Samsung soyuducusunda buz əmələ gəlirsə, nə etməli
Nə baş verir
Dondurucu kamerada çoxlu buz yığılır. Aşağı yeşiyin altında qalın buz təbəqəsi yaranıb.
Səbəb
- Tıxanma və ya drenaj borusunun buzlaşması
- Elektrikin müvəqqəti kəsilməsi.
- Dondurucu kameranın qapısı uzun müddət açıq qalıb və ya yaxşı bağlanmayıb.
- Qapının rezini zədələnib və ya köhnəlib.
- Dondurucu kameranın qapısı səhv asılıb.
- Soyuducu səhv quraşdırılıb.
Nə etməli
Çirk və ya buz kondensantın axmasına mane olur və o, arxa divar boyu aşağıdakı yeşiyin altına axır. Tıxanmadan qaçmaq üçün soyuducunun donunu tamamilə açın.
- Soyuducunu şəbəkədən ayırın, ondan bütün ərzaqları çıxarın və bütün kameraların qapısını açın.
- Soyuducunu minimum 24 saat sönülü saxlayın. Əgər onu dava əvvəl yandırsanız, bütün buz əriyə bilər.
- Soyuducunun bütün kameralarını isti sabun məhlulu ilə yuyun.
- Soyuducunu bağlayın və onu qoşun. Soyuducu təyin olunan temperaturdan asılı olaraq 6-8 saatdan sonra işə hazır olacaq. Temperaturun yığılması dondurucu kameradn başlayacaq, sonra soyuducu kameranın sərinləməsi başlayacaq.
- Temperaturun yığılmasından sonra ərzaqları doldurun. Əgər ərzaqları soyuducunu qoşarkən dərhal doldursanız, kameraların sərinləmə vaxtı artacaq.
- Dondurucu kameranı uzun müddət açıq qoymayın.
- Heç nəyin qapının kip bağlanmasına mane olmadığını yoxlayın: axıra qədər itələnməmiş yeşiklər, onlardan çıxan ərzaqlar, buz, çirk və s.
Əgər siz rezinin üzərində zədələnmiş sahələr aşkar etmisinizsə - onu dəyişdirmək üçün səlahiyyətli servis mərkəzinə müraciət edin.
Soyuducunun digər səthlərə qədər məsafəsini ölçün, zərurət olduqda, onu aralayın. Tövsiyə edilən məsafə aşağıdakı şəkildə göstərilib.
Əgər bütün əvvəlki addımlar dondurucu kamerada buz təbəqəsindən qaçmağa kömək etmədisə, soyuducunun diaqnostikası üçün servis mərkəzinə müraciət etməyi tövsiyə edirik.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.