Yuma başa çatdıqdan sonra Samsung paltaryuyan maşınının ekranında "0" və ya "1" göstəricisi yanır

Son yeniləmə tarixi : 05-09-2024

Bu məqalədə siz yuma başa çatdıqdan sonra ekranda "0" və ya "1" göstəricisi yansa və paltaryuyan maşın öz-özünə sönməsə, nə etməli olduğunuzu öyrənəcəksiniz.

Yuma sona çatdıqdan sonra ekranda 0 və ya 1 göstəricisi yanır

Əgər paltaryuyan maşınınızda "Barabanın təmizlənməsi" rejimi yoxdursa,

Bu qüsur deyil. Paltaryuyan maşınların bəzi modellərində "Baraban təmizlənməsi" proqramı yoxdur, onda "0" göstəricisi xatırlatma qismində yanır və sönmür.

Göstərici 4-5 dövrə yumadan sonra itəcək və 40 yumadan bir təkrarlanacaq.

1 Maşının qayğısına qalmaq məqsədilə paltar olmadan 90°С-də (və ya 95°С) "Pambıq" rejimində yumanı başladın.
Bu yuma yalnız gigiyenik məqsədlə aparılır, o, yuma sayğacını sıfırlamır. Bu yuma başa çatdıqdan sonra paltaryuyan maşının ekranındakı "0" göstəricisi hələ 3-4 dövrə də qalacaq. Ona görə də onu həyata keçirmək məcburi deyil, amma arzuolunandır.
"Pambıq" 90°С rejimini qoşun
2 Yuma başa çatdıqdan sonra maşını elektrik yuvasından ayırın və drenaj filtrini təmizləyin.

Əgər paltaryuyan maşınınızda "Barabanın təmizlənməsi" rejimi varsa

Ola bilsin, "0" və ya "1" göstəricisinin görünməsinin səbəbi suyun axması problemindəndir. Problemi aradan qaldırmaq üçün:

1 Paltaryuyan maşında idarəetmə panelini yoxlayın.
Əgər "Barabanın təmizlənməsi" göstəricisi yanırsa, bu rejimi işə salın.

Əgər "Barabanın təmizlənməsi" göstəricisi yanmırsa, növbəti addıma keçin.

2 90°С-də(və ya 95°С) "Pambıq" rejimini işə salın, əsas yuma üçün yuyucu toz üçün nəzərdə tutulan yerə 15 qr. limon duzu (təqribən çox da dolu olmayan 2 çay qaşığı) əlavə edin.
"Pambıq" 90°С rejimini qoşun
3 Yuma başa çatdıqdan sonra maşını elektrik yuvasından ayırın və drenaj filtrini təmizləyin.
4 Əgər bu, kömək etmədisə:

Qurutmanın sonunda "Sterilizasiya" rejimində ekranda "1" göstəricisi yanır.

Paltaryuyan maşında qurutma ilə "Sterilizasiya" rejimindən istifadə etmisinizsə və qurutmanın sonunda ekranda "1" göstəricisi görünübsə, eyni zamanda paltaryuyan maşın öz-özünə sönməyibsə (baraban fırlanır, yuma davam edir), nə etməli:

1 Əgər siz maşını bir neçə dəfə ardıcıl işə salmısınızsa, dincəlməsi üçün ona vaxt verin.
2 Paltarları paltaryuyan maşına yerləşdirib-yerləşdirmədiyinizi yoxlayın.

Qeyd:

Maşını paltar olmadan "Sterilizasiya" rejimində işə salmaq tövsiyə olunmur.

3 Paltaryuyan maşını "Sterilizasiya" rejimində bir də qoşun.
Əgər bu, kömək etmədisə, ən yaxın səlahiyyətli servis mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!