Samsung tozsoranı yaxşı sormursa, nə etməli
Tozsoran aşağıda sadalanan bir sıra səbəblərə görə pis sora bilər. Onların hər birini növbə ilə yoxlayın.
Toz toplayıcı dolub
Toz toplayıcını yoxlayın: kisə və ya konteyneri. Əgər orada zibil varsa — onu tökün.
Məsələn, su filtrli Samsung SD9480 tozsoranında toz toplayıcı konteyner belə görünür:
Şlanq, boru, ya da fırça tıxanıb
Büzməli şlanq, teleskopik boru və ya fırçanın tıxanıb-tıxanmadığını yoxlayın. Əgər onlarda zibil tıxanıbsa — onu çıxarın. Fırça və şlanqı güclü axar suyun altında yumaq və yaxşıca qurutmaq olar.
- Əgər təmizləmədən sonra sorma gücü artdısa, deməli, tozsoranla hər şey qaydasındadır, ondan istifadəyə davam edin.
- Əgər şlanqda, boruda, ya da fırçada zibil yox idisə və ya sorma gücü artmadısa, növbəti tövsiyəni yoxlayın.
Filtrlər tıxanıb
Tozsoranda iki filtr var: motorun önündə (elektrin mühərrikinin qabağında quraşdırılır) və buraxılış (elektrik mühərrikindən sonra quraşdırılır). Əgər onlardan hansısa tıxanıbsa, sorma gücü düşür.
Müxtəlif modellərdə filtrlər fərqli görünür və fərqli yerlərdə yerləşir. Onlar haqqında təfərrüatlı məlumat istifadəçi təlimatında verilib.
Məsələn, Samsung SD9480 tozsoranının motorunun önündəki filtr belə görünür:
Məsələn, Samsung SD9480 tozsoranını buraxılış filtri belə görünür:
Diqqət yetirin: heç bir halda filtrsiz tozsoranlamayın!
Filtrlərin vəziyyətini yoxlamaq üçün:
Əgər filtr quraşdırıldıqdan sonra sorma gücü dəyişmədisə, deməli, tozsoranla hər şey qaydasındadır, ondan istifadəyə davam edin.
Əgər filtri quraşdırdıqdan sonra sorma gücü endisə, deməli, filtr yararsız hala gəlib. Yeni filtr əldə edin.
- Əgər filtrlərsiz sorma gücü artdısa, hər iki filtri təmizləyin və onları yenidən quraşdırın. Sorma gücünü bir daha yoxlayın.
- Əgər filtrlərin quraşdırılmasından sonra sorma gücü dəyişmədisə, deməli, tozsoranla hər şey qaydasındadır, ondan istifadəyə davam edin.
- Əgər filtrləri quraşdırdıqdan sonra sorma gücü endisə, deməli, filtrlər yararsız hala gəlib. Yeni filtrlər əldə edin.
Tozsoranın nasazlığı
Əgər hər iki filtrsiz sorma gücü artmadısa, deməli, tozsoran xarab olub. Ev şəraitində və xüsusi biliklər olmadan nasazlığı müəyyən etmək qeyri-mümkündür, ona görə servis mərkəzinin müdaxiləsi tələb olunur.
Yeni filtrləri haradan almalı
Yeni filtrlər Samsung-un rəsmi servis mərkəzlərində və məişət texnikası mağazalarında satılır.
Tozsoranın təlimatını tapa bilmirəm və ondan başım çıxmır
İstənilən rahat üsulla Samsung dəstək xidmətinə müraciət edin. Biz sizə kömək etmək üçün əlimizdən gələni edəcəyik.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.