Fotoqrafiya

Yeni Tanışlıqlar üçün
Profil Şəklinizi Yeniləyin

Bu peşəkar məsləhətlərlə tanışlıq tətbiqləri üçün gözoxşayan fotoşəkillərin sirlərini öyrənin.

Siz bir çoxları üçün nadir tapıntısınız. Bəs əgər sadəcə profil şəkliniz o qədər də gözoxşayan deyil deyə bəzi maraqlı tanışlıqları əldən verirsinizsə, onda necə? Peşəkar tanışlıq kouçu Alexis Germany (@thealexisgermany) buna qətiyyən yol verə bilməz. O, TikTok-da mütəmadi olaraq faydalı məsləhətlər verərək 67 min izləyicisinə öz profillərində bütün heyrətamiz keyfiyyətlərini ən yaxşı şəkildə nümayiş etdirməyin yollarını öyrədir. Germany burada Galaxy Z Flip3 5G ilə gerçəkləşdirdiyimiz ən yaxşı fotoşəkil tövsiyyələrindən bir neçəsini paylaşır. Odur ki, oxuyun, öz çəkilişinizi planlaşdırın və görüş təqviminizin daha məşğul olmasına hazır olun.

Fərqlənmək üçün özünüz olmağınız kifayətdir

“Sadəcə özün olmaq” və “fərqlənmək” anlayışları əks fikirlər kimi səslənə bilər. Ancaq ən yaxşı tanışlıq sizi olduğunuz kimi bəyənəcək insanlarla tanışlıqdır. Germany deyir: "Sizin fotoşəkilləriniz insanlara əslində kiminlə görüşəcəkləri barədə fikir verməlidir. Ancaq siz həm də ən yaxşı keyfiyyətlərinizi nəzərdən keçirmək, sonra onları bölüşmək üçün düşünülmüş bir yol tapmalısınız." O, profil şəkillərinizdən ən azı birində maraqlarınızı (gitarada ifa etmək, dadlı risotto bişirmək və s.) nümayiş etdirməyinizi tövsiyə edir. Geyimə gəldikdə, özünüzü ən rahat hiss etdiyiniz paltarları geyinin. Sizin səmimi, təbii kadrlarınızı çəkməsi üçün dostunuzu dəvət edin. (Galaxy Z Flip3 5G-də Portret rejimindən istifadə edərək incə təkmilləşdirmələr edə bilərsiniz.) Nəhayət, kiçik bir hərəkət və real həyat orijinallığı üçün, sevdiyiniz bir işlə məşğul olduğunuz qısa videosunu yerləşdirmək barədə düşünün.

Flex Rejimi
Əllərinizin köməyi olmadan selfiyə oxşamayan selfilər çəkin

Köhnə şablon selfilərlə yollarınızı ayırın

Germany məsələ tanışlıq profili selfilərinə gəldikdə, açıq danışmaqdan çəkinmir: “Vanna otağında selfi - olmaz. Güzgüdə selfi - olmaz. Ümumiyyətlə, selfilərdən uzaq durun” deyir. "Əgər mütləq selfi paylaşmalısınızsa, maksimum bir ədəd paylaşın." Bununla belə, elə bir vaxt gələ bilər ki, siz möhtəşəm paltar geyinmisiniz, mükəmməl işıqlandırma ilə əhatələnmisiniz, lakin təksiniz - bəs onda necə? Gözəl bir profil şəkli çəkməməlisiniz? Xoşbəxtlikdən, Galaxy Z Flip3 5G-dəki Flex Rejimi sizə imkan verir ki, telefonu açıb yerə qoyasınız və əllərinizin köməyi olmadan qətiyyən selfiyə oxşamayan selfi çəkəsiniz. Siz hətta Galaxy Watch4-ə qoşularaq sadəcə saata toxunmaqla telefondan şəkillər çəkə bilərsiniz. (O, mükəmməl yoldaşdır.)

4

Şəkil keyfiyyəti üçün sağa sürüşdürün

Bu günlərdə hamımız cibimizdə əla kameralar gəzdiririk, ona görə də tanışlıq tətbiqləri üçün aydın, yüksək keyfiyyətli profil şəkli çəkmək indi həmişəkindən daha asandır. Germany keyfiyyətin vacib olduğunu deyir. "Profilinizdəki yazılı məzmun heyrətamiz olsa belə, onu dəstəkləyəcək yaxşı fotoşəkillər yoxdursa, nəticə azalacaq." Beləliklə, fotoşəkillərinizin bulanıq və ya zəif işıqlandırılmış olmadığından əmin olun. Galaxy Z Flip3 5G-dəki kimi 12 meqapiksellik kamera sizə ehtiyacınız olan aydın, yüksək keyfiyyətli şəkilləri verəcək. Onların redaktəyə və ya filtrə ehtiyacı yoxdur.

4

Daha çox söhbətə başlamaq üçün daha çox məkan göstərin

Profil şəkilləri izləyiciləri bir cazibədar mühitdən digərinə aparan hekayələr kimidir. Məkan müxtəlifliyi həm də daha çox söhbət deməkdir. Beləliklə, həyatınızı dəyişən o konsertdə və ya sevimli parkınızda qaçarkən çəkdiyiniz şəklinizi göstərin. Germany deyir: "Tədbirlərdə və ya yığıncaqlarda çəkilmiş fotoşəkillər yaxşı effekt verir, çünki əgər siz xoş vaxt keçirirsinizsə, bu, fotoşəkillərinizdə də hiss olunacaq". Və əlbəttə ki, məkan üçün kamera parametrlərinizi tənzimlədiyinizə əmin olun. Gündüz gəzintiyə çıxmısınızsa, təbii işıq seçimini etməlisiniz. Şəhərdə gecə çəkilişi etməyə çalışırsınızsa, zəif işıqlı fotoşəkil çəkməyin əsaslarını bilməyiniz üstünlükdür. Galaxy Z Flip3 5G-də gecə rejimi sizə gecənizin canlı, detallı təsvirlərini verəcək (ətraf nə qədər qaranlıq və ya zəif işıqlandırılmış olsa da).

Sevdikləriniz üçün
unudulmaz hədiyyələr

Bu Sevgililər Günü onlara gözləmədikləri bir hədiyyə bəxş edin.

*Təsvir simulyasiya edilib.

Açıq çəhrayı fonda ürək şəklində düzülmüş səkkiz Galaxy Z Flip3 5G telefonu.

Ünsiyyətə hazırsınız?

Gözoxşayan profil şəkilləri çəkin və bütün görüşlərinizə hazır olun.

Qara köynək geyinmiş Alexis Germany-nin gülümsəyən portreti. Qara köynək geyinmiş Alexis Germany-nin gülümsəyən portreti.

ROLLARDA

Alexis Germany

Şəxsi Münasibətlər Eksperti və Həyat Tərzi Kouçu

Samsung Galaxy ikonası Samsung Galaxy ikonası

PAYLAŞ VƏ KƏŞF ET

Növbə sizdədir

Yaradıcı cəmiyyətimizdən ilham almaq üçün Instagram-da @SamsungwithGalaxy səhifəsini izləyin, sonra şəkillərinizi #withGalaxy ilə paylaşın.

Digər hekayələri oxuyun