Sənin Galaxy.
Sənin yolun.
One UI 7 sizə istədiyinizi əlavə səy göstərmədən indi Galaxy AI ilə həmişəkindən daha yaxşı etmək imkanı verir. Ünsiyyətinizi gücləndirin, yaradıcılığınızı üzə çıxarın və işləri tamamlayın. Hamısı sizin nəzarətinizdədir. 1
Təbii. Dəbli. One UI
Daha təkmil və asan tapılan proqram nişanları, daha ağıllı bildiriş idarəetməsi, davam edən fəaliyyətlərin qısa icmalı ilə yeni kilid ekranı və daha çoxunu özündə əks etdirən One UI 7-ni təqdim edirik. One UI 7-ə yeniləyin və yeni görünüşün hər bir detalını araşdırın.
Now Bar ilə əlverişli giriş
Telefonunuzu kilidləmədən tamamilə yeni Now Bar vasitəsilə Now Brief bildirişləri, musiqi, gündəlik fəaliyyət və daha çoxunu görüntüləyin.
Bas, danış və tamamla.
Bir çox tətbiq arasında keçid etmədən asanlıqla işlərinizi həll edin. Sadəcə yan düyməni basıb saxlayın, Google Gemini-ni aktivləşdirin və dərhal kömək alın. 2
Dairəyə alın və tapın
Məhz belə!
Google ilə axtarış üçün dairəyə al funksiyası ilə siz internetdən riyaziyyat, kimya, biologiya, fizika və sair üçün izahçılar, videolar və nəticələrlə sürətli ev tapşırığı yardımı əldə edə bilərsiniz. Üstəlik, tətbiqləri dəyişmədən gördüyünüz bütün ekranı dərhal tərcümə edə bilərsiniz. 3

Sadə eskizləri möhtəşəm şəkillərə çevirin
Sıfırdan və ya hər hansı bir fotoşəkilə uyğun olaraq çəkin. Bu sadə eskizi heyrətamiz təsvirə çevirmək üçün süni intellektdən istifadə edin və müxtəlif üslublardan birini - Akvarel, İllüstrasiya, Eskiz, Pop sənəti və 3D cizgi filmi seçin. 4
Zənglərinizi dərhal tərcümə edin
Sadəcə telefonla danışın və Live Translate sizin üçün tərcümə ilə məşğul olacaq – hətta məşhur mesajlaşma və zəng proqramlarından istifadə edərkən dil maneələrini aradan qaldırmağa kömək edəcək. Bu, yanınızda şəxsi tərcüməçinin olması kimidir. 5
Yeni bir sahənin görüntüsü böyüdülür
Təsəvvür etdiyinizdən daha uzağa baxın. 1x böyütmədən 100x böyütməyə qədər, süni intellektlə təkmilləşdirilmiş Space Zoom funksiyamız uzaqda olan obyektləri asanlıqla çəkir. 6
Portretlərinizi asanlıqla yenidən tərtib edin
Süni intellektlə unikal profil şəkli yaradın. Portretlərinizi sosial media və messenger proqramlarında seçilən profil şəklinə çevirmək üçün süni intellektlə yaradılan müxtəlif bədii effektlər arasından seçim edin. 7
Dərinlik əlavə edərək şəkillərinizi canlandırın
Qiymətli anların dadını daha çox canlılıqla çıxarın. Canlı Effekt şəkillərinizə dərinlik qatır, beləliklə dostlarınız, ailəniz və ev heyvanlarınız daha canlı görünür. 8
Enerji göstəricinizin köməyi ilə gündəlik sağlamlığınızı nəzarət altında saxlayın.
Ümumi sağlamlığınızın bir görüntüsü kimi xidmət edən Energy Score ilə sağlamlığınızın gündəlik həyatınıza necə təsir etdiyi barədə məlumatlılığınızı artırın. Hər gün Energy Score necə yaxşılaşdırmaqla bağlı faydalı məsləhətlərə baxın. Şəxsi sağlamlıq məqsədlərinizə çatmaq üçün gündəlik işinizi Wellness məsləhətləri əsasında planlaşdıra bilərsiniz. 9
Təhlükəsizliyiniz Qorunur
Prioritet olaraq məxfilik ilə dizayn edilmiş One UI şəxsi məlumatlarınızın təhlükəsiz və nəzarətinizdə qalmasını təmin edir. İnternetə baxarkən, bank proqramlarına daxil olarkən, istərsə də Galaxy AI-dən istifadə edərkən, Samsung Knox-un möhkəm mühafizəsi arxanızdadır.
