Paltar yuma zamanı Samsung paltaryuyan maşınının qapısını necə açmaq olar

Son yeniləmə tarixi : 05-09-2024

Bəzən paltar yumağa başladıqdan dərhal sonra başa düşürsünüz ki, hər hansı paltarı əlavə etməyi unutmusunuz. Dərhal paltaryuyan maşını açmaq, həmin patları əlavə etmək və yumanı təkrar işə salmaq istəyi yarana bilər. Amma, bu mümkün deyil. Sızmaların və paltaryuyan maşının təsadüfən açılmasının qarşısını almaq üçün yuyulma zamanı onun qapısı kilidlənir. Yumanın sonunadək gözləmək və unudulmuş paltarı növbəti yuma zamanı yumaq tövsiyə olunur.

Yumanı təxirə salmaq mümkün deyilsə, bir neçə yuma tsiklinin kəsilməsi metodu mövcuddur. Aşağıdakı təlimatda paltaryuyan maşını zədələmədən necə açmaq olar barədə məlumat verilir.

Qeyd:

  • Zədələr, maşına vurulan ziyan və su basma hallarına yol verməmək üçün paltaryuyan maşın işləyərkən onun qapısını zorla açmağa çalışmayın. 
  • Paltaryuyan maşında uşaqların təhlükəsizliyi üçün kilid aktivdirsə, ilk öncə onu söndürmək və daha sonra qapını açmağa cəhd etmək lazımdır. "Uşaq təhlükəsizlik kilidi" məqaləsində kilidi necə açmaq olar barədə ətraflı məlumat təqdim edilir.

Yumanı işə saldıqdan sonra paltaryuyan maşını necə açmaq olar

Paltaryuyan maşının qapısını yuma işə salınmadıqdan əvvəl aça bilərsiniz, bu şərtlə ki, həmin su maşına hələ dolmağa başlamasın.

Addım 1: Paltaryuyan maşını dayandırmaq üçün Start/Pause (İşə salınma/Dayanma) düyməsini basın. Qapı kilidinin açılması üçün 2-3 dəqiqə gözləyin.

Addım 2: Qapını açın, bundan sonra çamaşırları əlavə edin və ya çıxarın.

Addım 3: Qapını bağladıqdan sonra yumanı yenidən işə salmaq üçün Start/Pause düyməsini basın. 

Paltar yuma zamanı paltaryuyan maşınının qapısını necə açmaq olar

Paltaryuyan maşına artıq su dolubsa və yuma işə salınıbsa, qapının açılması yalnız su axıdıldıqdan sonra mümkün olacaq. Camaşırları çıxardıqda və ya əlavə etdikdə, yuyucu tozu yenidən əlavə etmək və yuma tsiklini işə salmaq tələb olunur.

1 Axıtma rejimindən istifadə edin.

Addım 1: Cari tsikli dayandırmaq üçün Start/Pause düyməsini basın və 3 saniyə gözləyin.

Addım 2: İdarəetmə panelində Axıtma rejimini seçin.

Addım 3: Tsikli işə salmaq üçün Start/Pause düyməsini basın.

Addım 4: Tsikl başa çatdıqdan sonra paltaryuyan maşının qapısının kilidinin açılması üçün 3-5 dəqiqə gözləyin. Bundan sonra paltaryuyan maşın açıla bilər.

Paltaryuyan maşınınızda Axıtma rejimi yoxdursa, növbəti üsula keçin. Rejimi tamamladıqdan sonra qapı açılmırsa, 4-cü addıma keçin.

2 Sıxılma rejimindən istifadə edin.

Addım 1: Cari tsikli dayandırmaq üçün Start/Pause düyməsini basın və 3 saniyə gözləyin.

Addım 2: İdarəetmə panelində Sıxılma rejimini seçin.

