Uzun tüklü ev heyvanınız varsa, yüksək güclü tozsoran lazımdır. Samsung naqilsiz tozsoranları, həmçinin robot tozsoranları ev heyvanınızın qayğısına qalmağa kömək etməyə həmişə hazırdır. Tozsoran başlıqları sayəsində hər iki sinif tozsoran tükü mükəmməl şəkildə sorur, təmiz və səliqəli saxlamağınızı asanlaşdırır.
Ev heyvanı olan ev üçün hansı növ tozsoran seçmək lazımdır?
Ev üçün yaxşı tozsoran interyerə, həyat tərzinizə və ev heyvanınızın ehtiyaclarına uyğun olmalıdır. Tozsoran seçimi bir çox amillərdən asılıdır. Məsələn, döşəmənin və ya modelin özünün xüsusiyyətlərindən. Dik tozsoran güclü və yüngüldür, robot tozsoran isə siz evə olmayan vaxtlar da tükləri təmizləyə bilər.
Döşəmə növü
Dəyişdirilə bilən çoxfunksiyalı fırçaları olan naqilsiz tozsoranlar müxtəlif növ səthlər, o cümlədən xalçalar üçün uyğundur.
Naqilsiz tozsoran və robot tozsoran: modelləri müqayisə edək
Naqilsiz tozsoranlar gündəlik istifadə üçün universal bir həlldir. Robot tozsoranlar yüksək səslərdən qorxan həssas ev heyvanı sahibləri üçün əladır.
Batareyanın ömrü və evin sahəsi
Qarşıda uzunmüddətli təmizlik işi sizi gözləyirsə, dəyişdirilə bilən batareyalı naqilsiz tozsoran batareyanı dəyişdirməyə və işləri vaxtında bitirməyə imkan verəcək.
Əlavə funksiyalar
Qabaqcıl AI və kameralar tozsoranlarımıza nəinki tükləri təmizləməyə, həm də ev heyvanlarını izləməyə kömək edir.
Tükü təmizləyərkən tozsoran fırçası seçməyin vacibliyi haqqında
Xüsusi filtrlər və tozsoranların dəyişdirilə bilən fırçaları tüklə effektiv şəkildə mübarizə aparır. Dəstə həm də müxtəlif səthlərdən tükləri çıxarmağa kömək edən aksesuarlar daxildir.
Tükü təmizləmək üçün naqilsiz tozsoranlar
Ev heyvanınızı sevirsiniz, amma kürkünü yox? Problemi Samsung naqilsiz tozsoranları ilə həll edin. Tozsoranlarımızı elə dizayn etmişik ki, ev heyvanınızın tükünü təmizləyərkən heç bir problem yaşanmasın. Naqilsiz tozsoranınızdakı toz və kiri təmizləmək üçün sadəcə olaraq toz torbasına basıb çevirərək boşaltın.
Jet Dual Brush ilə mükəmməl təmizliyə nail olun
Ev heyvan sahibləri üçün nəzərdə tutulmuş Samsung Bespoke Jet™ tozsoran ilə bütün səthləri təmiz saxlayın. Onun güclü tərəfi təkcə sorma güc deyil, həm də xalçalardan və sərt səthlərdən tük təmizləmək üçün xüsusi rulonlarla təchiz edilmiş Jet Dual Brush-dır.
Pet Tool fırçası tükün etibarlı təmizlənməsini təmin edir
Kompakt Pet Tool1 tük fırçası Samsung Jet™ ilə uyğun işləyir. O, rezinlənmiş başlıq və fırçadan ibarətdir, beləliklə tükləri səthdən asanlıqla çıxarır.
Filtrləmə sistemi sayəsində bütün tükləri toplayın
Çox qatlı Filtrasiya Sistemi sayəsində Samsung Bespoke Jet™ 99,999%2-ə qədər toz3 tutur və allergenlərlə təması minimuma endirir4. Beləliklə, ev heyvanları olan evin təmizliyi üçün əla varianta çevrilir.
Təmizliyi Clean Station ilə tamamlayın
Samsung Bespoke JetTM çoxfunksiyalı Clean Station ilə birlikdə istifadə edilə bilər. Air Pulse texnologiyası sayəsində toz və tükləri effektiv5 şəkildə toplayır.
- 1. Pet Tool eyni səthdə uzun müddət istifadə etməyin və onun bir nöqtədə fırlanmağına icazə verməyin. Kövrək parçalara və ya digər materiallara zərər verə bilər.
- 2. SLG Prüf- und Zertifizierungs GmbH tərəfindən Jet rejimindən istifadə etməklə IEC 62885-2, CL.5.11 əsasında sınaqdan keçirilmişdir. Nəticələr faktiki istifadədən asılı olaraq dəyişə bilər.
- 3. Bəyanat 0,5 ilə 4,2µm arasında dəyişən toz zərrəcikləri üçün doğrudur.
- 4. BAF (British Allergy Foundation) tərəfindən Allergiya Böyük Britaniya Təsdiq Möhürünə əsaslanır. Allergenlər ev tozu, pişik, it və çiçək tozcuqlarına aiddir.