İlk gündən etibarən qoruma və rəhbərlik
Galaxy ilə rəqəmsal mühitdə övladınıza təhlükəsiz şəkildə rəhbərlik edin. Onların müvafiq saytlara və proqramlara daxil olmasına icazə verin və fiziki yerlərini idarə etməklə onları təhlükəsiz saxlayın. 10
Samsung Galaxy cihazlarının əlaqələndirilmiş gücü
Galaxy cihazları birlikdə mükəmməl çalışırlar və rahat şəkildə ünsiyyət qurmaq, işləmək, oynamaq və sağlam qalmaq üçün istifadəçilərə yeni imkanlar yaradırlar. 11
Ən yaxşı,
ən son One UI əldə edin
Yeni One UI buraxılış tarixi ilə bağlı bildirişlər üçün Samsung Members-də qeydiyyatdan keçin, beləliklə həmişə yeniliklərdən xəbərdar olun.
- Mövcud funksiyalar və/yaxud məzmunlar cihazın modelindən, ölkə/regiondan və operatordan asılı olaraq dəyişə bilər.
- Şəkil illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. Qısaldılmış və simulyasiya edilmiş ardıcıllıqlar. Faktiki UI (İsifadəçi İnterfeysi) fərqli ola bilər.
- Rənglər, ölçülər, modellər və saat kəmərləri ölkəyə və ya operatora görə fərqlənir.
- Galaxy AI funksiyaları da daxil olmaqla müəyyən funksiyalardan istifadə etmək üçün Samsung Hesabına giriş tələb oluna bilər.
- Galaxy AI funksiyaları dəstəklənən Samsung Galaxy cihazlarında 2025-ci ilin sonuna qədər pulsuz təmin ediləcək. Üçüncü tərəflərin təqdim etdiyi AI funksiyaları üçün fərqli şərtlər tətbiq oluna bilər.
- Galaxy S25 seriyası, Galaxy S24 seriyası, Galaxy S23 seriyası, Galaxy S22 seriyası, Galaxy Z Fold Special Edition, Galaxy Z Fold6 | Z Flip6, Galaxy Z Fold5 | Z Flip5, Galaxy Z Fold4 | Z Flip4, Tab S10+ | S10 Ultra, Tab S9 | S9+ | S9 Ultra və Tab S8 | S8+ | S8 Ultra üçün Galaxy AI funksiyaları One UI 6.1 və ya daha sonrakı versiyalardan mövcuddur. Dəstəklənən modellər istifadə olunan funksiyadan asılı olaraq dəyişə bilər.
- Galaxy AI xidməti süni intellektdən istifadə ilə bağlı yaş məhdudiyyətləri olan müəyyən bölgələrdə yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırıla bilər.
- Məhsullar ayrı-ayrılıqda satılır.
- Galaxy S25 seriyası, Galaxy S24 seriyası, Galaxy Z Fold6 | Z Flip6, Galaxy Tab S10 Ultra, Galaxy Watch Ultra, Galaxy Watch7, Galaxy Book seriyası, Galaxy Ring və Galaxy Buds3 Pro ayrıca satılır.
- Bəzi funksional vidcetlərin istifadə edilməsi üçün internet şəbəkəsinə qoşulmaq və/və ya Samsung Hesabına daxil olmaq tələb oluna bilər. Tətbiqlərdəki funksiyaların mövcudluğu, ölkədən asıl olaraq dəyişə bilər.
- Galaxy AI funksiyalarının mövcudluğu regiona/ölkəyə, ƏS/One UI versiyasına, cihazın modelinə və telefon operatoruna görə dəyişə bilər.
- Rəsmi One UI 7 versiyasının buraxılışı, yaxın zamanda təqdim ediləcək Galaxy S seriyasının cihazları ilə başlayacaq. Bu yeniləmənin tədricən digər Galaxy cihazlarına da təqdim edilməsi gözlənilir.
- Google Google MMC-nin ticarət nişanıdır. Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. İnternetə qoşulma və Google Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. Uyğun tətbiqlərlə işləyir. Abunə növündən asılı olaraq, xüsusiyyətlər dəyişə, nəticələr isə fərqli ola bilər. Müəyyən funksiyalar və ya tətbiqlər üçün tənzimlənmə tələb oluna bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Gemini-ni yan düyməni uzun basmaqla aktivləşdirmək, One UI 7 və ya daha yuxarı versiyalı cihazlarda mövcuddur. Xidmətin mövcudluğu ölkəyə/bölgəyə və cihazın modelinə görə dəyişə bilər.
