Samsung soyuducusunda sürətli dondurma funksiyasını necə işə salmalı

Son yeniləmə tarixi : 05-09-2024

Power Freeze və ya Sürətli dondurma funksiyası dondurucu kamerada ərzaqların sürətli donması üçün nəzərdə tutulub.

Power Freeze sürətli dondurma

Sürətli dondurma funksiyası işlək olanda dondurucu kamerada ən aşağı temperatur, məsələn -23 °C təyin olunur. Soyuducu belə temperaturda 52-72 saat işləyir (modeldən asılıdır). Bundan sonra rejim sönəcək və dondurucu kamerada avtomatik sürətli dondurma funksiyası işə salınana qədərki temperatur təyin olunacaq.

Bu funksiya ərzaqların donmasına sərf olunan vaxtın qısaldılması üçün lazımdır və aşağıdakı hallarda işə yarayır:

  • ərzaqlar xarab olmasın deyə onları tez dondurmaq lazımdırsa,
  • dondurucu kameranın qapısı yaxşı bağlanmayıbsa və orada temperatur yüksəlibsə,
  • tez buz hazırlamaq lazımdırsa.

Sürətli dondurma funksiyasını necə işə salmalı

Sürətli dondurma rejimini işə salmaq üçün soyuducunun idarəetmə panelində Freezer düyməsini sıxın və 3-5 saniyə saxlayın.

Power Freeze funksiyasının qoşulması düyməsinin yerləşmə nümunəsi Samsung soyuducularının idarəetmə panellərindədir.


Sürətli dondurma rejimini ləğv etmək üçün Freezer düyməsini sıxıb 3-5 saniyə ərzində saxlayın.

Göstərici itəndə  — funksiya sönəcək.

Qeyd:

  • Soyuducunun idarəetmə panelinin xarici görünüşü cihazın modelindən asılı olaraq fərqlənə bilər. 
  • Power Freeze funksiyasının mövcudluğu və onun qoşulması üsulunu siz İstifadəçinin bələdçisində dəqiqləşdirə bilərsiniz. Onu Dəstək bölməsində yükləmək olar.

Şərhiniz üçün təşəkkür edirik!