Samsung paltaryuyan maşınında baraban fırlanmırsa, nə etmək lazımdır
Bu məqalədə biz paltaryuyan maşının barabanının niyə fırlanmadığı və belə olan halda nə etməli olduğunuz barədə danışırıq.
«UE» / «UB» / «E4» xətaları ─ paltar disbalansı
Bu xəta paltarların maşına səhv və ya qeyri-bərabər şəkildə yüklənməsi səbəbi ilə yaranır. Bu zaman paltaryuyan maşın paltarı baraban divarlarına bərabər şəkildə bölüşdürə bilmir.
Xüsusi sensor müəyyən edir ki, baraban qeyri-bərabər şəkildə fırlanır və fəaliyyətin pozulması barədə siqnal göndərir. Daha sonra paltaryuyan maşın dövrlərin sayını azaldır, baraban bir neçə dəqiqə ərzində hər iki tərəfə zəif şəkildə fırlanır və paltarı bölüşdürməyə çalışır. Bu zaman displeydə yuma vaxtı dəyişir. Paltaryuyan maşın paltarı bölüşdürə bilmədiyi halda, xəta çıxır.
Adətən, xəta sıxma mərhələsində, yumanın sonuna 9, 7 və ya 3 dəqiqə qalmış çıxır, lakin başqa vaxt da çıxa bilər.
Səbəblər və həll yolu:
Nə etməli? Əşyaların bir hissəsini çıxarın.
Qeyd:
- Eyni zamanda yuyula biləcək paltarın maksimal həcmini (çəkisini) paltaryuyan maşınınızın istismar təlimatında «Baxış / Sikllər cədvəli» bölməsində öyrənə bilərsiniz.
- Paltaryuyan maşında ayaqlar üçün kiçik xalçaları və ayaqqabı yumayın.
Nə etməli?
- Ən azı 3-4 əşya yükləyin.
- Sıxma zamanı dövrlərin sayını azaldın (məsələn, 400 dörvədək).
- Sıxmasız yuma rejimini işə salın.
Nə etməli? Sıxma zamanı dövrlərin sayını azaltmağa (məsələn, 400 dövr/dəq) və/ və ya sıxmasız yuma rejimini işə salmağa çalışın.
Xəta sıxma mərhələsində çıxır. Müxtəlif parça növləri suyu müxtəlif cür hopdurur. Buna görə sıxmadan öncə əşyaların çəkisi xeyli fərqlənə bilər. Bu, paltarın paylanması prosesində özünü büruzə verə bilər.
Nə etməli? Yumaq üçün eyni (və ya strukturu oxşar olan) materialdan olan paltarları yükləyin.
Paltaryuyan maşının və barabanın vəziyyətinin düz olmaması
Paltaryuyan maşın düz səth üzərində düz durmalıdır. Onun bütün tərəfləri eyni səviyyədə olmalıdır. Paltaryuyan maşının dibi ilə ayaqları arasında başqa əşya yelrəşdirməyin. Paltaryuyan maşını ayaqları sallanacaq şəkildə yerləşdirməyin.
Baraban düz mərkəzdə yerləşdirilməlidir ki, yan aralığın eni barabanın bütün dairəsi boyunca eyni olsun. Barabanın vəziyyəti düz olmadığı halda, paltaryuyan maşını ayaqlarının köməyi ilə düzəltməyə çalışın.
Baraban fırlanmır, yuma vaxtı isə, azalır ─ kəmər zədələnib
Yuma vaxtı gedir, qalan funksiyalar (suyun doldurulması, çirkab suyun boşaldılması, isitmə prosesi) yerinə yetirilir, lakin baraban fırlanmırsa, deməli, barabanı fırlayan kəmər yerindən çıxıb və ya cırılıb.
Nə etməli?
Paltaryuyan maşını, paltar və yuyucu vasitə olmadan, Pambıq rejimində işə salın. Avtomatik müəyyənetmə mərhələsinin başlamasını gözləyin (displeydə dairəvi şəkildə hərəkət edən simvollar çıxacaq) və barabanın fırlanıb-fırlanmadığını yoxlayın. Yoxlama üçün avtomatik müəyyənetmənin başladığı andan etibarən 30 saniyə gözləmək kifayət edir. Daha sonra rejimi dayandırmaq üçün Start/Fasilə düyməsinə basın və İşəsalma/Söndürmə düyməsinin köməyi ilə paltaryuyan maşını söndürün.
- Baraban fırlanırsa, deməli paltaryuyan maşın saz vəziyyətdədir, yaxud dayanma səbəbi kəmər deyil. Paltaryuyan maşını təkrar işə salmağa çalışın və, baraban işləmədiyi halda, displeydə xəta çıxana qədər gözləyin (yəni, paltaryuyan maşın dayandığı andan etibarən 20 dəqiqə ərzində onu söndürməyin və idarəemtə panelindəki düymələrə basmayın).
- Baraban fırlanmırsa, Samsung servis mərkəzinə müraciət edin.
Paltaryuyan maşının qapısını açmaq lazımdırsa, nə etməli
Barabanı açmaq lazım, qapı isə blokdadır və açılmırsa, paltaryuyan maşını Qidalanma düyməsinin köməyi ilə işə salın, daha sonra isə, elektrik yuvadan çıxarın. Beş dəqiqə ərzində qapının bloku açılmalıdır (yüngül şıqqıltı səsi gələcək). Bu, baş vermirsə, suyu təcili boşaldın. Daha sonra qapının bloku açılacaq.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.