Samsung kondisionerinin bloklarından sızma olduğu halda nə etmək lazımdır

Son yeniləmə tarixi : 03-02-2025

Nə baş verir

Samsung kondisionerinin daxili və ya xarici blokundan su sızması yaranıb.

Kondisionerdən sızma

Əsas səbəblər

  1. Kondisionerin: buxarlandırıcının radiatorunun, filtrlərin, drenaj sisteminin və s. çirklənməsi.
    Kondisionerin daxili blokunun altlığının içində kondensat yığılır və daxili blokdan axıb gedir, çünki drenaj sistemi çirklənib.

  2. Yanlış quraşdırma, məsələn, suyu axıdan borucuğun yanlış maillik bucağı altında olması.
    Kondensat drenaj borucuğundan çıxmır, kondisionerin daxili blokundan axıb gedir.

Nə etməli

Filtrlərin, drenaj sisteminin və daxili blokun radiatorunun təmizlənməsi üçün kondisioneri quraşdıranlara müraciət edin.

Kondisionerin filtrini özünüz də təmizləyə bilərsiniz.

Qeyd:

Kondisioner «İstilik» rejimində işlədikdə, kondensat drenaj borusundan və ya xarici blokun aşağısındakı dəlikdən çıxa bilər. Bu, normal haldır. Sizin kondisioneriniz saz vəziyyətdədir.

Kondisioneri yenidirsə, ola bilər ki, yanlış quraşdırılıb. Bunu yoxlamaq üçün kondisioneri quraşdıranlara müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!