Samsung Galaxy smartfonu üçün proqram təminatı yeniləməsinin çıxıb- çıxmadığını necə yoxlamaq olar

Son yeniləmə tarixi : 08-05-2024

Proqram təminatının yenilənməsi mümkün zəiflikləri aradan qaldırır və smartfona yeni funksiyalar əlavə edir. Sizin Samsung Galaxy üçün proqram təminatı yeniləməsi mövcuddursa, onu quraşdırmağı tövsiyə edirik, bu zaman cihazınız daha yaxşı işləyəcək.

Qeyd:

Yeniləmədən sonra mikroproqramın köhnə versiyasına geri qayıtmaq mümkün deyil.

Telefonunuzda yeniləmənin mövcud olub- olmadığını yoxlamaq üçün, bu məqalədəki tövsiyələrdən istifadə edin.

Samsung Galaxy smartfonu üçün proqram təminatı yeniləməsinin çıxıb- çıxmadığını necə yoxlamaq olar

Proqram təminatı yeniləməsinin mövcud olub- olmadığını necə yoxlamaq olar

Bunun üçün aşağıdakı addımları yerinə yetirin:

Parametrleri açın və Proqram yeniləməsi bəndini seçin. Parametrleri açın və Proqram yeniləməsi bəndini seçin.

1. Parametrleri açın və Proqram yeniləməsi bəndini seçin.

Endir və quraşdır basın. Endir və quraşdır basın.

2. Endir və quraşdır basın.

Yeni proqram təminatı yoxdursa, "Proqram təminatı yenilənib" yazısı görünəcək Yeni proqram təminatı yoxdursa, "Proqram təminatı yenilənib" yazısı görünəcək

3. Ekranda yeniləmə haqqında məlumat çıxacaq:

• Proqram təminatı yenilənib – mövcud yeniləmə yoxdur,
• Yeniləməni quraşdırmaq olar – cihaza proqram təminatının yeni versiyasını endirmək və quraşdırmaq olar.

Smartfon yeniləməni quraşdırmağı təklif etmirsə, nə etmək lazımdır

Sizin Samsung Galaxy modeliniz üçün artıq yeni Android versiyasının mövcud olduğundan əminsinizsə, lakin cihaz onu endirməyi və quraşdırmağı təklif etmirsə, aşağıdakı tövsiyələri yerinə yetirin:

1 Yeniləmənin cihazınızda mövcud olacağı ana qədər gözləyin.

Proqram təminatının yeni versiyası yaxınlarda çıxıb, lakin cihazınızda hələ mövcud deyilsə, bu, normal haldır.

Yeniləmə cihazlara tədricən paylanır və bir neçə həftə vaxt apara bilər. Yeniləmələrin qrafiki və yeni mikroproqramın təqdim ediləcəyi modellərin siyahısı dəyişə bilər.

Bundan başqa, mikroproqramın versiyaları və onların çıxacağı tarixlər müxtəlif regionlarda fərqli olur. Buna görə, digər ölkələrdən olan modellər yeniləmələri daha tez və ya daha gec ala bilər.

2 Yeniləməni Smart Switch vasitəsilə yoxlayın.

Samsung Galaxy üçün yeniləmənin mövcud olub-olmadığını Smart Switch vasitəsilə də yoxlamaq olar.

Qeyd:

Mikroproqramın Smart Switch vasitəsilə yenilənməsi üçün kompüter İnternet şəbəkəsinə qoşulu olmalıdır.

3 Samsung Galaxy-də verilənləri sıfırlayın

Cihazda proqram xətası baş veribsə, bu, verilənlərin yenilənməsinə maneçilik törədə bilər. Proqram xətalarının aradan qaldırılması üçün verilənləri sıfırlamaq olar.

Mütləq əhəmiyyətli məlumatları yaddaşda saxlayın, çünki sıfırlama zamanı hər şey silinəcək! 

Yuxarıdakı tövsiyələr proqram təminatının yenilənməsi ilə bağlı problemi həll edə bilmədisə, cihazınızın yoxlanması üçün ən yaxın servis mərkəzinə müraciət etməyi tövsiyə edirik. 


Şərhiniz üçün təşəkkür edirik!