Samsung paltaryuyan maşınında DE, DE1, DE2, DC, DC1, DC2, ED xətaları
Nə baş verib
Paltaryuyan maşının displeyində “DE”, “DE1”, “DE2”, “DC”, “DC1”, “DC2” və ya “ED” xətası haqda mesaj yazılıb.
Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + bütün temperatur indikatorları yanır.
Xəta niyə yaranıb
Lyukun qapısı bağlı deyil:
- lyukun qapısı ilə kipləşdiricinin arasına və ya qıfılın içərisinə kənar əşyalar düşüb;
- bloklama kilidi və ya lyukun bağlanması mexanizmi nasazdır.
Əgər xəta işə salınmadan əvvəl görünübsə nə etmək olar:
- Əgər qapı açıqdırsa, onu şıqqıltı səsi gələnə qədər bağlayın.
- Əgər qapı bağlıdırsa, lakin xəta itmirsə, o zaman onu açın və aşağıdakılardan əmin olun:
- paltar qapının bağlanılmasına mane olmur;
- qıfılda və ya qarmaqda tük və sap yoxdur;
- qırılmış və ya əyilmiş detallar yoxdur.
- Əgər xəta görünmürsə — maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
- Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Əgər xəta yuma zamanı göründüsə nə etmək lazımdır:
- Əgər xəta görünürsə — maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
- Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.