- Dairəyə alaraq axtarın funksiyası Google MMC-nin ticarət nişanıdır. Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. İnternetə qoşulma tələb olunur. İstifadəçilər Android və Google tətbiqini ən son versiyaya uyğun olaraq yeniləməli ola bilər. Vizual və ya audio-dan asılı olaraq nəticələr fərqlənə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Uyğun tətbiqlər və platformalar, habelə, yalnız embient musiqi ilə işləyir. Qulaqlıqlardan gələn və ya telefonun səsi deaktiv olduğu halda səslənən musiqini müəyyən etmir. Circle to Search (Axtarış üçün dairəyə al) FlexWindow üzrə mövcud deyil. Şəkil simulyasiya edilmişdir. Ardıcıllıqlar qısaldılır.
- Sketch to Image funksiyası şəbəkə bağlantısının olmasını və Samsung Hesabına giriş tələb edir. Şəkil üçün eskiz funksiyası ilə redaktə etdikdə şəklin ölçüsü dəyişə bilər. Görünən nişan (watermark), şəklin süni intellektin köməyi ilə yaradıldığının işarəsi kimi yadda saxlama zamanı nəticədə yaranan şəklin üzərinə qoyulur. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir.
- Live Translate funksiyası zəng zamanı yazılan mesajları qəbul etmək üçün şəbəkə bağlantısının olmasını tələb edir. Zəng zamanı yazılan mesajlar cihaz tərəfindən qəbul edildikdən sonra Live Translate funksiyası şəbəkə bağlantısı olmadan belə tərcümə edə bilər. Samsung Hesabına giriş tələb olunur. Live Translate funksiyası yalnız öncədən quraşdırılmış Samsung Telefon proqramlarında və bəzi üçüncü tərəf proqramlarında mövcuddur. Bu xidmət dilə və bölgəyə görə dəyişə bilər. Bəzi dillər üçün dil paketinin yüklənilməsi tələb oluna bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- 100x Space Zoom-a 10x optik keyfiyyətli böyütmə və Super Resolution texnologiyası ilə 100x rəqəmsal zoom daxildir. 10x böyütmədən keçmiş böyütmə məsafələri təsvirin müəyyən dərəcədə pisləşməsini ifadə edə bilər. AI Zoom (süni intellektlə böyütmə) funksiyası rəqəmsal böyütmə uzunluqları arasındakı məsafələrə tətbiq edilir. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Galaxy S25 Ultra-da mövcuddur.
- Photo Assist üçün Portrait Studio funksiyası şəbəkə bağlantısı və Samsung Hesabına giriş tələb edir. Portrait Studio ilə redaktə etdikdə şəklin ölçüsü dəyişə bilər. Görünən nişan (watermark), şəklin süni intellektin köməyi ilə yaradıldığının işarəsi kimi yadda saxlama zamanı nəticədə yaranan şəklin üzərinə qoyulur. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir. Şəkil simulyasiya edilmişdir.
- Photo Assist üçün Canlı effekt funksiyası JPG, HEIC (HEIF), BMP, PNG və WebP formatındakı faylları dəstəkləyir. Bəzi fotoşəkillər mövcud olmaya bilər. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir. Şəkil simulyasiya edilmişdir.
- Energy Score Androidlə (Android 11 və ya daha yeni versiya ilə) işləyən telefonlarda mövcuddur və bu funksiyadan istifadə etmək üçün Samsung Health tətbiqi (v6.27 və ya daha yeni versiyada) tələb olunur. Samsung Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, bölgəyə və ya dilə görə dəyişə bilər. Energy Score-un yoxlanması üçün Samsung Galaxy Watch-dan (Galaxy Watch 4 seriyası və OS 5.0 və ya daha yeni versiya ilə işləyən daha yeni modellər) izlənilən sağlamlıq haqqında verilənlər Samsung Health tətbiqi ilə sinxronizə edilməlidir. Ən azı əvvəlki günə aid fəaliyyət və yuxu barədə verilənlər, habelə, yuxu saatlarında nəbzlə bağlı verilənlər tələb olunur. *Hər hansısa bir tibbi xəstəliyin aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız şəxsi məlumatlılıq məqsədləri ilə istifadə oluna bilər. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
- Yalnız Samsung xidmətləri ilə məhdudlaşır. Yalnız ABŞ, Cənubi Koreya və Avropa da daxil olmaqla müəyyən bölgələrdə mövcuddur. Samsung uşaq hesabı üçün qeydiyyatdan keçməyi tələb edir.
- Cari funksiyalar cihazdan, ölkədən, regiondan, operatordan və ya One UI versiyasından asılı olaraq dəyişə bilər.