Samsung paltaryuyan maşınında 4E, 4C, E1 xətaları

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “4E”, “4C” və ya “E1” xətası haqda mesaj görünüb.

Samsung paltaryuyan maşınının displeyində 4E, 4C, E1 xətaları

Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + aşağı temperatur indikatoru yanır.

Displeysiz Samsung paltaryuyan maşınında xəta indikatoru

Xəta niyə yaranıb

Maşına su tökülmür:

  • Suyu maşına vuran kran bağlıdır;
  • Evdə soyuq su yoxdur və ya təzyiq çox aşağıdır;
  • Suyu vuran şlanq əyilmişdir və ya sıxılmışdır - maşın onun vasitəsilə suyu çəkir;
  • Suyu vuran filtr-tor tutulmuşdur;
  • Su maşından sərbəst şəkildə axıb boşalır.

Sonra nə etmək lazımdır

Paltaryuyan maşını eyni rejimdə bir dəfə də işə salın və maşının işə salınmasından sonra suyun doldurulması səsinin eşidilib-eşidilmədiyini yoxlayın.

Suyun doldurulması səsi eşidilir:

 

Əgər siz suyun doldurulması səsini eşidirsinizsə, lakin maşın hələ də xəta verirsə, o zaman:

  • ya seçilmiş yuma rejimi üçün maşında həddindən artıq çox paltar var,
  • ya da barabana yüklənmiş şeylər suyu çox özünə çəkir: yastıqlar, yorğanlar və s.

Hər bir yuma rejimi üçün paltarın maksimum yüklənməsi haqda məlumat istifadəçinin təlimatında “İstismar” və ya “Paltarların yuyulmasına dair təlimatlar” bölməsində göstərilmişdir. Yuma üçün maşına müəyyən miqdarda su tökülür. Əgər əşyalar suyu planlaşdırıldığından daha çox canına çəkirsə, onun maşındakı səviyyəsi azalacaqdır. Sensor bunu müəyyən edəcək və maşın xətanı göstərəcəkdir.

Əgər yüklənmiş əşyalar çox deyilsə və suyu canına çox çəkən əşya yoxdursa, o zaman suyu vuran şlanq vasitəsilə suyun təzyiqini yoxlayın. Əgər təzyiq zəifdirsə, xəta görünəcəkdir. Belə olan halda santexnikə müraciət edin.

Suyun dolması səsi eşidilmir:

 

Əgər yumanın işə salınmasından sonra siz suyun dolması səsini eşitmirsinizsə və maşın xəta göstərirsə, o zaman:

1 Paltaryuyan maşına suyu vuran kranın açıq olduğundan əmin olun.
2 Evdə soyuq suyun olduğundan əmin olun. Bunun üçün soyuq su kranını açın. Su yoxdursa və ya təzyiq zəifdirsə, santexnikə müraciət edin. Paltaryuyan maşın su olmadan yumağa başlaya bilməyəcək.
3 Əgər kran açıqdırsa və evdə su varsa, o zaman suyu vuran şlanq vasitəsilə suyun təzyiqini yoxlayın.
  1. Suyu vuran filtr-toru çıxarıb təmizləyin.

  2. Suyun boşaldılması şlanqının düzgün bağlandığından əmin olun: o, maşından yuxarı çıxmalı və halqa və ya qarmaq şəklində olan zavod sıxaclarına bərkidilməlidir və yalnız bundan sonra aşağı enməlidir.
    Əgər şlanq düzgün yerləşdirilməyibsə, su dərhal maşından axıb boşalacaqdır.

  3. İdarəetmə blokunun yenidən işə düşməsi üçün maşını 15 dəqiqəliyinə elektrik mənbəyindən ayırın.

  4. Maşını elektrik mənbəyinə qoşun və eyni yuma rejimini işə salın.
     
  • Əgər xəta görünmürsə —  maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
  • Əgər xəta görünməyə davam edirsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Santexnikə müraciət edin. Paltaryuyan maşın suyun aşağı təzyiqi ilə yumaya başlaya bilməyəcəkdir.

Şlanqın ikinci ucunu su borusundan burub açın və onun içinə suyu tökməyə cəhd edin.

  • Əgər su şlanqın içindən keçib gedirsə,  suyun verilməsi kranının və su borusunun yoxlanılması üçün santexnikə müraciət edin.
  • Əgər su şlanqın içindən keçib axmırsa — o tutulmuşdur. Yeni şlanq alın və ya onu güclü su şırnağı ilə yuyun.

Şərhiniz üçün təşəkkür edirik!