Samsung paltaryuyan maşını yuma zamanı dayandısa, nə etməli

Son yeniləmə tarixi : 11-09-2024

Əgər paltaryuyan maşın yuma zamanı dayandısa və baraban fırlanmırsa — beləcə maşın yumanın hansı səbəbə görə davam edə bilməməsi səbəbini müəyyən edir. 

Əgər Samsung paltaryuyan maşını yuma zamanı dayandısa, aşağıdakı tövsiyələrə əməl edin.

Yumanın dayanmasının mümkün səbəbləri

Sizin təhlükəsizliyiniz məqsədilə paltaryuyan maşının barabanı qapı bağlanmayana qədər fırlanmayacaq. Zəhmət olmasa, aşağıda verilmiş təlimatları oxuyun:

  • Qapını bağlayın, "Başla / Fasilə" düyməsini sıxın və saxlayın
  • Enerji aldığını yoxlayın. Əgər paltaryuyan maşına kifayət qədər güc gəlmirsə, o, əşyaları sıxmayacaq və suyu axıtmayacaq.
  • Qurutma dövrəsi zamanı maşın müvəqqəti dayana bilər.
  • Axın filtrində hansısa yad predmetin ilişmədiyini yoxlayın.

 

Dayanmanın digər mümkün səbəbləri
 

  • Paltaryuyan maşının ekranında xətanın görünmədiyini yoxlayın.
  • Axın filtrini təmizləyin.
  • Axın şlanqının kanalizasiyaya qədər tam çatdığından və deformasiyaya uğramadığından əmin olun. 
  • Axın şlanqının içərisində suyun donmadığından əmin olun.
Paltaryuyan maşın yuma zamanı dayanır

  • Axın şlanqını tövsiyə olunan hündürlüyə quraşdırın, onun deformasiyaya uğramadığını, burulmadığını və tıxanmadığını yoxlayın.
    Əgər axın şlanqı çox yüksəkdə quraşdırılıbsa, maşın suyu axıtmaya bilər.
  • Qışda şəhərkənarı evdə axın şlanqında qalan su donub axın şlanqını tıxaya bilər.
    Əgər şlanq donubsa, paltaryuyan maşına qaynar su tökün və suyu axıdın. Zərurət olduqda proseduru bir neçə dəfə aparın.
  • Şlanqda tıxanmaların olmadığından əmin olun.

• "SUD" xətası

Nə deməkdir: maşının barabanında tozdan və ya yuyucu vasitədən yaranan həddindən artıq köpüklər 

Həlli: artıq tozdan qurtulmaq üçün yaxalama dövrəsini işə salın.

Mövzu üzrə: "Samsung paltaryuyan maşınının displeyində Sud (5ud) və ya Sd (5d) xətaları"

• "5C/5E" xətası

• "UB/UE" xətası

Nə deməkdir: maşın əşyaları barabanda bərabər qaydada paylaya bilmir.

Həlli: qapını açın və maşının içərisində əşyaları bərabər səviyyədə paylayın. Əgər siz ancaq bir əşyanı yuyursunuzsa, bir və ya iki dəsmalı barabana əlavə edin və yaxalama / sıxma dövrəsini işə salın.

Mövzu üzrə: "Samsung paltaryuyan maşınında UE, UB, E4 xətaları"

Samsung xətalarının kodları üzrə məlumat və onları necə aradan götürmək haqqında linkə baxın: "Samsung paltaryuyan maşınlarının xəta kodları"

Şərhiniz üçün təşəkkür edirik!