Samsung Galaxy Watch-u şarj cihazı ilə və ya şarj cihazı olmadan necə şarj etmək olar
Galaxy Watch-unuzdan tam şəkildə yararlanmaq üçün onu düzgün şarj etdiyinizə əmin olun. İlk dəfə istifadə etməzdən əvvəl və ya uzun müddət istifadə edilmədikdə şarj edilməlidir. Yadda saxlamaq lazımdır ki, saatın batareya ömrü Wi-Fi bağlantısından, istifadə olunan tətbiqlərdən, zənglər və mesajların tezliyindən asılıdır. Aşağıda verilən məlumatlar saatınızı düzgün şarj etməyinizdə sizə kömək edə bilər.
Qeyd: Galaxy Watch-unuzun zədələnməsinin qarşısını almaq üçün yalnız Samsung tərəfindən təsdiqlənmiş şarj cihazlarından, batareyalardan, kabellərdən və şarj qurğularından istifadə etmək məsləhətdir.
Saatın arxa hissəsinin mərkəzini simsiz şarj cihazının mərkəzi ilə uyğunlaşdıraraq Watch-u simsiz şarj cihazının üzərinə qoyun.
Galaxy Watch-u uyğun simsiz enerji doldurma paneli və ya oxşar funksiyaya malik cihazla da şarj edə bilərsiniz.
Galaxy Watch innovativ Simsiz güc paylaşımı özəlliyi sayəsində Galaxy telefon ilə şarj edilə bilər.
Addım 3. Şarj başlayanda telefon bir dəfə titrəyəcək və saat ekranında şarj olunduğu göstəriləcək.
Addım 4. Yeterli güc saatınıza ötürüldükdən sonra cihazları ayırın və telefonun üzərindəki Simsiz güc paylaşımı özəlliyini deaktiv edin.
Simsiz Güc Paylaşımının necə istifadə olunacağı barədə daha ətraflı öyrənin.
Qeydlər:
- Sürətli panelə Simsiz güc paylaşımı simgəsini əlavə edə bilərsiniz: Qələm simgəsinin üzərinə klikləyin> Tam Redaktə et-in üzərinə klikləyin > Simsiz güc paylaşımı-nı seçin > Hazırdır-ın üzərinə klikləyin.
- Əgər cihazlar bağlantı qurmaqda çətinlik çəkirsə və ya saat yavaş şarj olunursa, cihazlardan hər hansı bir örtüyü və ya aksesuarı çıxarın.
- Şarj cihazı olaraq istifadə etdiyiniz telefonun ən azı 30% batareyası olduğundan əmin olun.
- Bəzi modellər bu özəlliyi dəstəkləməyə bilər.
Galaxy Watch-da Enerjiyə qənaət rejiminin aktivləşdirilməsi batareyaya qənaət etmək üçün aşağıdakı funksiyaları məhdudlaşdıracaq:
- Söndür: Yuxudan qalxma hərəkəti, Always On Display və Wi-Fi
- Limitlə: CPU performansı, arxa fon şəbəkəsi istifadəsi, məkan və sinxronizasiya
- Azalt: Parlaqlıq və ekran fasiləsi
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.