Kontaktları Samsung Galaxy-də, onları itirmədən, yaddaşda necə saxlamalı
Smartfon və ya planet sahiblərinin cavab tapa bilmədiyi ən çətin suallardan biri: cihaz oğurlandığı, sındığı və ya onu dəyişdirmək istəyi yarandığı halda, kontaktları necə itirməməli.
Biz kontaktları, bir daha bu barədə düşünmədən, necə yaddaşda saxlanmalı olduğu barədə təlimat hazırladıq. Bu təlimat Samsung Galaxy smartfonları və planşetləri üçün yararlıdır.
Mündəricat
- Google hesabı ilə qeydiyyatdan keçin və ya Google hesabınıza daxil olun
- Mövcud kontaktları Google hesabına keçirin
- Yeni kontaktların Google-da yaddaşda saxlanmasını tənzimləyin
- Kontaktların Google hesabında yaddaşda saxlanıb-saxlanmadığını yoxlayın
- Kontaktları yeni bir Android smartfonuna necə köçürmək olar
- Kontaktları saxlamağın digər yolları
Kontaktları Samsung Galaxy-də, onları itirmədən, yaddaşda necə saxlamalı – surdotərcüməli video.
Google hesabı ilə qeydiyyatdan keçin və ya Google hesabınıza daxil olun
Sizin Google hesabınız yoxdursa, bir hesab qeydiyyatdan keçirin. Artıq hesabınız varsa, istifadəçi adını və parolu bilirsinizsə, cihazınızdan hesabınıza daxil olun.
Mövcud kontaktları Google hesabına keçirin
Yeni kontaktların Google-da yaddaşda saxlanmasını tənzimləyin.
Aşağıda siz müxtəlif Android versiyaları üçün təlimatlar tapa bilərsiniz
Cihazınız Android 12, 11-dirsə, bura klikləyin
1-ci addım. Kontaktlar tətbiqini açın. Bu Telefon deyil, Kontaktlardır.
2-ci addım. Kontakt yarat düyməsinə basın (+ işarəsi).
3-ci addım. Yuxarıda Kontaktın saxlanacağı yer qeyd olunacaq. Bunun üzərinə klikləyin və Google hesabınızı seçin.
4-ci addım. Məlumatları doldurun, Yaddaşda saxla düyməsinə basın.
Hazırdır. İndi bütün yeni kontaktlar Google hesabınızda saxlanacaq.
Cihazınız Android 11 (bəzi modellər), 10, 9-dursa, bura klikləyin
1-ci addım. Kontaktlar tətbiqini açın. Bu Telefon deyil, Kontaktlardır.
2-ci addım. Menyuya basın (☰ işarəsi).
3-ci addım. "Kontaktların idarə edilməsi" maddəsini seçin.
4-ci addım. Standart yaddaş və ya Saxlanc yeri bəndini seçin (Standart saxlanc yeri variantı da mümkündür.
5-ci addım. Hesabınızı seçin.
Hazırdır. İndi bütün yeni kontaktlar Google hesabınızda saxlanacaq.
Cihazda Android 8 və ya 7 quraşdırılıbsa
1-ci addım. Kontaktlar tətbiqini açın. Bu Telefon deyil, Kontaktlardır.
2-ci addım. Opsiyalara basın (⋮ işarəsi).
3-ci addım. "Kontaktların idarə edilməsi" maddəsini seçin.
4-ci addım. Standart saxlanc yeri bəndini seçin.
5-ci addım. Hesabınızı seçin
Hazırdır. İndi bütün yeni kontaktlar Google hesabınızda saxlanacaq.
Cihazınızda Android 6, 5 və ya 4 quraşdırılıbsa
1-ci addım. Kontaktlar tətbiqini açın. Bu Telefon deyil, Kontaktlardır.
2-ci addım. Kontakt yarat düyməsinə basın.
3-ci addım. Kontaktın yaddaşda saxlanacağı yer kimi hesabınızı seçin. İndi hər hansı bir Kontakt yaradın və onu yadda saxlayın.
Hazırdır. İndi bütün yeni kontaktlar Google hesabınızda saxlanacaq.
Kontaktların Google hesabında yaddaşda saxlanıb-saxlanmadığını yoxlayın
Kontaktları yeni bir Android smartfonuna necə köçürmək olar
Sadəcə yeni smartfonunuzda hesabınıza daxil olun. Bütün kontaktlar avtomatik endiriləcək.
Mövzu üzrə:
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.