Kilid ekranında və Always On Display ekranında vidcetləri necə idarə etməli

Son yeniləmə tarixi : 17-12-2024

Android 14-də siz saatın altında kiçik işarələr şəklində veçelər quraşdıra bilərsiniz. İndi zəruri məlumatları yalnız kilid ekranında deyil, həmçinin, Always On Display ekranında nəzərdən keçirmək olar. Bu cür vidcetləri necə quraşdıracağınızı öyrənmək üçün məqaləmizi oxuyun.

Samsung Galaxy kilid ekranına necə vidcet əlavə etməli

Lazım olmadıqda smartfonun kilid ekranını açmamaq üçün, siz ən çox istifadə olunan vidcetlərin ikonlarını kilid ekranına və ya Always On Display ekranına çıxara bilərsiniz.

Pin kod Pin kod

Addım 1. Telefonu yandırın və barmağınızla kilid ekranına basıb saxlayın. Smartfonun PIN kodunu daxil edin.

Vidcetləri seçin Vidcetləri seçin

Addım 2. +Vidcetlər düyməsinə basın.

Vidcet menyusunu açın Vidcet menyusunu açın

Addım 3. Qarşınızda mövcud vidcetlərdən ibarət menyu çıxacaq. Onlardan birini açmaq üçün oxun üzərinə basın.

Vidcet işarəsinin ölçüsünü seçin Vidcet işarəsinin ölçüsünü seçin

Addım 4. Vidcetin işarəsinin ölçüsü kiçik və böyük ola bilər. Onu panelə əlavə etmək üçün onlardan birinin üzərinə basın.

Vidcetlər menyusunu gizlədin Vidcetlər menyusunu gizlədin

5-cı addım. Vidcetlər menyusunu gizlətmək üçün ekranın boş hissəsinə basın.

Hazırdır Hazırdır

Addım 6. Hazırdır düyməsini basın.

Kilid ekranında və Always On Display ekranında vidcetləri necə dəyişməli

Bəzi vidcetləri artıq istifadə etmirsiniz və ya onların ölçüsünü dəyişmək istəyirsinizsə, siz həmişə tənzimləmələrdən kilid ekranında və Always On Display ekranında işarələri dəyişdirə bilərsiniz.

Divar kağızları və üslub bölməsini açın Divar kağızları və üslub bölməsini açın

Addım 1. Tənzimləmələri açın və Divara kağızlar üslub bölməsinə keçin.

Kilid ekranının üzərinə basın Kilid ekranının üzərinə basın

Addım 2. Kilid ekranı şəklinin üzərinə basın.

Vidcetləri seçin Vidcetləri seçin

Addım 3. Vidcetlərin üzərinə basın.

Vidcet menyusunu açın Vidcet menyusunu açın

Addım 4. Qarşınızda mövcud vidcetlərdən ibarət menyu çıxacaq. Onlardan birini açmaq üçün oxun üzərinə basın.

Vidcet işarəsinin ölçüsünü seçin Vidcet işarəsinin ölçüsünü seçin

Addım 5. Vidcetin işarəsinin ölçüsü kiçik və böyük ola bilər. Onu panelə əlavə etmək üçün onlardan birinin üzərinə basın.

Addım 6. Paneldə cəmi 4 ədəd kiçik işarə yerləşir. Siz panelin dolğunluq dərəcəsini özünüz tənzimləyə bilərsiniz. Məsələn, 4 kiçik, 2 böyük və ya 1 böyük və 2 kiçik işarə.

Vidceti silin Vidceti silin

Addım 7. Vidcetişarəsini paneldən silmək üçün minus işarəsinə basın.

Boş panel Boş panel

Addım 7. Paneldə yer boşalacaq və siz xoşunuza gələn digər vidcetləri əlavə edə biləcəksiniz.

Vidcetlər menyusunu gizlədin Vidcetlər menyusunu gizlədin

Addım 9. Vidcetlər menyusunu gizlətmək üçün ekranın boş hissəsinə basın.

Hazırdır Hazırdır

Addım 10. Hazırdır düyməsini basın.

Şərhiniz üçün təşəkkür edirik!