Yad tətbiq Samsung Galaxy-də işləmirsə, nə etməli

Son yeniləmə tarixi : 31-01-2025

Smartfondakı tətbiqləri iki növə bölmək olar: 

  • Sistem ─ belə tətbiqlər smartfonun mikroproqramları ilə yenilənir və Samsung şirkətinin zavod üsulu ilə quraşdırılır.
  • Yad (yüklənmiş) ─ Samsung belə tətbiqlərin tərtibatçısı deyil. İstifadəçi onları müstəqil şəkildə Play Market və ya Galaxy Store-dan quraşdırır.

Təəssüf ki, biz yad tətbiqlərin işi üçün tam dəstək verə bilmirik. Amma siz yad tətbiqlərin tərtibatçılarına birbaşa müraciət edə bilərsiniz. Bu məqalədə bunu necə edəcəyinizi öyrənəcəksiniz. 

qız Samsung Galaxy smartfonundan istifadə edir

Yad tətbiqlərin tərtibatçılarına necə yazmalı

Samsung şirkəti yad tətbiqlərin tərtibatçısı olmadığından, əlavə məlumat almaq üçün tətbiqin tərtibatçısına müraciət etməyi tövsiyə edirik. Bir qayda olaraq, tətbiqlərin bütün funksiyaları haqqında tam informasiyaya malik olan ayrıca dəstək xidməti olur və o, sizin probleminizə keyfiyyətli və düzgün həll yolu təqdim edə bilər.

Tərtibatçı ilə həm mobil cihaz, həm də web-versiya vasitəsilə əlaqə yaratmaq olar. Tərtibatçılara necə yazmaq haqqında öyrənmək üçün aşağıdakı təlimatlara əməl edin. 

• Mobil telefonla tərtibatçı ilə necə əlaqə saxlamalı?

Google Play Google Play

1. Google Play və ya Galaxy Store açın və sizə lazım olan tətbiqin adını axtarışa verin.

Tətbiqin işarəsinə basın. Tətbiqin işarəsinə basın.

2. Tətbiqin işarəsinə basın.

Tətbiqə dəstək Tətbiqə dəstək

3. Поддержка приложения və ya İcmalbölməsini açın.

Elektron poçt Elektron poçt

4. Burada tərtibatçının elektron poçtu göstəriləcək.

• Veb-sayt vasitəsilə tərtibatçı ilə necə əlaqə saxlamalı?

1 Google Play və ya Galaxy Store veb-saytını açın və sizə lazım olan tətbiqin adını axtarışa verin.
2 Tətbiqin işarəsinə basın.
3 Məlumatlar bölməsini açın və ya səhifəni Tərtibatçı başlığına qədər aşağı vərəqləyin.
4 Burada tərtibatçının elektron poçtu göstəriləcək.

Şərhiniz üçün təşəkkür edirik!