Samsung kondisionerinin gücünü necə seçməli

Son yeniləmə tarixi : 17-06-2024

Kondisioner seçərkən çox sayda amili nəzərə almaq lazımdır: məkanın sahəsi və tavanların hündürlüyü, günəş işığı çox düşürmü, otaqda necə işıqlandırıcı və məişət avadanlığı var, habelə insanların sayı. Əgər bütün bu şərtlər nəzərə alınsa, onda kondisioner məkanda zəruri mikroiqlimi təmin edə biləcək.

Yalnız split-sistem quraşdırıcısı zəruri gücü dəqiq hesablaya bilər. O, bütün lazımi ölçmələri aparacaq və kondisionerin gücünü tövsiyə edəcək.

Əgər siz əvvəlcədən hansı model kondisionerin sizə uyğun olduğunu müstəqil şəkildə anlamaq istəyirsinizsə, aşağıdakı hesablama üsullarının birindən faydalanın.

Otağı sərinlətmək üçün kondisioner

Birinci üsul (təqribi)

Orta hesabla, hər bir 10 m2 sərinlətmək üçün 1,5 kVt lazımdır. 

Kondidionerin gücünü hesablamaq üçün məkanın sahəsini 10-a bölün, sonra isə 1.5-ə vurun. 

Misal:

Otağın uzunluğu 4.5 m və eni 5.25 m-dir.

4,5 m * 5,25 m = 23,625 m2

(23,625 /10) * 1,5 ≈ 3,5

Belə otağı sərinlətmək üçün 3.5 kVt və bir qədər də çox gücü olan kondisioner uyğun gələcək.

İkinci üsul (təqribi)

Əgər siz artıq kondisionerin modelini seçmisinizsə və onun otağınız üçün uyğun olub-olmayacağını başa düşmək istəyirsinizsə, kondisionerin işarələməsinə diqqət yetirin.

Satıcı kodunda güc indeksi

Modelin satıcı kodunda hərflərdən dərhal sonra güc indeksi göstərilib. Bu göstəricini 2.5-ə vurun və kondisionerin uyğun olduğu sahəni alacaqsınız.

Misal:

Siz 2.5 kVt gücündə Samsung AR9500T kondisioneri seçmisiniz. Modelin tam adı: AR09BSEANWKNER. Güc indeksi - 09.

9 * 2,5 = 22,5 m2 – kondisioner belə sahə üçün uyğundur.

Sizin otağınızın uzunluğu 4.5 m və eni 5.25 m-dir.

4,5 m * 5,25 m = 23,625 m2

  • Əgər sizin otaqda çox sayda güclü texnika yoxdursa, bu modeli quraşdıra bilərsiniz.  
  • Əgər texnika çoxdursa və burada bir neçə insan yaşayırsa, daha güclü model götürmək yaxşı olardı - 3.8 kVt gücündə AR12KQFHBWKXER

12 * 2,5 = 30 m2

Üçüncü üsul (orta hesabla)

Hesablama üçün formuldan istifadə edin:

(məkanın həcmi * 35) + işıqlandırıcı avadanlıqların gücü + məişət texnikasının gücü + (insan sayı * 100)

  • Məkanın həcmi — otağın tərəflərinin uzunluğunun onun hündürlüyünə hasili.
  • 35 Vt — məkanın kvadrat metrinə istiliyin orta qiyməti.
  • İşıqlandırıcı avadanlıqların gücü — lampaların sayının onların gücünün qiymətinə hasili. Əgər sizin bir neçə növ işıqlandırıcı avadanlığınız varsa, onda hər bir növ üçün gücü hesablayın, sonra alınmış qiymətləri cəmləyin.
  • Məişət texnikasının gücü — uzunmüddətli iş prosesində istilik gələ biləcək bütün böyük məişət texnikalarının gücünün cəmi: kompyuter, televizor, elektrik plitəsi, soba, soyuducu və s. Soyuducu maksimal enerji istehlakının 30%-ə qədərini  istilik formasında ayırır - onun gücünün qiymətini 0.3-ə vurun.
  • İnsanların sayı — bu otaqda uzunmüddət və eyni anda hansı sayda insan olacaq.
  • 100 Vt — insanın ayırdığı istiliyin orta göstəricisi.
Otaq

Misal:

Kondisioneri uzunluğu 4.5 m və eni 5.25 m olan otaqda quraşdıqmaq lazımdır. Tavanın hündürlüyü — 2.7 m. Otağın mərkəzində 6 enerjiyə qənaət edən 7.5 Vt-luq lampası olan lüstr asılıb və iki 8 Vt-luq stolüstü LED-lampalar qoyulub.  Otaqda kompyuter (200 Vt), televizor (130 Vt) və soyuducu (670 Vt) var. Evdə 3 adam yaşayır.

Məkanın həcmi = 4,5 m * 5.25 m * 2.7 m = 63,7875 m3 ≈ 64

64 * 35 = 2240 məkan üçün hesablanmış istilik dəyəri

İşıqlandırıcı avadanlıqların gücü = (6 * 7.5) + (2 * 8) = 61

Məişət texnikasının gücü = 150 + 300 + (670 * 0.3) = 651

İnsanlardan gələn istilik = 3 * 100 = 300

Nəticədə = 2240 + 61 + 651 + 300 = 3252 Vt və ya 3.2 kVt

Otağı sərinlətmək üçün 3.2 kVt və ya daha çox gücü olan kondisioner uyğun gələcək.

Şərhiniz üçün təşəkkür edirik!