Samsung qabyuyan maşınında E9 və ya bc2 xətası

Son yeniləmə tarixi : 13-06-2024

Nə baş verir

Qabyuyan maşının displeyində "E9" və ya "bC2" mesajı əks olunur.

«E9», «bc2» mesajı

Displeyi olmayan qabyuyan maşın modelində aşağıdakı indikatorlar eyni anda yanıb-sönür:

Qənaətcil  yuma və İlkin yuma "Qənaətcil yuma" və
"İlkin yuma"

Səbəb

  • Düyməyə və ya idarəetmə panelinə su düşüb və ya toz yığılıb.
  • İdarəetmə panelindəki düymə 30 saniyə ərzində basılı vəziyyətdə qalıb.
  • İdarəetmə panelindəki düymənin nasazlığı.

Nə etməli

1 Modelinizdə düymələr varsa, idarəetmə panelində "sıxılaraq" qalmış düymələrin olmadığından əmin olun (yəni, düymə sıxılmış vəziyyətdədir və ilkin mövqeyə qayıtmır)
  • Düymənin sıxılmış vəziyyətdə olduğunu görsəniz, onun ilkin mövqeyə qayıtması üçün bir neçə dəfə üzərinə basın.
  • Bu tövsiyə kömək etmirsə, 4-cü maddəyə keçid edin.
2 Modelinizdə sensorlu idarəetmə paneli varsa, idarəetmə panelinin üzərində ləkə və ya suyun olmamasından əmin olun.
  • Hər hansı izlər varsa, idarəetmə panelini yaxşıca silin və qabyuyan maşının işini yenidən yoxlayın.
  • İdarəetmə panelinin üzərinə su düşübsə, onu yaxşıca silin və qurumağa imkan verin (1 - 2 saat), sonra isə qabyuyan maşının işini yenidən yoxlayın.
3 Düymələri və idarəetmə panelini mexaniki zədələrin, məsələn, zərbə izləri, çatlar və s. olmaması baxımından yoxlayın.
  • Mexaniki zədələr varsa — təəssüf ki, bu hal zəmanətlə əhatə olunmur, zəmanətlə əhatə olunmayan təmir üçün xidmət mərkəzinə müraciət edin.
  • Mexaniki zədələr yoxdursa — növbəti maddəyə keçid edin.
4 Qabyuyan maşının diaqnostikası və təmiri üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.

Şərhiniz üçün təşəkkür edirik!