Samsung Galaxy seriya S22-ə nano-SIM kartı və eSIM-i necə quraşdırmaq olar

Son yeniləmə tarixi : 23-09-2024

Bu məqalədə bir cihazda iki telefon nömrəsindən istifadə etmək üçün nano-SIM və ya eSIM kartlarının quraşdırılması və aktivləşdirilməsi məsələləri nəzərdən keçiriləcək.

Aşağıdakı tövsiyələri sınamazdan əvvəl əmin olun ki, cihazınızdakı proqram təminatı və müvafiq tətbiqin son versiyaları quraşdırılıb. Proqram təminatını yeniləmək üçün aşağıdakı addımları yerinə yetirin: 

1-ci addım. Parametrlər > Proqram yenilәmәsi ye təminatının yenilənməsi bölmələrinə daxil olun.

2-ci addım. Endir və quraşdır bölməsinə basın.

3-cü addım. Ekranda göstərilən təlimatlara riayət edin.

Nano-SIM və eSIM nədir?

SIM kartlar xidmət provayderinin mobil şəbəkəsinə daxil olaraq  zəng etmək, mesaj göndərmək və s. imkanları verir. Bir cihazda iki telefon nömrəsindən istifadə etmək üçün eSIM-i aktivləşdirə və ya iki SIM kart daxil edə bilərsiniz.

nano-SIM-kartdan fərqli olaraq, eSIM – daxili rəqəmsal SIM-kartdır.

Nəzərə alın ki, nano-SIM-kart və eSIM-dən eyni vaxtda istifadə bəzi regionlarda məlumatların ötürülməsi sürətinin azalmasına gətirib çıxara bilər.

Sim kart şəkli Sim kart şəkli

Nano-SIM

Esım loqosu Esım loqosu

eSIM

  • İki SIM kartdan necə istifadə etmək olar: SIM1 (adi SIM-kart) + SIM2 (adi SIM-kart və ya eSIM)

SIM kartı iki SİM kart üçün nəzərdə tutulmuş yuvaya necə düzgün daxil etmək olar

SIM kartı səhv daxil etsəniz, telefonunuz onu tanımaya bilər. Əmin olun ki, SIM kartınız qızılı hissənin yuxarı istiqamətdə olduğu yuvada etibarlı şəkildə yerləşdirilib.

Galaxy S22 seriyasına aid telefonlar, qızılı hissələr yuxarı istiqamətdə olmaqla, SIM kartların alt və ya üst paneldə yerləşdirilməsi imkanını təmin edir.

sim kart yan 1 sim kart yan 1

SIM1 (yuxarı hissə)

sim kart yan 2 sim kart yan 2

SIM2 (aşağı hissə)

Sim kart tepsisini nazik bir obyektlə açırıq Sim kart tepsisini nazik bir obyektlə açırıq

1-ci addım. SIM-kartı çıxarmaq üçün sancağı SİM yuvasının dəliyinə daxil edin (yuvanı çıxarmaq üçün).

Sim kart tepsisini telefondan çıxarın Sim kart tepsisini telefondan çıxarın

2-ci addım. Yuvanı ehtiyatla çıxarın.

Sim kart tepsisini telefona daxil edirik Sim kart tepsisini telefona daxil edirik

3-cü addım. SIM və ya USIM kartı qızılı hissələri yuxarı istiqamətdə olan yuva üzərinə yerləşdirin və kartın yuvadakı mövqeyini sabitləşdirmək üçün ehtiyatla üzərinə basın.

Sim kart tepsisini telefona daxil edirik Sim kart tepsisini telefona daxil edirik

4-cü addım. Yuvanı yenidən slota yerləşdirin

Qeyd:

  • SIM kart sıx şəkildə yerləşdirilməyibsə, SIM kart işləməyə və ya cihaz tərəfindən tanınmaya bilər.
  • Yalnız nano-SIM kartdan istifadə edin.
  • Əmin olun ki, sancaq SIM kartın dəliyinə perpendikulyar qaydada daxil edilir, əks halda cihaza ziyan vurula bilər.
  • SIM kart yuvaya tam oturmayıbsa, çıxa bilər.
  • Cihaza nəm və ya yaş yuva daxil etməyin, bu halda cihaz zədələnə bilər. Əmin olun ki, SIM kart üçün yuva qurudur.
  • Mayenin cihaza daxil olmasına yol verməmək üçün yuvanı cihaza tam daxil edin.

Galaxy S22 seriyalı smartfonlar adi SIM kart kimi işləyən eSIM-i dəstəkləyir. Siz eSIM-in aktivləşdirilməsi və ya nano SIM kartın quraşdırılmasından sonra mobil şəbəkədən istifadə edə bilərsiniz. 

eSIM-i aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirin: 

"Seçimlər" bölməsini açın və "Bağlantılar"I seçin. "Seçimlər" bölməsini açın və "Bağlantılar"I seçin.

1-ci addım. Parmetrlәr bölməsini açın və Bağlantılar seçin.

SİM menecer-ə gedin SİM menecer-ə gedin

2-ci addım. SIM menecer basın.

eSIM əlavə et giriş ekranı eSIM əlavə et giriş ekranı

3-cü addım. eSIM əlavə et sıxın

Telefona sim əlavə etmək üçün seçim Telefona sim əlavə etmək üçün seçim

4-cü addım. Mobil tarif aşkar edildikdən sonra eSIM kartınızı aktivləşdirmək üçün ekrandakı təlimatlara əməl edin.
Mobil provayderin QR kodu varsa, sonra QR kodu skan edin.

Qeyd:

  • eSIM fiziki nano-SIM kartdan istifadə etmədən mobil rabitə planını aktivləşdirməyə imkan verən simsiz tarif planı tələb olunur.
  • eSIM-dən istifadə xidmət təminatçısı və ya cihazın modelindən asılı olaraq bəzi bölgələrdə əlçatan olmaya bilər. 

SIM menecer Siz SİM kart parametrlərini dəyişə, artıq quraşdırılmış SIM kartları aktivləşdirə və ya deaktivləşdirə bilərsiniz.

Parametrlər bölməsinə keçid edin və Bağlantılar >SIM menecer seçin. Lazımi bölməni seçin:

SIM Kartlar bölməsi: Burada siz istifadə etmək istədiyiniz SIM kartı aktivləşdirə və onun parametrlərini dəyişə bilərsiniz.

eSIMlər bölməsi: burada siz eSIM-inizi aktivləşdirə bilərsiniz.

Seçilən SIM-lar bölməsi: burada iki kart aktiv olduqda zəng etmək kimi müəyyən funksiyalar üçün hansı SIM kartı istifadə etmək istədiyinizi təyin edə bilərsiniz.

Data keçirilməsi maddəsi: seçilmiş SİM kart şəbəkəyə qoşulmursa, məlumatların ötürülməsi üçün fərqli SIM kart daxil edin.

Daha çox parametrləri maddəsi: burada zənglər və ya eSIM kartı üçün parametrləri dəyişə bilərsiniz

Qeyd:

  • Şəbəkə bağlantısı tələb edən bəzi funksiyalar provayderinizdən asılı olaraq əlçatan olmaya bilər.
  • Cihazların skrinşotları və menyu maddələri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!