa hazırdır.
Galaxy S22 Ultra
Galaxy S22 | S22+
Digər hekayələri oxuyun
* Creative Commons Attribution lisenziyası üzrə lisenziya verilib (https://creativecommons.org/licenses/by/3.0/).