Androiddə tətbiqləri düzgün silmək üçün nə etmək lazımdır. Tətbiqləri necə deaktiv etmək olar

Son yeniləmə tarixi : 26-06-2024

Smartfonlarda quraşdırılmış tətbiqlərin əksəriyyəti, siz onlardan istifadə etməsəniz belə, işləyir. Tətbiqlərin sayı nə qədər çoxdursa, prosessor bir o qədər çox yüklənmiş olur. Buna görə cihazın enerjisi daha tez azalır və cihaz daha ləng işləyir. İstifadə olunmayan tətbiqlərin cihazın resurslarını boş yerə sərf etməməsi üçün onları silin və ya deaktiv edin.

Aşağıda siz Samsung Galaxy-də tətbiqlərin necə düzgün silinməli və ya deaktiv edilməli olduğuna dair təlimatla tanış ola bilərsiniz.

Tətbiqin smartfondan silinməsi

Cihazdan tətbiqi silmək üçün nə etmək lazımdır

Tətbiqi silməyin iki üsulu var: tətbiq işarəsinin köməyi ilə və smartfonun tənzimləmələrindən.

Tətbiqin öz işarəsinin köməyi ilə silinməsi ən sürətli və ən sadə üsuldur. 

Tətbiqin işarəsinə basıb saxlayın Tətbiqin işarəsinə basıb saxlayın

1. Silmək istədiyiniz tətbiqin işarəsinin üzərinə basıb saxlayın.

«Poz» düyməsinə basın «Poz» düyməsinə basın

2. Çıxan menyuda Poz düyməsinə basın.

«ОК» düyməsinə basın «ОК» düyməsinə basın

3. Silinməni təsdiqləyin — OK düyməsinə basın.

Qeyd: 

İş masasında tətbiqi seçərkən, menyuda iki oxşar düymə olacaq: SilPoz. Sil düyməsinə basdığınız zaman tətbiq cihazdan silinməyəcək, lakin onun işarəsi əsas ekrandan itəcək. Tətbiqlər ekranında işarə qalacaq və iz tətbiqi işə sala biləcəksiniz.

Bütün tətbiqlərin əks olunduğu ekranda işarəyə basdığınız zaman menyuda yalnız Poz düyməsi çıxacaq.

Bəzi tətbiqlər tətbiq verilənlərinin smartfonda yaddaşda saxlanmasını təklif edə bilər. 

  • Tətbiqi təkrar quraşdırmaq istəyirsinizsə, müvafiq yerdə quş işarəsi qoyun, sonra isə, OK düyməsinə basın və tətbiqi silin. Verilənlər smartfonun yaddaşında saxlanacaq və tətbiq təkrar quraşdırıldıqdan sonra həmin verilənlərə keçid əldə edə biləcəksiniz.
  • Tətbiqi tamamilə silmək istəyirsinizsə və ondan istifadə etməyi planlaşdırmırsınızsa, heç bir yerdə quş qoymadan, OK düyməsinə basa bilərsiniz.
Verilənləri saxlamaqla, tətbiqin silinməsi

Tətbiqi silmək üçün ikinci üsul — tətbiqin tənzimləmələr menyusundan silinməsidir.

Parametrleri > Proqramlar bölməsini açın Parametrleri > Proqramlar bölməsini açın

1. Parametrleri açın və Proqramlar bəndini seçin.

Lazımsız proqram seçin Lazımsız proqram seçin

2. Silmək istədiyiniz proqram tapın və onun üzərinə basın.

Yaddaş yeri bölməsini açın Yaddaş yeri bölməsini açın

3. Yaddaş yeri bəndini seçin.

Məlumatlari sil düyməsinə basın Məlumatlari sil düyməsinə basın

4. Məlumatlari sil düyməsinə basın.

Sil düyməsinə basın Sil düyməsinə basın

5. Sil düyməsinə basın.

Geri qayıtmaq üçün ox işarəsinə basın Geri qayıtmaq üçün ox işarəsinə basın

6. Ox işarəsinin köməyi ilə geri qayıdın.

Quraşdırmanı ləğv et düyməsinə basın Quraşdırmanı ləğv et düyməsinə basın

7. Quraşdırmanı ləğv et düyməsinə basın.

OK düyməsinə basın OK düyməsinə basın

8. OK düyməsinə basın.

Tənzimləmələrdə Quraşdırmanı ləğv et düyməsi yoxdursa, bu, sistem tətbiqi və ya əvvəlcədən quraşdırılmış tətbiqdir. 

Sistem tətbiqini və ya əvvəlcədən quraşdırılmış tətbiqi silmək üçün nə etmək lazımdır

Satınaldığınız andan etibarən smartfondan istifadə edə bilməyiniz üçün əvvəlcədən quraşdırılmış tətbiqlər mövcuddur:

  • Samsung ekosistemi tətbiqləri,
  • Android əməliyyat sisteminin tətbiqləri (Google),
  • regional qanunvericilik tələblərinə uyğun olaraq quraşdırılmış tətbiqlər.

Samsung və Google tətbiqləri smartfonun əsas funksiyalarının istifadəsi və onun gələcəkdə tənzimlənməsi (akkauntlarda avtorizasiyası və tətbiqlərin endirilməsi) üçün lazımdır. Məsələn, siz zənglərin edilməsi üçün Galaxy Store-dan və ya Google Play-dən istənilən tətbiqi quraşdıra bilərsiniz, lakin «Telefon» tətbiqini silmək mümkün deyil.

Həmçinin, smartfonun satıldığı regiondan asılı olaraq, onda əlavə tətbiqlər quraşdırılmış ola bilər.

Təəssüflər olsun ki, əvvəlcədən quraşdırılmış bəzi tətbiqləri silmək mümkün deyil, lakin siz onları deaktiv edə bilərsiniz. Deaktiv edildikdə, tətbiq silinmir, bir növ "yuxuya gedir" və, siz onu aktiv etmədikcə, işə düşmür. Tətbiqlərin bu cür deaktiv edilməsi batareyanın enerjisinə, cihazın yaddaşında yerə və internet trafikinə qənaət edir.

Tətbiqi silmək və ya deaktiv etmək mümkün deyilsə, deməli həmin tətbiq cihazın normal işləməsi üçün lazımdır.

Şərhiniz üçün təşəkkür edirik!