Mən kondisionerimin avtomatik təmizləmə funksiyasından necə istifadə edə bilərəm?

Son yeniləmə tarixi : 05-09-2024

Avtomatik təmizləmə funksiyası kondisionerin daxili blokunun daxili hissəsini avtomatik təmizləyir və qurudur. Kondisioneri optimal vəziyyətdə saxlamaq və evinizdə havanın təmizliyini qorumaq üçün daxili bloku, filtrləri və xarici istilik mübadiləçisini mütəmadi təmizləmək vacibdir.

Kondisionerin avtomatik təmizlənməsi

Avtomatik təmizləmə funksiyası nədir?

Avtomatik təmizləmə funksiyası daxili blokun içərisindəki nəmliyi aradan götürərək zərərli mikroorqanizmlərin artmasının qarşısını alır. Bu funksiya buxarlandırıcının qıvrım borusunun üzərində pas əmələ gəlməsinin qarşısını alır. Təmizliyi və havanın gigiyenikliyini təmin etmək üçün bu funksiyanı aktivləşdirin. Avtomatik təmizləmədən istifadə yalnız istifadəçidən və onun bu funksiyanı hansı tezlikdə istifadə etməsindən asılıdır. Biz avtomatik təmizləmə funksiyasından mütəmadi istifadəni tövsiyə edirik.

Daxili blokda CI kodunun əks olunması

Daxili blokda CI kodunun əks olunması

  • Əgər avtomatik təmizləmə funksiyası qoşuludursa, daxili blokda CI kodu əks olunur.
  • Əgər kondisioner sönülüdürsə, avtomatik təmizləmə 10 dəqiqə ərzində həyata keçir (bəzi modellərdə 15-30 dəqiqə ərzində).
  • Daxili blokun ekranında təmizləmənin gedişi (1%-dən 99%-ə qədər) əks olunur.  
  • Avtomatik təmizləmədən sonra kondisioner öz-özünə sönür.

Avtomatik təmizləmə funksiyasının aktivləşməsi

Siz avtomatik təmizləmə funksiyasını quraşdıranda, o, kondisionerin sönməsindən dərhal sonra işə düşür. Əgər siz avtomatik təmizləmə rejimində funksiyanı işə salırsınızsa, avtomatik təmizləmə funksiyası dayanır və işlək funksiyanın dayanması və ya bitməsindən sonra yenidən işə düşür.

Qeyd:

  • Sizin modelin məsafədən idarəetmə pultunun faktiki dizaynı  fərqlənə bilər.
  • Bu şəkil ingilis dilində nümunə qismində verilib, amma sizin ölkənin dilində də əlçatandır. 
1 Options (Parametrlər) düyməsini sıxın və 3 saniyə və ya daha çox saxlayın. 
Options düyməsini sıxın
2 Məsafədən idarəetmə pultunun ekranında təmizləmə funksiyasını seçmək üçün üzərində oxlar(sağa və ya sola oxlar) olan düymələrə keçin.  
Okları istifadə edərək Clean seçin
3 Təsdiqləmək üçün Settings (Tənzimləmələr) düyməsini sıxın.
Settings düyməsini sıxın

  • 1-ci üsul: Options (Parametrlər) düyməsini sıxın, 3 saniyə və ya daha çox saxlayın.
  • 2-ci üsul: Options (Parametrlər) düyməsini sıxın, sonra isə məsadəfən idarəetmə pultunun ekranında təmizləmə funksiyasını seçmək üçün üzərində oxlar olan (sağa və ya sola ox) düymələrə keçin. Nəhayət, təsdiqləmək üçün Settings (Tənzimləmələr) düyməsini sıxın.
Avtomatik təmizləmə funksiyasının söndürülməsi

Kondisioner işləyərkən avtomatik təmizləməsi ləğv etmək üçün məsafədən idarəetmə pultunda işə salmaq düyməsini iki dəfə 20 saniyə müddətində sıxın.

"Power" düyməsini basın

Şərhiniz üçün təşəkkür edirik!