Mənim kondisionerim havanı kifayət qədər sərinlətmirsə, nə etməliyəm

Son yeniləmə tarixi : 18-06-2024

Əgər düzgün tənzimləmədə belə kondisionerinizin havanı müvafiq temperatura qədər sərinlətmədiyini müşahidə etmisinizsə, ətraf mühitin aşağıdakı şərtlərini yoxlayın.

Temperatur parametrlərini tənzimləyin

  • Əgər siz kondisionerin havanı kifayət qədər sərinlətmədiyini hiss edirsinizsə, yetərli qədər aşağı temperaturu seçdiyinizdən əmin olun.
  • Kondisionerin temperatur tənzimləmələrini dəyişdirmək üçün + və ya - Temp. düymələrinə basın.
  • Məkan istinin təsirindən yaxşı qorunmalıdır, bütün qapılar və pəncərələr bağlı olmalıdır; əks halda, bu, kondisionerin məhsuldarlığının azalmasına gətirib çıxara bilər.

Kondisonerin ətrafında maneələr olmamalıdır

Əgər daxili və ya xarici blokun qarşısında maneələr varsa, bu, kondisionerin sınmasına gətirib çıxara bilər - o, kifayət qədər hava çəkməyə bilər.

kondisionerin ətrafında maneələrin olmadığından əmin olun

Məkanın sahəsini nəzərə alın

Əgər məkanın ölçüsü kondisioner üçün nəzərdə tutulandan çoxdursa, temperaturu endirmək üçün daha çox zaman tələb olunacaq. Ona görə də eviniz üçün uyğun gələn kondisionerdən istifadə etmək tövsiyə olunur.

Əgər siz evin sahəsini nəzərə almaqla yetərli gücə malik olmayan kondisionerdən istifadə edirsinizsə, evdə temperatur yüksək qala bilər.

Hava filtrini yoxlayın

Əgər daxili hava filtrində həddindən artıq çox toz varsa, kondisioner kifayət qədər hava çəkə bilməyəcək.

Filtri hər 2 həftədən bir və ya daxili blokun ekranında CF kodu - filtrin təmizlənməsi haqqında xəbərdarlıq görünəndə təmizləmək tövsiyə edilir.

Kondisionerinizin modelini aşağıda yoxlayın və hava filtrinin təmizlənməsi üztə təlimatlara əməl edin. 

Qeyd: 

  • Filtrin çıxarılması və yığılması haqqında məlumatlara istifadəçi bələdçisində bax (müxtəlif modellər üçün fərqlənə bilər).
  • Təmizləmə müddətləri istifadə intensivliyindən və ətraf mühitin şəraitindən asılı olaraq fərqlənə bilər. 

1 Filtri blokdan çıxarın.
Filtri blokdan çıxarın
2 Filtrdən toz və ya çirki təmizləmək üçün yumşaq fırça və ya tozsorandan istifadə edin.
Fırça ilə filtrdən tozu çıxarın
3 Əgər filtrdə çox toz varsa, onu 30 dəqiqə sabunlu suya qoyun, sonra isə yuyun.
Filtri su ilə təmizləyin
4 Filtri yuduqdan sonra onu yaxşı havalandırılan məkanda qurudun.
Filtri qurutmaq
5 Filtri yerinə quraşdırın.
Filtri yerinə quraşdırın

Qeyd: 

  • Hava filtrini sərt fırça və ya sərt təmizləmə üçün digər alətlə sürtməyin.  
  • Əgər hava filtri tam qurumayıbsa və ya qapalı (ya da nəmişlik) məkanda quruyubsa, bu, xoşagəlməz qoxunun yaranmasına gətirib çıxara bilər.
  • Hava filtrini qurudarkən birbaşa günəş şüalarının təsirindən qoruyun.

Əgər sizdə döşəmə tipli inverter kondisionerdirsə, aşağıda təsvir olunmuş addımları yerinə yetirin.  Şaquli inverter modellərdə iki növ filtrdən istifadə edilir.

  • Full HD filtri: O, daxil olan havada iri toz hissəcikləri tutub saxlayır.
  • Zero filtri: O, havadakı xırda toz hissəciklərini tutub saxlayır. Bu, daimi istifadə üçün olmayan, yuyulabilən filtrdir.

