Stritstayl, fotolent və AI işləmə:
2024-cü ildə mobil fotoşəkil trendləri
Sosial şəbəkələrdə çəkiliş üçün yeddi parlaq ideya.
13.09.2024 | ~8 dəq.
Sosial şəbəkələrdəki fotoşəkillərinizin daha parlaq görünməyini və daha çox layk yığmasını istəyirsiniz. Bəs abunəçilərin bəyənəcəyi fotoşəkilləri necə çəkmək olar?
Mobil çəkilişdə yeddi aktual istiqamət təklif edirik. Onların bir hissəsi artıq klassikaya çevrilib, bəziləri isə, hələ bu il çıxıb. Trendləri təkrarlaya bilmək üçün biz peşəkar fotoqraflardan bir neçə tövsiyə vermələrini və öz işlərini göstərmələrini xahiş etdik.
1. AI köməyi ilə fotoşəkillərin səliqəli şəkildə işlənməsi
Əvvəllər kadrın retuşunu həyata keçirmək və detalları əllə düzəliş etmək lazım olurdusa, indi süni intellekt hər şeyi özü edəcək. Asan və nəzərə çarpmayan işləmə trenddədir –– təbii rənglər, səliqəli retuş. Retrica üslubunda filtrlər artıq keçmişdə qaldı, eyni zamanda Fotoşopdan keçirilmiş və neyroşəbəkənin formalaşdırdığı fotoşəkillər uyğunlaşmamış şəkildə qaldı.
AI yalnız peşəkar proqramlar çərçivəsində deyil, həmçinin, smartfonlarda da mövcuddur. Bu, fotoşəkillərin işlənməsini asanlaşdırır və sürətləndirir: zəruri alətlər həmişə əlinizin altında olur.
Olqa Draqunova, mobil fotoqraf
Samsung smartfonlarında fotoşəkilləri redaktə etməyə kömək edən Galaxy AI var. Obyektlərin yerini dəyişmək, onları yaxınlaşdırmaq və uzaqlaşdırmaq, kadr çatışmazlıqlarını: bulanıqlılıqları, kölgələri, səs-küyü aradan qaldırmaq olar. Və bütün bunlar bir neçə toxunuşla mümkündür. Fotoşəkillər ideal kontentə çevrilir.
Olqa Draqnovadan tövsiyə: «Sizinlə birlidkə fotoşəkildə təsadüfən başqa şəxslər də düşübsə, onu AI-nin köməyi ilə işləməyə çalışın: neyroşəbəkə insanları yığışdıracaq və onları neytral fonla əvəz edəcək».
2. Fotolent və vintaj
foto effekti
2024-cü ildə aktual qalmağa davam edən trend. Bu gün lentli fotoaparat almaq mütləq deyil. Xoşunza gələn effekti seçməyiniz və onu görüntüyə tətbiq etməyiniz kifayət edir. Dənəvərlilik və artıq işıqlı sahələr fotoşəkilə ana-atalarımızın fotoalbomlarındakı atmosferi təmin edir. Smartfonla çəkilişin nəticəsi dərhal görünə bilər. Lentin açılacağını bir neçə gün gözləmək lazım deyil.
Lent kadrı effektinin tətbiq edilməsi üçün müxtəlif filtrləri sınaqdan keçirin. Eyni zamanda bir neçə filtrdən istifadə edin və fotoşəkili öz zövqünüzə uyğun tənzimləyin. Şəkil uşaqlığımızdakı fotoaparatlardan olan kadrlara oxşayırsa, deməli artıq dayanmaq vaxtıdır.
Regina Bakirova, fotoqraf, mobil fotoşəkil məktəbinin təsisçisi
Regina Bakirovadan tövsiyə: «Fotoşəkili fotolent şəkili kimi işləmək üçün ən yaxşı üsul istənilən redaktorda "Səs-küy" alətini tapmaq və onunla düzəlişlər etməkdir».
3. Stritstayl və reportaj çəkilişi
Aktual trend – küçə kadrları və fotoreportajlar. Storis üçün rəfiqənizlə gəzintinin də, adi insanların həyatlarını da, məsələn, kənddə balıq tutan balıqçıların və ya həyətdə futbol oynayan uşaqların fotoşəkilini çəkmək olar.
Reportaj fotosu çəkmək üçün teleobyektivli və yaxşı səsli qadcet lazım olacaq. Məsələn, Galaxy S24 Ultra cihazında on qat optik zum var və bu zum göydə quşları və ya qonşu binanın pəncərəsindəki insanları iri planla çəkməyə kömək edir.
Standart olaraq telefonlarda kamera geniş bucaqlı olur. Geniş bucaqlı çəkiliş insanın tam boy çəkilməsi və onun ətrafının kadra salınması üçün idealdır.
Olqa Draqunova, mobil fotoqraf
Olqa Draqunovadan tövsiyə: «Canlı kadrı tutmaq üçün diqqət cəlb etməmək əhəmiyyətlidir. İnsanları və ya heyvanları uzaqdan çəkməyə çalışmaq olar. Müasir smartfonlarda olan yaxınlaşdırma funksiyası lazım olacaq. Fotoşəkil aydın və parlaq, kompozisiya isə, daha sıx olacaq».
4. Qeyri-adi rakurslar
Qeyri-adi rakursun köməyi ilə hər hansı detalı vurğulamaq və ya hətta hekayə danışmaq olar. Buna görə kreatorlar perspektivlə, kameranın mailliyi ilə, zumla aktiv şəkildə işləyirlər.
