Samsung Galaxy cihazınızda S25 Ekran kilidi üçün Qısa komponentlər

Son yeniləmə tarixi : 24-01-2025

Qısa komponentlər Kilid ekranınıza əlavə edə biləcəyiniz komponentlərdir. Komponenet üslubunu seçməklə kilid ekranınızı fərdiləşdirə və məlumatları asanlıqla görə, tətbiqlərə tez bir zamanda daxil ola bilərsiniz. Cihazınızda komponentlərin necə qurulacağını öyrənmək üçün bu təlimata baxın.

Kilid ekranında Qısa komponentləri fərdiləşdirən bir şəxs.

Qeydlər:

  • Kilid ekranı komponentlərinə daxil olan özəlliklər Qısa komponenetlərdə birləşdirilib və FaceWidget özəlliyi ilə sadələşdirilib.
  • Kilid ekranına əlavə edilən bəzi tətbiqlər özəlliklərini fərqli şəkildə istifadə edə bilər.
  • Qısa komponent özəlliyini dəstəkləyən tətbiqlər zamanla dəyişə bilər, çünki onlar əlavə edilə, silinə və ya yenilənə bilər.

Hər bir Qısa komponentlər özəlliyini dəstəkləyən tətbiqdə seçə biləcəyiniz bir neçə üslub seçimi mövcuddur. Bu, məlumatların kilid ekranınızda necə göstəriləcəyini fərdiləşdirməyə imkan verir.

Parametrlər əsas ekranı. Parametrlər əsas ekranı.

Addım 1. Parametrlər-i açın > Divar kağızı və üslub-un üzərinə klikləyin.

Divar kağızı və üslub parametr ekranı. Divar kağızı və üslub parametr ekranı.

Addım 2. Cari kilid ekranını seçin.

Kilid ekranı parametrləri ekranı Kilid ekranı parametrləri ekranı

Addım 3. Vidjetlər əlavə et-in üzərinə klikləyin.

Qeyd: Siz, həmçinin Kilid ekranı parametrləri-ni açmaq üçün kilid ekranını basıb saxlaya bilərsiniz.

Qısa komponent seçimləri. Qısa komponent seçimləri.

Addım 4. Üslub seçimlərinə baxmaq üçün istədiyiniz Qısa komponent-in üzərinə kilkləyin.

Batareya komponentinin üslub seçimləri. Batareya komponentinin üslub seçimləri.

Addım 5. Üstünlük verilən komponent stili-ni seçin.

* Komponenti silmək üçün minus simgəsi-nin üzərinə klikləyin.

Kilid ekranı parametrləri ekranı Kilid ekranı parametrləri ekranı

Addım 6. Dəyişiklikləri kilid ekranınıza tətbiq etmək üçün Hazırdır-ın üzərinə klikləyin.

Qeyd: Vidjetin ikonu proqram təminatının versiyasından asılı olaraq fərqli görünə bilər.

Şərhiniz üçün təşəkkür edirik!