Samsung Galaxy-də SMS ismarışlar üçün istifadə olunan əsas SIM kartı necə seçmək olar
Bir çox Galaxy smartfonunda 2 SIM kart taxmaq imkanı var. Bu zaman siz həmişə ismarışların hansı SIM kartdan göndəriləcəyini seçə bilərsiniz. Galaxy smartfonunda SMS ismarışların göndərilməsi üçün istifadə olunan əsas SIM kartın necə seçilməli olduğu barədə aşağıda məlumat əldə edə bilərsiniz.
Siz kartı aşağıdakı qaydada seçə bilərsiniz:
- tənzimləmələrdə - burada susmaya görə SIM kart təyin edilir. Hər bir yeni ismarış avtomatik olaraq tənzimləmələrdə seçilmiş kartdan göndəriləcək.
- ismarışlarda - burada konkret ismarışın göndərilməsi üçün SIM kartı dəyişmək olar, tənzimləmələrdə başqa kart təyin edilsə belə.
SIM kart üçün "Həmişə soruş" parametrini təyin etmək mümkün olmayacaq - belə bir tənzimləmə mövcud deyil.
Susmaya görə istifadə olunan əsas kartı necə təyin etmək olar (tənzimləmələrdə)
İsmarışlar bəndinə basın və kartı seçin.
Burada siz, həmçinin, zənglər (Zənglər) və internetin istifadəsi (Mobil verilənlər) üçün istifadə olunan əsas kartı seçə bilərsiniz.
Lakin siz həmişə konkret ismarışın göndərilməsi üçün dialoq pəncərəsində tez başqa kartı seçə bilərsiniz. Bu barədə ətraflı məlumatı aşağıda əldə edə bilərsiniz.
İsmarışlarda başqa SIM karta necə keçmək olar
Yazışmanı davam edirsinizsə:
Yeni ismarış yaradırsınızsa:
İsmarışın hansı SIM karta gəldiyini necə öyrənmək olar
SMS ismarışın hansı SIM karta gəldiyinə ismarış mətninin yanında baxa bilərsiniz. Bu zaman yuxarıda SMS-in göndərilməsi üçün seçilmiş kart qeyd olunacaq.
İsmarışların gəldiyi kart göndəriş üçün seçilmiş kartla eynidirsə, işarə yalnız yuxarıdan əks olunur. İsmarışların yanında həmin işarə əks olunmur.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.