Samsung paltaryuyan maşınının kondisioneri bölməsində su qalsa, nə etməli

Son yeniləmə tarixi : 10-09-2024

Nə baş verir

Yumadan sonra kondisioner üçün bölmədə su qalır.

Kondisioner üçün bölmədə yumadan sonra bir qədər su qala bilər. Bu, paltaryuyan maşının qüsuru deyil və yalnız xarici amillərlə bağlıdır.

Yumadan sonra kondisioner üçün bölmədə su qalır

Səbəblər

  • Suyun zəif təzyiqi.
  • Yuyucu vasitələr üçün bunkerin və ya kondisioner üçün bölmənin tıxanması.
    Adətən belə halda MAX qeydi səviyyəsində və ya ondan daha çox su qalır.
MAX işarəsi

Nə etməli

1 Yuyucu vasitələr üçün konteyneri təmizləyin.

Konteyneri çıxarın və onu güclü axar su altında yuyun. Təmizləmək üçün köhnə diş fırçasından istifadə edin.

Kondisioner üçün bölməyə və bunkerin tıxacına xüsusi diqqət yetirin - məhz o tıxana bilər. Siz kondisioner üçün bölməni çıxaranda tıxacı görəcəksiniz.

bunker tıxac
2 Maşının su təchizatına qoşulduğunu yoxlayın.

Əgər su təchizatına qoşulmaq üçün tələblərə əməl edilməsə, maşına verilən suyun təzyiqi zəif ola bilər. Onda su konteynerdən tam axmayacaq.

Elə hal da mümkündür ki, suyun təzyiqi bütün evdə zəifdir. Onda o, düzgün qoşulduğu halda belə su boşaltma şlanqında zəif olacaq.

3 Doldurma filtrini yoxlayın və təmizləyin. Əgər o tıxansa, suyun təzyiqi pisləşə bilər.

Bölmədə bütün tövsiyələri yerinə yetirdikdən sonra belə yumadan sonra su qala bilirsə — bu, normaldır.

Adətən bu, suyun təzyiqi ilə bağlıdır: o, yumaq üçün kifayət edə bilər, amma eyni zamanda suyun konteynerdən tam axa bilməsi üçün bir o qədər də güclü olmaya bilər.

Şərhiniz üçün təşəkkür edirik!