Samsung qabyuyan maşınında HE, HC, E3 xətası
Nə baş verir
Samsung qabyuyan maşınının ekranında "HE", "HC" və ya "E3" mesajı əks olunub.
Qabyuyan maşınınızda displey yoxdursa, idarəetmə panelində aşağıdakı indikatorlar eyni vaxtda yanıb-sönəcək:
"Yaxalama" və "Sürətli yuma" |
və ya modeldən asılı olaraq:
"İlkin yuma" və "Ekspres" |
Səbəb
- Elektrik şəbəkəyə qoşulma səhv aparılıb.
- Qızdırıcı elementin/Borulu elektrik qızdırıcının səhv işləməməsi (isitmədə xəta).
- Axıtma şlanqının düzgün yerləşdirilməməsi.
Nə etməli
Suy qızarkən səviyyə sensoru suyun aşağı səviyyədə olmasını müəyyən edərsə, qabyuyan maşın qoruyucu rejimdə işləyəcək, həmin rejimdə borulu elektrik qızdırıcı işə salınmır — su qızmır və "HE", "HC" və ya "E3" xətası əks olunur.
Axıtma şlanqının qoşulma sxemi:
Axıtma şlanqının düzgün birləşdirilməsinə dair məlumatlar, İstifadəçi Təlimatında (Quraşdırma bölməsi) təqdim edilir. Həmin Təlimatlar & yükləmələr səhifəsində yerləşdirilib və onun endirilməsi mümkündür.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.