Samsung paltaryuyan maşını sıxma zamanı çox səs saldığı halda nə etmək lazımdır
Nə baş verir
Sıxma zamanı səs, küy və ya kənar səslər eşidilir: tıqqıltı, qıcırtı, gurultu, cingilti və s.
Hansı səsin gəlməsi normaldır və hansı səs gəlməməlidir
Səssiz paltaryuyan maşın olmur. Maşının düzgün işləyərkən çıxardığı səs uğultuya bənzəyir. Sıxma zamanı belə səs normal haldır, özü də sıxma zamanı baraban həmişəkindən daha intensiv işləyir.
Lakin kənar səs (tıqqıltı, qıcırtı, gurultu, cingilti, zərbələr və s.) gəlməməlidir. Belə səslər hər yuma, hər yükləmə zamanı (sadəcə ağır paltar sıxıldığı zaman deyil) eşidilirsə, aşağıdakı tövsiyələrdən istifadə edin.
Qeyd:
Hər bir modelin təlimatlarında maşının yuma və sıxma zamanı çıxara biləcəyi maksimal səs səviyyəsi qeyd olunur. Sıxma zamanı bu göstərici ortalama 73-75 Db (modeldən asılı olmayaraq) təşkil edir – bu, kifayət qədər yüksək səsdir. Barabandan gələn səs bu göstəricini aşmırsa, hər şey qaydasındadır.
Nə etməli
Həmçinin, unutmayın ki, kənar səs paltarın səbəb olduğu disbalansa görə də yarana bilər. Disbalansın azaldılması üçün ölçüsü və parça tərkibi eyni olan paltarları yumağa çalışın.
Mövzu üzrə:
- Səs (tutaq ki, baraban bir tam dövr vurduqda bir dəfə gələn sakit çıqqıltı səsi) gəlmirsə, növbəti bəndə keçin.
- Səs (ilişmə səsi, gurultu, tıqqıltı, çatırtı səsi) varsa, diaqnostika üçün servis mərkəzinə müraciət edin.
Nəqletmə boltları maşına zavodda quraşdırılır. Onlar çəni nəqletmə zamanı sabit saxlayır və onu zədələnmələrdən qoruyur. Paltaryuyan maşın istifadə edilməzdən öncə, boltları çıxarmaq lazımdır.
Boltlar paltaryuyan maşının arxa divarında yerləşir. Maşının modelindən asılı olaraq, üç boltdan beş boltadək quraşdırıla bilər.
Nəqletmə boltlarının görünüşü:
Taxta döşəmə, linoleum, xalça, parket və ya laminat kimi səthlər paltaryuyan maşının quraşdırılması üçün uyğun deyil.
Nahamarlıq → Necə düzəltmək olar
- Yuxarı hissə daha yüksəkdir → Ayaqları saat əqrəbinə əks istiqamətdə fırladın.
- Arxa hissə daha yüksəkdir → Ayaqları saat əqrəbi istiqamətində fırladın
- Maşın sola əyilib → Sol ayağı saat əqrəbi istiqamətində fırladın
- Maşın sağa əyilib → Sağ ayağı saat əqrəbi istiqamətində fırladın
Qeyd:
Kalibrləmə funksiyasına malik maşınlar üçün aktualdır. Funksiyanın mövcud olub-olmadığını həmin paltaryuyan maşını modelinin təlimatlarından dəqiqləşdirmək olar.
- Taqqıltı, qıcırtı, gurultu, cingilti və s. yoxdursa, maşınınız qaydasındadır, onu istifadə etməyə davam edə bilərsiniz.
- Taqqıltı, qıcırtı, gurultu, cingilti və s. varsa, diaqnostika üçün servis mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.