Samsung mikrodalğalı sobasında idarəetmə düymələri işləmir
Nə baş verib
İdarəetmə panelində düyməyə basdıqda və ya fırlanan dəyişdiricini rejimlərdən birinin üstünə yerləşdirdikdə, mikrodalğalı soba reaksiya vermir.
Nə etməli
Yalnız "Start" düyməsi işləmirsə
Bu, qapının kip bağlanmaması səbəbi ilə baş verə bilər. Belə olan halda, mikrodalğalı soba bişirmə proqramını işə salmır və Start düyməsinin işləmədiyini düşünmək olar. Qapı aşağıdakı səbəblərlə kip bağlanmaya bilər:
- çirklənmə səbəbi ilə — bağlama mexanizmini yoxlayın və, zərurət yarandıqda, onu təmizləyin.
- həddindən artıq əndazəli qablara və ya səhv quraşdırılmış fırlanan masa səbəbi ilə — qabların kamera daxilinə yerləşdiyindən və qapının bağlanmasına maneçilik törətmədiyindən əmin olun.
Mikrodalğalı sobanı açın və kip şəkildə bağlayın, daha sonra isə, lazım olan soba rejimini işə salmağa çalışın.
Heç bir düymə işləmirsə
Aşağıdakı tövsiyələri yerinə yetirin:
- Düymələr arasındakı aralığa çirk düşübsə, düymələri basmaq çətin ola və düymələr lazımı qaydada reaksiya verməyə bilər. Çirki təmizləyin və düymələri yoxlayın.
- Sobanın sensorlu panelinə maye düşdüyü halda, onu qurulayın.
- Mikrodalğalı sobanın paneli təmizdir, lakin düymələr lazımı qaydada işləmirsə, növbəti addıma keçin.
- "L" hərfi çıxırsa, deməli, uşaqlar üçün bloketmə aktivdir. Sobanın idarəetmə panelində qıfıl işarəsini tapın ─ blokun açılması üçün siz bu düyməni bir neçə saniyə ərzində basıb saxlamalısınız.
Bloketmə funksiyalı düymənin yerləşməsinə misallar:
Qeyd:
Bloketmə funksiyası bütün Samsung mikrodalğalı sobalarında mövcuddur. Modelinizdə bloketmə funksiyasının mövcudluğunu istifadəçi təlimatında dəqiqləşdirmək olar. Onu Təlimatlar & yükləmələr bölməsində endirmək olar.
- "L" hərfi çıxmırsa, növbəti addıma keçin.
Mikrodalğalı sobanız yenidirsə, yaxud soba müəyyən müddət ərzində elektrik şəbəkəsindən ayrıldığı halda, düymələr, vaxt tənzimlənənə qədər deaktiv edilə bilər.
Tənzimləmə üsulunu modeliniz üçün istifadəçi təlimatında dəqiqləşdirin. Onu Təlimatlar & yükləmələr bölməsində endirmək olar.
Mikrodalğalı sobanın qidalanma kabelini elektrik yuvasından 1-2 dəqiqəlik çıxarın, daha sonra təkrar sobanı şəbəkəyə qoşun, vaxtı tənzimləyin və düymələrin işləyib-işləmədiyini yoxlayın.
- Bu, kömək etsə və düymələr işləsə, mikrodalğalı sobaya bir neçə gün diqqət edin. Bu hal təkrarlansa, servis mərkəzinə müraciət edin.
- Bu, kömək etməsə, təmir tövsiyə olunur, rəsmi servis mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.