Samsung Galaxy smartfonunda zəng ekranının fonunu necə dəyişməli
Siz zəng ekranını istəyinizə uyğun tənzimləyə bilərsiniz:
- ekranın maketini dəyişmək,
- zəng ekranına öz şəklinizi qoymaq,
- fon əvəzinə animasiya ya da video yerləşdirmək.
Android 11 və daha yüksək əməliyyat sisteminə malik Samsung Galaxy smartfonlarında zəng ekranının fonunu tənzimləmək mümkündür.
Zəng edən məlumatların qurulması
Zəng edənin məlumatları bölməsində zəng edən abonent haqqında məlumatın necə əks olunacağını seçmək olar.
Zəng ekranının fonunun "Qalereya"dan olan şəkillə tənzimlənməsi
Susmaya görə şəkillərdən birini və ya qalereyadan hər hansı bir şəkli (fotoşəkil, gif-fayl, ya da video) fon qismində təyin etmək olar.
Əgər fon qismində video təyin etmək istəyirsinizsə:
- 15 saniyəyə qədər çəkən videonu təyin edə bilərsiniz.
- Əgər video 15 saniyədən çox çəkirsə, "Zəng fonu kimi təyin et" düyməsinə basmadan öncə lazımi hissəni seçə bilərsiniz.
- Videodakı səsi zəng qismində istifadə edə bilərsiniz. Bunun üçün "Video səsini zəng melodiyası et" sürüngəcini aktiv vəziyyətə gətirin.
Mövzu üzrə:
Zəng ekranının fonunun öz yaratdığınız emoji ilə tənzimlənməsi
Siz öz emojinizi yarada və onu zəng ekranının fonu qismində tənzimləyə bilərsiniz.
Qeyd:
Cihazların ekran şəkilləri və menyu bəndləri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.