Samsung paltaryuyan maşınında UE, UB, E4 xətaları
Nə baş verib
Paltaryuyan maşının displeyində “UE”, “UB” və ya “E4” xətası haqda mesaj yazılıb.
Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + yuxarıdan ikinci temperatur indikatoru yanır.
Xəta nə vaxt və niyə görünür
Xəta sıxmadan əvvəl, maşın paltarları barabanın divarları boyunca bərabər paylamağa çalışdıqda görünür. Əgər maşın paltarları paylaya bilməzsə - xəta haqda mesaj görünəcəkdir.
Paltarların paylanılması alınmır, əgər:
- Paltarlar bir-birinə yığılıb qalaqlanıb və ya öz aralarında burulub bükülüb;
- Maşında əşya azdır: bir və ya iki ədəd;
- Maşında həddindən artıq çox paltar var.
Adətən xəta yumanın bitməsinə 9, 7 və ya 3 dəqiqə qaldıqda görünür. Xətanın görünməsindən öncə, baraban bir istiqamətdə və digər istiqamətdə bir neçə dəqiqə yavaş-yavaş fırlanır - maşın paltarları paylaşdırmağa çalışır. Bu zaman, displeydəki vaxt dəyişmir.
Xətanın meydana çıxmasından necə qaçınmaq olar
Barabana nə yüklənmişdir |
Niyə xəta görünür |
Necə düzəltmək olar |
---|---|---|
Bir və ya iki əşya |
Paltaryuyan maşın onları sıxmaq üçün barabanın bütün sahəsi boyunca paltarları bərabər səviyyədə paylaya bilmir. Əsas yüklənmə barabanın yalnız bir hissəsinə düşür. |
Minimum 3-4 paltar yükləyin. |
Bir böyük (ağır) paltar və bir neçə kiçik (yüngül) paltar |
Sıxma sürətini 400 d/dəq-yə qurun və ya yumanı sıxma olmadan işə salın. |
|
Parça növünə görə müxtəlif paltarlar |
Parçanın hər bir növü suyu müxtəlif cür hopdurur. Bu səbəbdən sıxmadan öncə paltarların çəkisi fərqlənə bilər və normal sıxmaya mane ola bilər. |
Oxşar materiallardan olan paltarları yükləyin. |
Yataq ağları |
Yuma zamanı paltarlar bükülür və ya yorğanağına və ya yastıqüzünə dolur. |
Hər yuma üçün 2 kq-dan çox olmayan paltar yükləyin. Sıxma sürətini 800 d/dəq-yə qurun. |
Böyük miqdarda paltar |
Əgər maşında çoxlu paltar varsa, onları baraban boyunca paylaşdırmaq çox çətindir. |
Maşını yalnız “Pambıq” rejimində maksimum yükləmək olar. Maşınınızı düzgün qaydada yükləməyi öyrənmək üçün istifadəçi təlimatının İcmal/Dövrələr cədvəli bölməsinə baxın. |
Sonra nə etmək lazımdır
Əgər qapı bundan sonra da açılmırsa, suyu qəza rejimində boşaldın.
Bu rejim bütün Samsung paltaryuyan maşınlarında mövcud deyil. Sizin maşınınıza dair istifadəçi təlimatında kalibrləmə rejiminin mövcud olmasını yoxlayın, onu Təlimatlar və yükləmələr bölməsində yükləyə bilərsiniz.
Əgər xəta görünmürsə, maşından istifadə etməyə davam edin, o, yaxşı vəziyyətdədir. Xəta paltaryuyan maşının paltarları bərabər səviyyədə paylaya bilməməsi səbəbindən baş vermişdi.
Əgər xəta yenidən görünürsə, maşının işləməsini paltarsız yoxlayın:
- Qapını açın və paltarları çıxarın;
- Qapını bağlayın;
- Sıxmanın davam etdirilməsi üçün Start/Pause düyməsini basın.
Əgər xəta görünməyə davam edirsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.