- 5. Nəticələr istifadə şərtlərindən asılı olaraq dəyişə bilər. Bəzi hallarda tük və toz barmaqlıqda ilişib qala, bir dövrdə çıxarılmaya bilər.
Robot tozsoran tüklərlə bacara bilərmi?
Adi tozsoranlar kimi, robot tozsoranlar da təmizlik üçün hazırlanıb. Robot tozsoranlar sizin yoxluğunuzda belə səliqə-səhman yaratmağa və tüklərdən qurtulmağa kömək edəcəklər.
Ən yaxşı robot tozsoranlar güclü sorma gücünə malikdir, lakin təəssüf ki, bəzi itlər onlardan qorxur. Bu vəziyyətdə bir həllimiz var: robot tozsoranı yandırın və ev heyvanınızı gəzməyə aparın.
Tük təmizləmək üçün Samsung Robot Tozsoranı
Obyektin tanınması evdəki əşyaların təhlükəsizliyinə diqqət yetirəcək
Güclü Samsung Jet Bot™ sensorları tozsoranın yolunda olan obyektləri skan edir və toqquşmaların qarşısını alır6. Beləcə, onu işə salmazdan əvvəl yerdən əşyaları götürməyə ehtiyac qalmır.
Al+ süni intellekt istənilən nöqtədən ev heyvanına nəzarət edir
Ön Jet Bot kamerası ev heyvanınızı7 izləyə və video göndərə bilər, tozsoranın özü isə digər smart cihazlara8 qoşula bilər.
Məhdud zona sistemi
Süni intellekt vasitəsilə Samsung Jet BotTM Obyekt Tanıma Texnologiyasından istifadə edir. Təmizləmə zamanı toqquşmamalı9 olduğu ən kövrək əşyaları müəyyən etməyə kömək edir.
Evinizdə təmiz hava üçün mükəmməl filtrasiya sistemi
Samsung Jet Bot™ 99,999%-ə qədər10 toz hissəciklərini11 tutur və allergenlərlə təması minimuma endirir12.
- 6. Obyektlərin tanınması sistemi obyektlərin formasından və otağın mühitindən asılı olaraq fərqli işləyə bilər.
- 7. Ev heyvanının hərəkətlərini aşkar etmək qabiliyyəti ev heyvanının növündən və ətraf mühitdən asılıdır.
- 8. SmartThings proqramı ilə hər bir cihaz ev heyvanınız üçün optimallaşdırılmalıdır
- 9. Nümunə obyektlər: kondisioner (standart), soyuducu, qabyuyan maşın, televizor, paltaryuyan/quruducu maşın, hava təmizləyicisi, AirDresser, divan, çarpayı, qarderob, stol, ev heyvanı nəcisi, kabel, fincan, stəkan, butulka, kasa, güldan və it.
- 10. SLG Prüf- und Zertifizierungs GmbH tərəfindən Jet rejimindən istifadə etməklə IEC 62885-2, CL.5.11 əsasında sınaqdan keçirilmişdir. Nəticələr faktiki istifadədən asılı olaraq dəyişə bilər.
- 11. Bəyanat 0,5 ilə 4,2 µm arasında dəyişən toz hissəcikləri üçün doğrudur.
- 12. BAF (British Allergy Foundation) tərəfindən Allergiya Böyük Britaniya Təsdiq Möhürünə əsaslanır. Allergenlər ev tozu, pişik, it və çiçək tozcuqlarına aiddir.
Niyə itlər tozsornala yola getmir?
Niyə itlər tozsoranlardan belə qorxur? Səbəblərdən biri itlərin yüksək tezlikli səslərə insanlardan daha həssas olmasıdır. Amma narahat olmayın! Kiçik bir araşdırma ilə ev heyvanınızın ehtiyacları üçün mükəmməl tozsoranı asanlıqla tapa bilərsiniz. Ev heyvanınıza vaxt verin və desensitizasiya metodundan istifadə edin ki, tozsorana öyrəşsin və artıq ondan qorxmasın.
İtə necə təlim verək ki, tozsorandan qorxmasın?
Balaca vaxtlarından tanış etməklə başlayın
Ev heyvanınızı nə qədər tez tozsoranla tanış etsəniz, böyüyəndə ondan qorxma ehtimalı bir o qədər az olar. Bu üsul uğursuz olarsa, böyük vaxtı da bir vərdiş formalaşdıra bilərsiniz: tozsoranı təhlükəsiz yerə qoyun ki, ev heyvanı ona yaxınlaşıb onu iyləyə bilsin.
Məşqlər edin və şirnikləndirməyi unutmayın
İcazə verin tozsoran ev heyvanınızda yalnız xoş emosiyalar yaratsın. Bunu etmək üçün əvvəlcə onu minimum gücdə yandırın, hər dəfə bu zaman ev heyvanınızı əzizləməyi unutmayın.
Zoopsixoloqla məsləhətləşin
Qorxunun səbəblərini başa düşməkdə çətinlik çəkirsinizsə, kömək axtarmalısınız. Sistematik bir yanaşma və desensitizasiya üsulu peşəkara ev heyvanının davranışını düzəltməyə və problemi həll etməyə kömək edəcək.