Samsung paltaryuyan maşınında 4C2 xətası
Nə baş verib
Paltaryuyan maşının displeyində "4C2" xətası haqda mesaj yazılıb.
Xəta niyə yaranıb
Paltaryuyan maşına temperaturu 50°C-dən yuxarı olan qaynar su tökülür. Normal işləməsi üçün maşına yalnız soyuq su tökülməlidir.
Qeyd: xəta adətən incə yuma rejimlərində meydana çıxır, məsələn, "Yun" və ya "Zərif alt-paltar".
Nə etmək olar
Şlanqdan axan suyun temperaturunu yoxlayın.
- Əgər su vuran şlanq soyuq su kranına qoşulubsa, lakin qaynar su axırsa, soyuq su axana qədər gözləyin. Əgər suyun temperaturu dəyişmirsə və qaynar qalırsa - santexnikə müraciət edin.
- Əgər su soyuqdursa, növbəti addıma keçin.
- Əgər xəta görünmürsə, hər şey qaydasındadır. Paltaryuyan maşından istifadə etməyə davam edə bilərsiniz. Xəta kiçik bir nasazlıq nəticəsində meydana çıxa bilərdi.
- Əgər xəta yenidən görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.