Samsung Galaxy-də sensorlu ekran düzgün işləmirsə, nə etməli

Son yeniləmə tarixi : 04-09-2024

Əgər Galaxy smartfonunuzun ekranı kifayət qədər həssas deyilsə, ya da dayanaraq reaksiya verirsə, aşağıda göstərilən təlimatı oxuyun.

Неисправность сенсорного экрана.

Aşağıda göstərilən tövsiyələrin icrasına başlamazdan öncə cihazınızın proqram təminatının və onunla əlaqəli tətbiqlərin son versiyaya qədər yeniləndiyindən əmin olun. Mobil cihazınızın proqram təminatını yeniləmək üçün aşağıdakı hərəkətləri icra edin: 

1 "Tənzimləmələr"ə keçin, sonra isə "Proqram təminatının yenilənməsi"ni seçin.
2 "Yükləmək və quraşdırmaq" düyməsinə basın.
3 Ekranda göstərilən təlimatlara əməl edin.

Galaxy telefonunuzda elə bir funksiya var ki, ekranda qoruyucu təbəqə olduqda istifadə edərkən ekranın həssaslığını yüksəldir. Əgər qoruyucu təbəqədən istifadə etdikdən sonra ekranın toxunuşlara həssaslığının azaldığını hiss etsəniz, toxunmağa həssaslıq funksiyasını yandırmaq üçün aşağıdakı hərəkətləri icra edin.

1 "Tənzimləmələr"ə keçin, sonra isə "Ekran"ı seçin.
2 "Toxunuşa həssaslıq" düyməsinə basın. Ani yaxşılaşma hiss edəcəksiniz.

Qeyd:

Əgər ekran cavab vermirsə və ya ekran çatladısa, ola bilsin, cihazı təmir etdirmək lazım gələcək. Cihazın diaqnostikası üçün səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Samsung ekranı üçün qoruyucu təbəqələr

Əgər siz sensorlu ekrana qoruyucu təbəqə kimi assesuarlar yapışdırmısınızsa, sensorlu ekran düzgün işləməyə bilər. Kiçik yapışqanlar, məsələn qoruyucu etiketlər də toxunuşa həssaslığa təsir edə bilər. Samsung tərəfindən təsdiqlənməyən bəzi qoruyucu şüşələrin və təbəqələrin yalnız çərçivə kənarlarında yapışqan var və bu halda onlar ekrana tam şəkildə yapışmaya bilər.

Bu səbəbdən sensorlu ekranın bəzi sahələri toxunuşu hiss etməyə və dayanaraq reaksiya verə bilər. Yapışdırılmış elementi çıxardıqdan sonra sensor funksiyasını yenidən yoxlayın. 

Qeyd:

Samsung-un təsdiqlədiyi aksessuarlardan istifadə etmək tövsiyə olunur. Təsdiqlənməmiş aksessuarlardan istifadə cihazın işində problemlərə gətirib çıxara bilər. Elə indi Samsung mağazasından Samsung qoruyucu şüşəsi alın.

İki dəfə toxunma işləmir.

Əgər smartfonunuz yalnız iki barmaqla sürüşdürməyə və ya iki dəfə toxunuşla edilən jestlərə reaksiya verirsə, ola bilsin, TalkBack (ikitərəfli əlaqə) funksiyası yandırılıb. Onu söndürmək üçün aşağıdakı hərəkətləri icra edin:

1 "Tənzimləmələr"ə keçin, sonra isə "Xüsusi imkanlar"ı seçin.
2 "Talkback" (ikitərəfli əlaqə) düyməsinə basın.
3 "Talckback"i (ikitərəfli əlaqə) söndürün.
  • Əlləriniz çirklidirsə, sensorlu ekrandan istifadə etməyin.
  • İti predmetlərdən istifadə etməyin.
  • Sensorlu ekran nəm şəraitdə və ya üzərinə su düşəndə düzgün işləməyə bilər. Təkrar cəhd etməzdən əvvəl onun üzərinin nəm qalmadığından əmin olmaq üçün ekranı silin.
  • Açar, qəpik və ya saat kimi maqnitli predmetlərlə təmasdan çəkinin.

Əgər əvvəlki kimi sensorlu ekranla problem yaşayırsınızsa,  Samsung dəstək xidmətinə müraciət edin. Ola bilsin, cihazınızda daxili xəta baş verib.

Şərhiniz üçün təşəkkür edirik!