Yaxınlarınızla əlaqədə qalın,
harada olsalar da
Yanımızda olmayanlarla necə ünsiyyətdə olmaq olar — asan və şən.
Hamı bilir ki, ailədə sağlam münasibətlər necə vacibdir — lakin, əgər qohumlar uzaqda yaşayırlarsa, onları qurub tamamlamaq asan olmur. Əslində, yaxınlarımızla yalnız təsadüfdən təsadüfə əlaqə saxlamaq lazım deyil. Onlayn əlaqə qurun: texnologiya sevginizi məsafələrdən göstərməyinizə kömək edər, uşaqlar isə digər şəhərlərdəki nənə, baba və əmiuşağı ilə dostluq edə bilərlər.
Bütün işləri necə quracağınıza dair üç fikir.
Videozənglərdən zövq alın
Videozənglər zamanı uşaqlar tez-tez şıltaqlıq edirlər, diqqətləri yayınır və xüsusilə də, əlaqədə nənə və baba olanda kameraya üz-gözlərini əyirlər. Uşaqlar üçün maralı olmaq üçün hər həftə eyni vaxtda zəngləri planlaşdırın və onları körpənin cədvəlinə daxil edin - belə o, onlayn göüşləri səbrsizliklə gözləyəcək. Zəngləşmələri, uşağın ən çox şıltaqlıq etdiyi, şam yeməyindən əvvəl və ya başqa vaxta təyin etməyin. Danışmaqdan başqa "efirdə" edəcəyiniz şeyləri düşünün: qohumlar uşaqlara kitab oxuya bilər, onlarla “X O” kimi oyunlar oynaya bilər və ya rəsm çəkə bilər. əgər uşaq ekran qabağında daha çox vaxt keçirərsə, həyəcan keçirməyin. Yaxınlarınızla ünsiyyət - xüsusilə də, ən balacalar üçün, faydalı məşğuliyyətdir: belə görüşlər zamanı onlarda nitq inkişaf edir.
Nənə və babanızla qrup söhbətlərini yəşkil edin
Əgər artıq uşağın smartfonu varsa, qohumlarla messencerdə qrup çatları təşkil edin. Onlayn söhbət edərkən, uşaqlar rəqəmsal etikaya riayət etməyi öyrənirlər. Əgər daha böyük qohumlarınızın texnologiyalardan çox da yaxşı başı çıxmırsa, uşaqdan xahiş edin ki, videoçatda onları öyrətsin: belə ünsiyyət yaxılaşdırır. Vaxtınız və həvəsiniz olanda yazışmalarda iştirak edin, məşğul olan zaman isə, diqqətinizin məlumatlar barədə bildirişlərə yayanmaması üçün çatın səsini söndürün. Uşaqların internetdə nə qədər vaxt keçirdiyini başa düşmək üçün, valideyn nəzarəti funksiyasını tənzimləyin. O, həmçinin yemək zamanı, ev tapşırıqlarını yerinə yetirdiyiniz zaman və yuxudan əvvəl smartfonların istifadəsinə məhdudiyyət təyin etməyə imkan verir. Beləliklə, hətta böyüklər gecə yazışmağa davam etsələr belə, uşaq rahat yatacaq, buraxılmış mesajları isə səhər görəcəkdir.
Yaradıcı potensialı meydana çıxarın
Rəqəmsal kartların köməyi ilə qohumlarınızı doğum günləri, toy ildönümləri və digər bayramlar münasibəti ilə təbrik edin. Samsung Notes tətbiqetməsində uyğun gələn şəkilə xoş diləklər əlavə edin və ya öz poçt kartınızı yaradın və mesajlaşma ilə və ya elektron poçtla göndərin. Yaradıcılıqla daha böyük miqyasda məşğul olmaq istəyənlər üçün biz, PENUP⁴ tətbiqini yaratdıq, PENUP - rəqəmsal rəsm çəkmə üçün güclü bir alətdir, onunla uşaqlar öz hisslərini şəkillər vasitəsi ilə yaxınlarına ifadə edə bilərlər.
¹ Android 5.0 və daha yeni ƏS ilə işləyən və 1,5 GB-dan yuxarı RAM-ı olan smartfonlar və tabletlərlə uyğundur. ² 6 saat davamlı səsləndirmə üstəgəl 15 saat şarj zamanı. Batareyanın ömrü istifadə növünə görə dəyişir - musiqi səsləndirilməsi və ya zənglərin edilməsi. ³ Funksiya One UI 2.5 və ya daha yeni qurğularda dəstəklənir. ⁴ PENUP tətbiqini Galaxy Store və ya Google Play Store-dan yükləmək olar.