Samsung Galaxy-də verilənlər necə sıfırlanır (hard reset, factory reset)

Son yeniləmə tarixi : 22-10-2024

Verilənlərin sıfırlanması nə üçün lazımdır

Cihazdakı verilənlərin sıfırlanması (tənzimləmələrin sıfırlanması, hard reset, factory reset) smartfondan və ya planşetdən bütün verilənlərin: kontaktların, ismarışların, endirilmiş tətbiqlərin, fotoşəkillərin, musiqinin, poçt tənzimləmələrinin, zəngli saatların və s. 

Cihaz istifadə olunarkən, əməliyyat sistemində xətalar yığılıb qalır və onun normal işinə maneçilik törədir, habelə, enerji sərfiyyatını artırır. Verilənlər sıfırlandıqda, əməliyyat sisteminin tənzimləmələri sıfırlanır, proqram xətaları və nasazlıqları silinir. Cihazın normal şəkildə işləməsi üçün yarım ildən bir, habelə, mikroproqram yeniləndikdən sonra, verilənləri sıfırlayın.

Cihazın normal şəkildə işləməsi üçün yarım ildən bir, habelə, mikroproqram yeniləndikdən sonra, verilənləri sıfırlayın.

Adətən, verilənlərin sıfırlanması aşağıdakı hallarda həyata keçirilir:

  • Cihaz başqa şəxsə satılmazdan və ya verilməzdən öncə;
  • Cihazda başqa üsullarla aradan qaldırılması mümkün olmayan hər hansı bir problem yarandığı halda;
  • Cihazın proqram təminatı (mikroproqramı) yeniləndikdən sonra.

Verilənləri sıfırlamazdan öncə nə etmək lazımdır

Əhəmiyyətli məlumatları cihazdan köçürün.

Sıfırlama zamanı cihazın yaddaşı təmizlənəcək və bütün verilənlər silinəcək. Hər hansı əhəmiyyətli verilənləriniz varsa, onların surətini yaradın.

Cihazdan Google hesabını silin.

Bunu etmədiyiniz halda, sıfırlamadan sonra cihazı işə saldığınız zaman sıfırlamadan öncə cihazda mövcud olan hesab tələb olunacaq. Həmin hesabın verilənləri daxil edilmədən, cihazı işə sala bilməyəcəksiniz.

Verilənlərin sıfırlanması üçün birinci üsul — menyudan

addım Tənzimləmələri açın addım Tənzimləmələri açın

1-ci addım Tənzimləmələri açın. addım Ümumi tənzimləmələr bəndini seçin. Belə bənd yoxdursa, növbəti addıma keçin.

addım Sıfırlama bəndini seçin. addım Sıfırlama bəndini seçin.

2-ci addım Sıfırlama bəndini seçin. Bu bəndin adı başqa cür də ola bilər: Arxivləşdirmə və sıfırlama, Arxivyaratma və sıfırlama və ya Məxfilik.

Выберите пункт «Сброс» Выберите пункт «Сброс»

3-ci addım Verilənlərin sıfırlanması bəndini seçin. Bəndin adı Cihazın sıfırlanması da ola bilər.

addım Sıfırla bəndini addım Sıfırla bəndini

4-ci addım Sıfırla bəndini (Cihazın sıfırlanması və ya Hər şeyi sil variantları da mümkündür) seçin.

Verilənlərin sıfırlanması üçün ikinci üsul — Recovery menyusundan düymələrin köməyi ilə

Qeyd:

  • Bu üsul, smartfon və ya planşet açılmadığı və ya ekran kilidə düşdüyü halda tətbiq olunur. 
  • Android 11-dən başlayaraq və daha yuxarı versiyalarda verilənlər sıfırlanmazdan öncə telefon USB kabeli vasitəsilə kompüterə və ya digər cihaza (məsələn, oyun konsoluna, televizora və ya avtomobilə) qoşulmalıdır. 
1 Mobil cihazı söndürün.
Cihaz kilidə düşübsə, onu aşağıdakı düymələrin köməyi ilə söndürüb- işə salın: eyni zamanda İşəsalma və Səsazaltma düymələrini 10 saniyəyə qədər müddət ərzində basıb saxlayın. Telefon yanan kimi, əməliyyat sistemi yüklənməyə başlamazdan öncə, növbəti addıma keçin.
2 Aşağıdakı düymələri eyni zamanda basıb saxlayın:
  • «Ana səhifə» düyməniz varsa (aşağıda mərkəzdə) — İşəsalma + Ana səhifə + Səsartırma.
  • «Bixby» düyməniz varsa (işəsalma düyməsinin əks tərəfindən) — İşəsalma + Səsartırma + Bixby.
  • «Ana səhifə»«Bixby» düymələriniz yoxdursa — İşəsalma + Səsartırma.
Düymələri basıb saxlayın
3 Ekranda Samsung Galaxy yazısı gəldiyi zaman İşəsalma düyməsini buraxın... Qalan düymələri Recovery menyusu çıxana qədər basılı saxlamaq lazımdır (təxminən 10 saniyə ərzində). Recovery xüsusi cihaz işəsalma menyusudur, mətn menyusu şəklindədir.
  • «No command» yazısı və nida işarəsi ilə üçbucaq çıxsa, 30-40 saniyə gözləyin.
  • Recovery menyusu çıxdığı halda, 1-3 addımlarını, düymələri daha uzun müddət ərzində basıb saxlamaqla, bir daha təkrarlayın.
"Güc" düyməsini buraxın
4 Wipe data/factory reset bəndini seçmək üçün səsazaltma düyməsini basın.
Verilənləri sıfırlamaq fikrinizdən daşındığınız və Recovery menyusundan çıxmaq istədiyiniz halda, telefonu söndürüb- işə salmaq üçün Reboot system now bəndini seçin.
"Data sil/factory reset"seçin
5 Seçilmiş bəndi təsdiqləmək üçün İşəsalma düyməsinə basın.
"Güc" düyməsini basın
6 «Tənzimləmələri sıfırla» və ya «Yes — Delete all user data» bəndini seçmək üçün Səsazaltma düyməsinə basın.
"Yes" seçin
7 Ekranda təsdiqlə bağlı sorğu çıxdığı halda, «Yes»-i seçin və bütün verilənlərin cihazdan silinməsini təsdiqləmək üçün İşəsalma düyməsinə basın.
"Güc" düyməsini basın
8 Verilənlər silindikdən sonra əsas menyu çıxacaq. Reboot system now bəndini seçmək üçün İşəsalma düyməsinə basın.
"Sistemi indi yenidən başladın" seçin
9 Cihaz sönüb- işə düşəcək.
Cihaz yenidən başlayacaq

Verilənlər sıfırlandıqdan sonra cihaz işə düşmür və Google hesabı tələb olunursa

Sıfırlamadan sonra cihaz işə düşmürsə (donursa)

Verilənlər sıfırlandıqdan sonra telefonun açılması müəyyən vaxt apara bilər. Bəzən bunun üçün bir saata yaxın vaxt tələb oluna bilər.

Telefon açılmadığı halda, Samsung servis mərkəzinə müraciət edin - mikroproqramın mühəndis metodu ilə təkrar yazılması tələb olunur.


Şərhiniz üçün təşəkkür edirik!