Məsələn, miqyası göstərmək üçün kadra daha çox məkan yerləşdirmək və ya fotoşəkili aşağıdan yuxarıya çəkmək olar. Bu üsul memarlıq nümunələri və ya mənzərələr çəkildikdə yaxşı işləyir –– görüntülər epik və cəsarətli alınır.
Sosial şəbəkələrdə müxtəliflik trendi var. Kreatorlar daima yeni və qeyri-adi rakurs tapmalı, adi hadisələrə fərqli bucaqdan baxmalıdırlar. Adi bina və ya təbiət fotoşəkili ilə artıq heç kəsi təəccübləndirmək mümkün deyil.
Regina Bakirova, fotoqraf, mobil fotoşəkil məktəbinin təsisçisi
Regina Bakirovadan tövsiyə: «Maraqlı kadrlar seçin, obyekti müxtəlif bucaqlardan çəkin, panorama ilə təcrübələr edin. Məsələn, oturacağın üstünə çıxın və əşyanın fotoşəkilini yuxarıdan çəkin, yaxud dizi üstə oturun və fotoşəkili yer səviyyəsindən çəkin. Görüntünü əks etdirən səthlərdən: güzgülərdən, şüşələrdən və hətta gölməçələrdən istifadə etmək olar».
5. Təbiət və gün batımı
Təbiət (meşə, dağlar, göllər və çaylar) həmişə insanı özünə çəkib. Mənzərə fotoşəkil janrı həmişə trenddə olacaq, lakin insanla təbiətin münasibətlərinin göstərildiyi kadrlar daha yaxşı görünür.
Fotoqraflar obyektlər arasında forma, xətlərin hamarlığı, rənglər üzrə əlaqə axtarırlar. Məsələn, əlin üstündəki damarları böyük çayın qolları ilə müqayisə edir və ya bədənin incəliyini və təbii fəlakətin gücünü göstərirlər.
Danil Lısov, fotoqraf
Gün batımının fotoşəkilləri dəyişməz trend olaraq qalmağa davam edir. Belə fotosessiya üçün ən uyğun vaxt — günəşin ətrafdakı hər şeyi çəhrayı, narıncı və hətta qırmızı çalarlara boyadığı «qızıl dövrdür».
Danil Lısovdan tövsiyə: «Qeyri-adi məkanları seçin. Fotoşəkilləri gölün sahilində, tarlada, meşədə çəkin. Buludlu havada və ya alatoranlıqda fotoşəkil çəkməkdən çəkinməyin: müasir telefonlar hətta pis işıqlandırma şəraitində belə yaxşı kadrlar çəkir».
6. Portret fotoşəkillərində
təbiilik və səmimilik
Hər kəs sosial şəbəkələrdəki ideal şəkillərdən (model bədən formalarından, nəzərə çarpacaq dərəcədə retuşdan keçirilmiş dəridən, məşq edilmiş pozalardan) bezib. Fotoşəkildə təbiilik trendi insanın olduğu kimi görünmək cəhdlərini əks etdirir. Qırışlar, sızanaqlar, müəyyən səliqəsizlik –– bütün bunlar bizi insan edir, buna görə kadrda qala bilər.
Biz adi, həqiqi, qüsurlu insan görmək istəyirik. Buna görə fotoşəkildə səmimilik və dürüstlük istəyi yaranıb –– hər şey açıq-aydın emalsız, sadə interyerdə olmalıdır.
Regina Bakirova, fotoqraf, mobil fotoşəkil məktəbinin təsisçisi
Regina Bakirovadan tövsiyə: «Təbii kadr çəkmək üçün insanın fotoşəkilini təbii işıqlandırma şəraitində, məsələn, pəncərənin yanında çəkin. Belə olan halda, işıq düz düşür və dərinin qüsurlarını gizlədir. Portretləri həddindən çox yaxından çəkməyin, əks halda, üzün proporsiyaları pozulacaq. Bundan əlavə, zarafat edin, kompliment edin ki, insan rahat olsun. Belə olan halda, kadrlar daha təbii görünəcək».
7. Minimalizm
Bu trend bir çox sahədə var: dizaynda, memarlıqda, interyerdə, dəbdə. Fotoşəkillərdə minimalizmin əsas prinsipi belə səslənir: nə qədər sadədirsə, o qədər yaxşıdır. Fotoşəkildə vizual səs-küy, rəng və tekstura minimum səviyyədə olmalıdır.
Fotoşəkil zamanla ayaqlaşır və sadə olan hər şeyə sevgimizi mənimsəyir. Minimalizmin qaydası da buradan irəli gəlir: tək bir obyekt, ətrafda artıq heç nə olmamalıdır.
Danil Lısov, fotoqraf
Danil Lısovdan tövsiyə: «Mərkəzi bir obraz: insan, heyvan, bina tapın. Ətrafda minimalistik məkan təşkil edin. Siz studiyada çəkiliş edirsinizsə, neytral fon seçin və kadrı xırdalıqlarla, naxışlarla, rekvizitlə həddindən artıq yükləməyin. Çəkilişi küçədə edirsinizsə, artıq əşyaları sonrakı işləmə zamanı kəsib çıxarmaq olar. Bir neçə əşyanın köməyi ilə hekayə danışmaq bir sənətdir. Fotoşəkilinizin nəyi əks etdirməli olduğu üzərində əvvəlcədən düşünün».
Trend fotoşəkil çəkməyə kömək edəcək qadcetlər
Galaxy S24 Ultra
Galaxy S24
* Galaxy AI — «Qelaksi EyAy».