Samsung Galaxy smartfonunda və ya planşetində necə skrinşot etmək olar

Son yeniləmə tarixi : 17-12-2024

Samsung cihazlarında bir neçə üsulla ekranın şəklini çəkmək olar: 

  • cihazdakı düymələr vasitəsilə — bu, bütün Samsung Galaxy modelləri üçün universal metoddur
  • ovucunuzla, S Pen qələmi ilə və ya köməkçi menyu vasitəsilə — bu üsulların mövcudluğu sizin Samsung Galaxy modelindən asılıdır.

Aşağıda Samsung Galaxy-də skrinşotun necə edilməli olduğu ilə bağlı üsullar qeyd olunur.

Ekran şəklinin yaradılması üçün universal üsullar

«Əsas səhifə» mexaniki düyməsi olmayan cihaz üçün üsul.

Bu üsul Əsas səhifə (aşağı hissədə ortada) mexaniki düyməsi olmayan Samsung smartfonları və planşetləri üçün keçərlidir.

Skrinşot etmək üçün eyni zamanda Səsazaltma və İşəsalma düymələrini basın. Bəzi modellərdə bu düymələri sadəcə eyni zamanda basmaq deyil, həmçinin, bir- iki saniyə basılı saxlamaq lazımdır.

Səsazaltma və İşəsalma düymələrini basın

«Əsas səhifə» mexaniki düyməsi olan cihaz üçün üsul.

Bu üsul Əsas səhifə (aşağı hissədə ortada) mexaniki düyməsi olan Samsung smartfonları və planşetləri üçün keçərlidir.

Skrinşot etmək üçün eyni zamanda Əsas səhifə İşəsalma düymələrini basın və bir-iki saniyə basılı saxlayın.

Əsas səhifə və İşəsalma düymələrini basın

Ekran şəklinin yaradılması üçün əlavə üsullar

Burada skrinşot etmək üçün əlavə üsullar təsvir olunur. Lakin onların istifadəsinin mümkünlüyü cihazınızın modelindən asılıdır. Bəzi funksiyalar mövcud olmaya da bilər. Bütün imkanlar haqqında məlumat əldə etmək üçün ox vasitəsilə təlimatları açın. 

Qeyd olunan ilk iki üsuldan başqa, skrinşotu ovucunuzla da edə bilərsiniz, lakin bu funksiya bütün cihazlarda mövcud deyil. Daha ətraflı məlumat üçün aşağıdakı linkdə yerləşdirilən məqaləyə bax.

Köməkçi menyu smartfonun ekranında bütün pəncərələrin üstündə əks olunan dairəvi düymədir. Bu menyudan aparat düymələrinin və jestlərinin alternativi kimi istifadə etmək olar. Onun köməyi ilə skrinşot etmək olar. Köməkçi menyunun necə aktiv edilməli olduğunu öyrənmək üçün «Samsung Galaxy-də köməkçi menyunu necə aktiv və deaktiv etmək olar»

Param-lər > Xüsusi imkanlar > Əlaqə və cəldlik > Kömekçi menyu.

Köməkçi menyu işarəsi Köməkçi menyu işarəsi

1. Köməkçi menyunu açmaq üçün onun üzərinə basın.

Bir menyudan digərinə keçid oxu Bir menyudan digərinə keçid oxu

2. Skrinşot opsiyası mövcud deyilsə, oxun köməyi ilə menyunun növbəti səhifəsinə keçin.

Köməkçi menyuda skrinşot işarəsi Köməkçi menyuda skrinşot işarəsi

3. Ekranın şəklini çəkmək üçün menyuda Qısayollar işarəsini tapın və onun üzərinə basın.

S Pen qələmi vasitəsilə skrinşotu iki üsulla etmək mümkündür: 

  • Kontekst komandalarının köməyi ilə
  • Kontekst hərəkətlərinin köməyi ilə

Qeyd: 

Funksiya kontekst hərəkətləri dəstəkləyən cihazlarda işləyir. Bu tənzimləmənin mövcudluğunu yoxlamaq və onu aktiv etmək üçün aşağıdakı məqalədən istifadə edin: «S Pen-i Samsung Galaxy smartfonuna necə qoşmaq olar»

Kontekst komandalarının köməyi ilə necə skrinşot etmək olar

Kontekst komandalar işarəsi Kontekst komandalar işarəsi

1. S Pen-i telefondakı qələm slotundan çıxarın və ya S Pen Pro/ S Pen Fold Edition qoşun. Ekranda qələmli işarə çıxacaq. Bu, kontekst komandalarıdır. Bu işarəni vurun

Ekrana yazısı seçin Ekrana yazısı seçin

2. Skrinşot etmək üçün kontekst komandaları menyusunda Ekrana yazısı bölməsini seçin.

Çərçivənin küncündən tutub dartın Çərçivənin küncündən tutub dartın

3. Şəklin hüdudlarını tənzimləmək üçün çərçivənin küncündən tutub dartın.

İşarənin köməyi ilə ekranın şəklini çəkin İşarənin köməyi ilə ekranın şəklini çəkin

4. İşarənin köməyi ilə ekranın şəklini çəkin. Hazırdır!

