Samsung paltaryuyan maşınının displeyində Sud (5ud) və ya Sd (5d) xətaları
Nə baş verib
Paltaryuyan maşının displeyində “SUd” (5Ud) və ya “Sd” (5d) xətası haqda mesaj yazılıb.
Xəta niyə görünür
Çəndə həddindən artıq köpük əmələ gəlib:
- Həddindən artıq çox yuyucu toz tökmüsünüz;
- Avtomat sistemli maşın üçün uyğun olmayan yuyucu toz qoyublar;
- Keyfiyyətsiz və ya saxta yuyucu toz qoyulub;
- Suyun boşaldılması filtri tutulub.
Ya da paltaryuyan maşında köpük əmələ gətirmə sensoru işləmir.
Sonra nə etmək lazımdır
Öz paltaryuyan maşınınıza baxın və barabandakı köpüyün miqdarını qiymətləndirin.
Əgər köpük çoxdursa və o kənara çıxırsa:
Əgər sonrakı yumalar zamanı barabanda daima olaraq çoxlu miqdarda köpük meydana çıxacaqsa, daha az yuyucu toz əlavə edin və ya onu dəyişin.
Tövsiyə edilən yuyucu tozun miqdarı - altı kiloqram quru paltar üçün iki xörək qaşığı.
Əgər köpük azdırsa və ya yoxdursa, kənara çıxmırsa:
Əgər xəta görünmürsə, maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir. Xəta suyun boşaldılması filtrinin tutulması səbəbindən meydana çıxmışdı.
Əgər xəta görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.