Samsung paltaryuyan maşınında 0E, 0F, 0C, E3 xətaları
Nə baş verib
Paltaryuyan maşının displeyində “0E”, “0F”, “0C” və ya “E3” xətası haqda mesaj yazılıb.
Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + iki aşağı temperatur indikatoru yanır.
Xətanın meydana çıxmasının səbəbləri
Paltaryuyan maşına həddindən artıq çox su tökülmüşdür. Maşının düzgün işləməsi zamanı, baraban 1/3 və ya bir az daha çox su ilə doldurulur. 2/3 və ya daha çox - normadan sapmadır.
Xəta niyə yaranıb:
- Suyun boşaldılması şlanqı kanalizasiyaya səhv birləşdirilib.
- Suyun sensorunda nasazlıq baş verib - belə olan halda, baraban su ilə çox doldurulmasa belə, xəta görünəcəkdir.
- Buraxılma klapanının qeyri-düzgün işləməsi (çox nadir hallarda).
Nə etmək olar
- Əgər suyun sərbəst boşaldılması zamanı xəta görünmürsə — maşın saz vəziyyətdədir. Xəta suyun boşaldılması şlanqının səhv qoşulması və ya kanalizasiyanın tıxanması səbəbindən görünə bilər. Əgər paltaryuyan maşının suyun boşaldılmasına qoşduqdan sonra xəta yenidən görünərsə - santexnikə müraciət edin.
- Əgər maşın dolu baraban su yığıbsa, xətanın görünməsini gözləməyin, yumanın dayandırılması üçün “Start/Pause” düyməsini basın. Paltaryuyan maşın baxış tələb edir, bunun üçün ən yaxın səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.