Addım 3: Sıxılmasız opsiyasını seçin, bunun üçün Sıxılma düyməsinə bir neçə dəfə basın, indikatorun  yanmasını gözləyin. Bu zaman displeydə vaxt göstəricisi “1” və ya “2” yanmalıdır.  

Addım 4: Start/Pause düyməsini basın - paltaryuyan maşın barabandakı suyu axıdacaq.

Addım 5: Tsikl başa çatdıqdan sonra paltaryuyan maşının qapısının kilidinin açılması üçün 3-5 dəqiqə gözləyin. Bundan sonra paltaryuyan maşın açıla bilər.

Sıxılma rejimindən istifadə edin.

Paltaryuyan maşınınızda Sıxılmasız rejimi yoxdursa, növbəti üsula keçin. Rejimi tamamladıqdan sonra qapı açılmırsa,  4-cü addıma keçin.

3 Pambıq rejimindən istifadə edin.

Addım 1. Cari tsikli dayandırmaq üçün Start/Pause düyməsini basın və 3 saniyə gözləyin.

Addım 2: İdarəetmə panelindən Pambıq rejimini seçin. Tsikli işə salmaq üçün Start/Pause düyməsini basın.

Addım 3: Paltaryuyan maşın suyu axıtmağa başlayacaq. Bundan sonra Avtomatik çəki funksiyası işə salınacaq. Paltaryuyan maşının ekranında indikator    və ya işarə  əks olunacaq. Çəkinin müəyyən edilməsi zamanı paltaryuyan maşının içərisində su olmadığı üçün onu açmaq mümkündür. Avtomatik çəki indikatoru hələ də aktiv olarkən Start/Pause düyməsini basın.

Addım 4: Paltaryuyan maşının qapısının kilidini açmaq üçün 3-5 dəqiqə gözləyin. Bundan sonra paltaryuyan maşın açıla bilər.

Pambıq rejimindən istifadə edin.

Qapı açılmırsa, 4-cü addıma keçid edin.

4 Suyu axıdıldıqdan sonra qapının kilidi açılmırsa, paltaryuyan maşını söndürün, onu elektrik şəbəkəsindən ayırın və barabandan suyun təcili axıdılmasını həyata keçirin. Bundan sonra qapını açmağa çalışın.

AddWash (AddDoor) qapısından istifadə etməklə paltarları necə əlavə etmək olar

AddWash qapısından istifadə etməklə, tsikl artıq işə salındıqdan sonra paltaryuyan maşının barabanına camaşır əlavə edə bilərsiniz. 

AddWash qapısı yalnız idarəetmə panelində indikator addwash əks olunduqda açıla bilər 

AddWash qapısından istifadə

Qeyd:

  • Maşın işləyərkən Start/Pause düyməsini basmadan AddWash qapısını açmağa çalışmayın.
  • Yanıqların qarşısını almaq üçün baraban içərisindəki suyun temperaturu 50°C-dən çox olarsa, AddWash qapısı açıla bilməz.
  • Uşaqların təhlükəsizliyi üçün kilid funksiyası aktiv olduqda AddWash qapısı açıla bilməz. Əvvəlcə kilidi, sonra qapını açın. "Uşaq təhlükəsizlik kilidi " məqaləsində kilidi necə açmaq olar barədə ətraflı məlumat təqdim edilir.

Paltaryuyan maşınınıza camaşır əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirin:

Addım 1: Start/Pause düyməsini basın.

Addım 2: AddWash qapısını açın və camaşırları paltaryuyan maşına yerləşdirin.

Addım 3: Qapını bağlayın və yuma tsiklini davam etdirmək üçün Start/Pause düyməsini basın.

Qeyd:

  • AddWash qapısı böyük əşyalar əlavə etmək üçün uyğun deyil.
  • AddWash qapısından çox paltar əlavə etməyin, bu, qapının kip bağlanmasına mane ola bilər, bu da paltarların xarab olmasına və ya su sızmasına səbəb ola bilər.

Şərhiniz üçün təşəkkür edirik!