Samsung paltaryuyan maşınının displeyində BE, BE1, BE2, BE3, BC, BC2, EB xətaları
Nə baş verib
Paltaryuyan maşınının displeyində "BE", "BE1", "BE2", "BE3", "BC", "BC2" və ya "EB" xətası haqda mesaj yazılıb.
Xəta nə deməkdir
İdarəetmə panelinin üzərindəki hansısa düymə ilişib (batıb yapışıb).
Sonra nə etmək lazımdır
İdarəetmə panelinin üzərindəki düymələrə diqqətlə baxış keçirin və hansısa bir düymənin ilişib - ilişmədiyini yoxlayın.
Əgər hansısa düymə batıb ilişibsə və başlanğıc vəziyyətinə qayıtmırsa
Onun başlanğıc vəziyyətinə geri qayıtması üçün ilişib qalmış düymənin üzərinə bir neçə dəfə basın.
- Əgər düymə başlanğıc vəziyyətinə qayıtdısa, maşından istifadə etməyə davam edin, onunla hər şey qaydasındadır.
- Əgər düymə başlanğıc vəziyyətinə qayıtmadısa, texnikanın təmir edilməsi üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Əgər ilişib qalmış düymələr yoxdursa
Maşını elektrik təchizatı düyməsi ilə bir dəqiqəlik söndürün. Sonra maşını işə salın və istənilən yuma rejimini seçin.
- Əgər xəta görünmürsə, maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
- Əgər xəta görünməyə davam edirsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.