Neon lampasının yüz ildən öncə icad olunduğunu bilirdinizmi? O zamandan bəri neon işığı kinoekranlarda göründü, arxa küçələrdə itdi - və nəhayət, gecələr küçələrin ayrılmaz hissəsinə çevrildi. İndi bu dəb yeni mərhələdədir və çox güman ki, heç zaman olmadığı qədər geniş yayılacaq.
Trenddə olmaq və Instagram səhifənizi parlaq neon rənglərlə bəzəmək istəyirsinizmi? Rahat kamera və bir neçə vacib qayda ilə bu mümkündür.
Fotoşəklin müəllifi @maryanne.braine
Düzgün seçim edin
Əksər peşəkar kameralar hərtərəfli apertura və çəkiliş sürəti tənzimləməsi tələb edir, lakin Galaxy S9+ aperturası istənilən şərtlərə avtomatik uyğunlaşır. Sadəcə şəhərdə ən yaxşı neon oazisini tapın və möhtəşəm şəkillər çəkin. Fikrinizi yaradıcılığa cəmləyin və rejimlər barədə düşünməyin!
Galaxy S7 ilə çəkilib.
Rakurs üzərində işləyin
Neon şəkildə uğurlu rakurs önəmlidir. Əgər eyni mövqedən, yalnız üz ifadənizi və pozanızı dəyişərək mükəmməl şəkil alınana qədər selfi çəkirsinizsə, strategiyanızı dəyişin - işıq mənbəyinə nəzərən optimal mövqe seçin. Ona yaxınlaşın, yana doğru bir neçə addım atın, yuxarı və aşağı rakursları sınayın, işığa baxın, işıq mənbəyinə arxanızı çevirin.
Sehrli neon tüstüləri
Neon şəkilləri effektsiz də valeh edir, lakin bu o demək deyil ki, “fotodopinq” istifadə edə bilməzsiniz. Bulanıqlıq və ya canlı fokus şəkli daha da sehrli edəcək. Hətta “harada çəkildiyini tapın” mövzusunda müsabiqə də təşkil edə bilərsiniz.