Hava hərəkəti köməyi ilə necə skrinşot etmək olar

Param-lər > Qabaqcıl funksiyalar Param-lər > Qabaqcıl funksiyalar

1. Param-lər açın və Qabaqcıl funksiyalar.

S Pen S Pen

2. S Pen əlavəsinə keçin.

Hava hərəkətləri Hava hərəkətləri

Шаг 3. Hava hərəkətləri bölməsini açın.

Qələm düyməsini basın saxlayın Qələm düyməsini basın saxlayın

4. Funksiyanın aktiv olduğundan əmin olun və Qələm düyməsini basın saxlayın bölməsini seçin.

Ekrana yazısı Ekrana yazısı

5. Ekrana yazısı işarəsini tapın və onun üzərinə basın.

İndi S Pen qələmindəki düyməni basıb saxladıqda, skrinşot etmək olar.

Cihazınızda Kənar panellər tənzimləməsi mövcuddursa, onun köməyi ilə də skrinşot etmək mümkündür.

Qeyd: 

Təəssüflər olsun ki, Kənar panellər bütün cihaz modellərində dəstəklənmir. Bu funksiyanın sizin cihaz modelinizdə istifadəsinin mümkün olduğundan əmin olmaq üçün aşağıdakı addımları yerinə yetirin.

Param-lər > Displey Param-lər > Displey

1. Param-lər açın və Displey əlavəsinə keçin.

Kənar panellər Kənar panellər

2. Kənar panellərƏyri ekran bölməsini seçin.

Panellər Panellər

3. Yan panel funksiyasının aktiv olduğundan əmin olun, sonra isə, Panellər bölməsini açın.

Ağıllı seçim Ağıllı seçim

4. Ağıllı seçim seçin.

Kənar panellərdə ekran şəklini necə çəkmək olar

Kənar panellər açın Kənar panellər açın

1. Markeri tutub sola çəkərək, Kənar panellər açın.

Ekran şəklinin formasını seçin Ekran şəklinin formasını seçin

2. Standart skrinşot etmək istəyirsinizsə, paneldə Düzbucaqlını seçin. Yaxud, dairəvi skrinşot etmək üçün Ovalı seçin.

Gələcək skrinşotun ölçüləri və hüdudları Gələcək skrinşotun ölçüləri və hüdudları

3. Şəklin hüdudlarını tənzimləmək üçün çərçivənin küncündən tutub dartın.

Hazır düyməsinə basın. Hazır düyməsinə basın.

Шаг 4. Skrinşotun ölçüsünü müəyyən etdikdən sonra, Hazır düyməsinə basın.

Şəkli yaddaşda saxlayın Şəkli yaddaşda saxlayın

5. İşarənin köməyi ilə ekranın şəklini çəkin. Hazırdır!

Ekran şəklinin çəkildiyini necə bilmək olar

Skirnşot hazır olduqdan sonra ekranın yuxarı sol küncündə xüsusi işarə çıxacaq — Ekran görüntüsü nişanı

Ekranın yuxarı sol küncündə xüsusi işarə çıxacaq

Ekran şəklini haradan tapmaq olar

Çəkdiyiniz skrinşotlara Qalereya və ya Mənim fayllarım tətbiqində baxa bilərsiniz. Onları Pictures/Screenshots və ya Pictures/ScreenCapture qovluğunda da tapa bilərsiniz.

Ekran şəklini necə paylaşmaq olar

Skrinşot hazır olduqdan sonra, onu ilkin baxış rejimində  və ya «Qalereya» tətbiqində menyu vasitəsilə paylaşa bilərsiniz..

Qalereya > Qısayollar Qalereya > Qısayollar

1. Qalereya tətbiqini açın və Qısayollar albomunu seçin.

Paylaş Paylaş

2. Paylaşmaq istədiyiniz skrinşotu tapın və Paylaş düyməsinə basın.

Göndəriş üsulu Göndəriş üsulu

3. Çıxan menyuda göndəriş üsulunu və ya skrinşotu göndərmək istədiyiniz tətbiqi seçin.

Heç bir üsul işə yaramadığı halda nə etmək lazımdır

Skrinşot edə bilmədinizsə, bir daha cəhd göstərin. Unutmayın: düymələri eyni zamanda basmaq lazımdır. İlk dəfədir skrinşot edirsinizsə, ola bilsin ki, yalnız üçüncü və ya dördüncü dəfədən bunu edə biləsiniz.

Heç bir üsul işə yaramadığı halda, ola bilər ki:

  • Smartfonu və ya planşeti başqa istehsalçı istehsal edib, buna görə cihazın əməliyyat sistemi fərqlidir. Skrinşotun necə edildiyini öyrənmək üçün cihazınızın istehsalçısına müraciət edin;
  • Smartfonda və ya planşetdə orijinal olmayan mikroproqram quraşdırılıb. Skrinşot etmək üçün mikroproqramın dəyişdirilməsi üçün Samsung servis mərkəzinə müraciət edin.
  • Bu cihaz saxtadır. Saxta cihazlarda orijinal cihazların bir çox funksiyası işləmir.

Şərhiniz üçün təşəkkür edirik!