Full HD filtrinin təmizlənməsi

1 Full HD filtrini aşağıdakı şəkildə göstərildiyi kimi, saat əqrəbi istiqamətində çıxarın.
HD filtrini çıxarın
2 Tozu tozsoran və ya axar suyun köməyi ilə təmizləyin.
Tozu çıxarın
3 Filtri birbaşa günəş şüalarından qorunan yerdə tamamilə qurudun.
HD filtrini qurudun
4 Full HD filtrini etibarlı möhkəmləndirmək üçün onu sona qədər basmaqla ox istiqamətində quraşdırın.
Filtri yerinə quraşdırın

Qeyd: 

  • Full HD filtrini hər 2 həftədən bir təmizləyin.
  • Təmizləmə müddətləri istifadə intensivliyindən və ətraf mühitin şəraitindən asılı olaraq fərqlənə bilər.

Zero filtrinin təmizlənməsi

Zero filtrinin iti arxa səthi ilə ehtiyatlı olun. 

1 Fullu HD alt filtri çıxarın. Zero filtrində dəstəkdən tutun və şəkildə göstərildiyi kimi saat əqrəbi istiqamətində dartaraq onu çıxarın.
Full HD alt filtrini çıxarın və Zero filtrini tamamilə çıxarın
2 Filtri suda isladın və bir neçə dəfə silkələyin.
Filtri isladın
3 Filtri yaxşı havalanan məkanda qurudun.
Filtri isladın
4 Zero filtrini göstərilən oxun istiqamətində qoyun və onun düz vəziyyətdə bərkidildiyindən əmin olun. Full HD alt filtrini yerinə quraşdırın.
Zero filtrini və Full HD alt filtrini yerinə quraşdırın

Qeyd: 

  • Zero filtrini 3 ayda bir dəfə təmizləyin. (istifadədən çıxış edərək gündə 8 saat müddətində)
  • Təmizləmə müddətləri istifadə intensivliyindən və ətraf mühitin şəraitindən asılı olaraq fərqlənə bilər.

Multi split kondisionerin hava filtrinin çıxarılması üzrə məsləhətlər:

  • Barmaqlıq düşməsin deyə mütləq bir əllə tutun.
  • Barmaqlığı tam götürdükdən sonra barmaqlığın hər iki tərəfindən təhlükəsizlik ilgəclərini çıxarın. 
Barmaqlığı çıxarmaq üçün düyməni basın Barmaqlığı çıxarmaq üçün düyməni basın

1. Barmaqlığı çıxarmaq üçün düyməni basın

Barmaqlığın hər iki tərəfindəki təhlükəsizlik ilgəclərini çıxarın Barmaqlığın hər iki tərəfindəki təhlükəsizlik ilgəclərini çıxarın

2. Barmaqlığın hər iki tərəfindəki təhlükəsizlik ilgəclərini çıxarın

Filtri təmizləmək üçün barmaqlığı tamamilə çıxarın Filtri təmizləmək üçün barmaqlığı tamamilə çıxarın

3. Filtri təmizləmək üçün barmaqlığı tamamilə çıxarın

Qeyd: 

  • Kondisionerin faktiki dizaynı modeldən (və ya regiondan) asılı olaraq fərqlənə bilər.
  • İstifadəçi bələdçisində təhlükəsizlik texnikası üzrə xəbərdarlıqları və mühüm təlimatları diqqətlə oxuyun.

Hava filtrinin təmizlənməsi

  1. Hava filtrini sağa çəkin.

  2. Tozsoran və ya fırçanın köməyi ilə tozu hava filtrindən təmizləyin.

  3. Filtri tozsoran və ya yumşaq fırça ilə təmizləyin. Güclü tozlanma halında filtri axar suyun altında yuyun və havalandırılan məkanda qurudun. 

  4. Təmizlənmiş hava filtrini yaxşı havalandırılan məkanda qurudun. 

  5. Hava filtrini yenidən yığın. (Çıxarmanın tərs ardıcıllığı ilə davam edin.) Bundan sonra hava filtrinin tənzimləmələrini sıfırlayın.

Filtrin tənzimləmələrinin sıfırlanması

  • Naqilli məsafədən idarəetmə pultu ilə daxili blok üçün Filter Reset (Filtrin sıfırlanması) düyməsini sıxın. 
  • Naqilsiz məsafədən idarəetmə pultu ilə daxili blok üçün Options (Parametrlər) və ya Filter Reset (Filtrin sıfırlanması) düyməsini, sonra isə SET (TƏNZİMLƏMƏ) düyməsini sıxın. 

Quraşdırıcılara müraciət edin

Əgər bu cür xidmətlərə zəmanətiniz varsa, kondisionerin düzgün quraşdırılmasını yoxlamaq üçün quraşdırıcılara müraciət edin.

Samsung servis mərkəzinə müraciət edin

Profilaktik işlərin (drenaj sisteminin, daxili və xarici blokun təmizliyi, sistemin işçi təzyiqinin yoxlanması)  həyata keçirilməsi üçün Samsung servis mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!