Samsung Galaxy-də ekran rejimini necə dəyişməli və ekranın rəngini necə tənzimləməli
Smartfondan rahat istifadə etmək üçün istəyinizə uyğun olaraq ekran rejimini, rəng dərəcəsini və ağ rəng balansını tənzimləyə bilərsiniz.
Samsung Galaxy-də ekran rejimini necə dəyişməli
Ekran rejimini tənzimləməyə başlamazdan əvvəl uyğun təlimatı seçmək üçün cihazınızdakı Android versiyasına baxın.
Qeyd:
Bəzi tətbiqlər təyin olunmuş rejimdən asılı olmayaraq rənglərin əks olunması tənzimləmələrini dəyişə bilərlər.
Android 14-11 üçün:
Samsung Galaxy smartfonları aşağıdakı ekran rejimlərini dəstəkləyirlər:
- Dolğun rənglər — təzadlı və parlaq təsvirli rejim.
- Təbii rənglər — təbii, sönük rəngli rejim.
Android 10-8 üçün:
Samsung Galaxy smartfonları aşağıdakı ekran rejimlərini dəstəkləyirlər:
- Uyğunlaşan ekran — bu rejimdə cihaz təsviri təhlil edir və optimal rejimi özü seçir.
- AMOLED lent — daha təzadlı rəngləri olan rejim.
- AMOLED foto — daha təbii rəngləri olan rejim..
- Əsa — daha tünd rəngləri olan rejim.
Addım 1. Tənzimləmələri açın, sonra Ekran bölməsinə keçin.
Addım 2. Ekran rejimi düyməsinə basın.
Addım 3. Uyğun gələn ekran rejimini seçin.
Samsung-Galaxy-də ağ rəng balansını necə dəyişməli
Siz ekranın rəng dərəcəsini tənzimləyə bilərsiniz: ağ rəng üçün daha soyuq və ya daha isti çalar seçmək olar.
- Sürüngəci sola doğru hərəkət etdirdikcə (Soyuq rənglər) mavi rəng çaları artacaq.
- Sürüngəci sağa doğru hərəkət etdirdikcə (İsti rənglər) qırmızı rəng çaları artacaq.
Həmin tənzimləmə yalnız Dolğun rənglər və Uyğunlaşan ekran rejimlərində əlçatandır.
Samsung Galaxy-də ekranın çalarını necə tənzimləməli
Əgər sizə ekranda rənglərin daha dəqiq tənzimlənməsi lazımdırsa, ağ rəng balansını əlinizlə tənzimləyə bilərsiniz. Bunun üçün qırmızı, yaşıl və mavi rəngin dərəcəsini ayrı-ayrılıqda dəyişdirin.
Həmin tənzimləmə yalnız Dolğun rənglər rejimində əlçatandır.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.