Çox yaxşı ştanqlar və əla məşq avadanlıqları əlbəttə faydalıdır, amma bunlar olmadan ötüşmək olar, yaradıcı olsanız evdə də məşğul ola bilərsiniz.
Sizə asan olmaq üçün, biz məşqlərin siyahısını tərtib etdik. Ancaq Galaxy Watch ilə məşqlərinizi izləməyi unutmayın.
Pilləkanla hərəkət.
Əgər sizin evinizdə pilləkan varsa, ondan istifadə etməyin lap vaxtıdır. Pilləkan — əla bir ürək məşqidir: sadəcə bir neçə dəfə yuxarı və aşağı gəzmək kifayətdir. Sübut edilmişdir ki, pilləkanlarla qalxma, bir dəqiqədə qaçışdan daha çox kalori yandırır və çəkinin idarə olunmasına və əzələ tonusunun artmasına kömək edir. Bu sadə, lakin effektiv məşq formasıdır. Galaxy Watch-un köməyi ilə siz gedilən addımların və mərtəbələrin sayına nəzarət edəcəksiniz.
Divardan itələmə gücü ilə hərəkətlər
İtələmə gücü ilə hərəkətləri sevmirsiniz? Pronlem deyil - onları yerdən deyil divardan etməyə çalışın. Bu, bütövlükdə bədəninizi gücləndirmək və daha çətin məşqlərə hazırlaşmaq üçün əla üsuldur. Əllərinizi çiyin səviyyəsində divara söykəyin, çiyinlərinizdən biraz daha geniş aralayaraq, ayaq üstə itələmə gücü ilə hərəkətlər edin.
Gövdənin kitabla fırlanlb çevrilməsi
Bu məşğələ kitabsevərlər üçün uyğun gələcək. Yeni başlayanların medbol və ya stanq plitələri almağına ehtiyac yoxdur: ən ağır kitabla da kifayətlənmək olar – o, yan çevrilmələri üçün idealdır. Üzü üstə yerdə uzanın, ayaqlarınızı dizdən bükün və əllərinizi sinənizin önünə uzadaraq, kitabı əlinizdə saxlayın. Bədən əzələlərinin necə işlədiyini hiss edərək başınızı, boynunuzu və çiyinlərinizi yerdən yavaş-yavaş qaldırın.
Kürsüdən itələmə gücü ilə qalxma hərəkətləri
Triseps məşqləri axtarırsınız? Kürsüdən itələmə gücü ilə qalxma hərəkətlərini sınayın. stulun qarşısında oturun, qollarınızı arxaya aparın, stulun künclərindən tutun və ayaqlarınızı uzatın. Sonra aşağıya doğru hərəkət etmək üçün qollarınızı dirsəkdən bükün və geri qalxmaq üçün onları düzəldin. Galaxy Watch-un köməyi ilə öz nəbzinizə nəzarət edərək bir neçə dəfə təkrar edin.
Konserv bankaları ilə biseps məşğələləri
Hantelsiz məşq salonu — bu nə isə bir fantastikadır. Ancaq onlara evdə daha az rast gəlinir ... bununla belə, bir anbara baxın! Bu lobya və sıxılmış süd bankaları biseps məşğələləri üçün əla uyğun gələr. Daha kiçik və daha yüngül bankalardan başlayın, sonra isə daha böyük və ağırlarına keçin.
Süpürgə ilə yan çevrilmələri
Mətbəxin döşəməsini süpürərkən, şübhəsiz ki, aktiv şəkildə hərəkət edəcəksiniz, ancaq yaradıcı olsanız, eyni zamanda belinizi düzəldə bilərsiniz. Oturun və süpürgəni çiyinləriniz arxasında tutaraq, bədəni yaxşı işləmək üçün soldan sağa dönün.
Bir əllə, basketbol topu ilə itələmə gücü ilə qalxma hərəkətləri
Basketbol azarkeşisiniz? Səbətə bir neçə top atmaqla yavaşlayın və bir əllə, basketbol topu ilə itələmə gücü ilə qalxma hərəkətləri edin Əllərinizi yerə qoyaraq həmişəki itələmə gücü ilə qalxma hərəkətləri üçün mövqeyinizi tutun, ancaq onlardan birinin altına basketbol topu qoyun. Bu tarazlığı və koordinasiyanı yaxşılaşdırmağa kömək edəcək. Bir neçə yanaşma edin və nə qədər kalori yandırdığınızı görmək üçün Galaxy Watch-u yoxlamağı unutmayın.